MƏruzə №15. Formasiya anlayışı və onun mahiyyəti



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
tarix15.10.2019
ölçüsü263,25 Kb.
#29351
Muhazire 15


MƏRUZƏ № 15. Formasiya anlayışı və onun mahiyyəti 

 

 

 

Formasiya termini böyük geoloji məna kəsb edir. Onu ilk dəfə geoloji 



mənada akad. M.A. Usov işlətmişdir. M.A. Usovun fikrincə formasiya stratiqrafik 

və tektonik fasilələr arasında yatan müstəqil çökmə süxur qatlarıdır  

 Formasiyanın tektonik mənada təhlili. Bu istiqaməti  əsaslandıran və geniş 

təbliğ edən V. V. Belousov, V. Y. Xain, A. N. Kosıgin və b. olmuşdur. 

Formasiyanın tektonik elmi istiqaməti Yer qabığının təşkil edən  əsas struktur 

vahidlərinin inkişaf mərhələlərinə əsaslanır. Məsələn, geosinklinal strukturların üç 

inkişaf mərhələsinə (ilk geosinklinal, son geosinklinal və orogen mərhələlər) 

uyğun və onların xüsusiyyətini  əks etdirən üç tip nəhəng çökmə süxur yaranır; 

bunlar da ayrı-ayrılıqda müstəqil formasiya kimi qələmə verilir. Məsələn, ilk 

geosinklinal mərhələsində miogeosinklinal zonalar üçün gilli şistlər formasiyası, 

evgeosinklinal zonası üçün silisli, yəşəmli  şistlər formasiyası, geosinklinal 

mərhələsi üçün fliş formasiyası və nəhayət, orogen mərhələsində yaranmış çökmə 

süxur qatları üçün molass formasiyası xarakterikdir.  

 

Formasiyanın emprik, metallogenik təhlili. Bu istiqamətdə formasiyanı 

SSRİ-də akad. N.S. Şatski və onun tələbələri inkişaf etdirmişlər. N.S. Şatski təklif 

etmişdir ki, formasiyanın  əsasını süxurların, süxur ailələrinin paragenezisi təşkil 

etməlidir. O deyirdi ki, əgər süxur paragenezisi içərisində faydalı qazıntı yerləşirsə, 

formasiyanı onun adı ilə adlandırmaq lazımdır. Məsələn, fosforit, qlaukonit, duz 

formasiyaları; kömürlü, dəmirli, manqanlı, neftli formasiyalar və s. 

 

Formasiya təhlilinin fasial-genetik istiqaməti. N.M. Straxova görə üç əsas 

amilin (tektonika, iqlim və fiziki-coğrafi şərait) qarşılıqlı təsirindən yaranır. Həmin 

amillərin zaman və  məkan daxilində qarşılıqlı münasibətlərinin dəyişməsi çökmə 

süxur formasiyalarının müxtəlifliyini təyin edir. Qeyd etmək lazımdır ki, vulkanik 

zonaların çökmə süxur qatlarını öyrəndikdə dördüncü amil-vulkanizmi əsas 

götürmək lazımdır.  Əvvəlki üç amil formasiya əmələ  gətirən prosesin tərkib 

hissələridir. 

 Formasiyanın əmələ gəlməsində iqlimin rolu daha kəskin olduğu üçün N.M. 

Straxov iqlimlə əlaqədar olan formasiyaları litogenezin tiplərinə uyğun olaraq dörd 

böyük qrupa ayırır:   

 

1) humid ailəsi formasiyaları; 2) arid ailəsi formasiyaları; 3) vulkanik-çökmə 



ailəsi formasiyaları; 4) nival ailəsi formasiyaları. Bu kitabda ancaq humid və arid 

ailələri formasiyalarının təhlili verilir. 

 

N.M. Straxovun formasiya təliminin  əsasını landşaft tektonik amili təşkil 



edir. Digər tərəfdən müəyyən landşaftın meydana çıxmasında əsas rolu tektonika-

epeyrogenez oynayır. Hazırda N.İ. Nikolayevin V.Y. Xainin tədqiqatlarından 

aydındır ki, yer qabığının adətən, böyük bir hissəsi qalxır, digər hissəsi isə  aşağı 

enir. Qalxma prosesində yüksək zonaların pozulması nəticəsində istər materiklərin 

kənarında, istərsə  də depresiyalarda, dəniz hövzələrində çökmə qatları yaranır. 

Ümumiyyətlə, depresiyalar onları  əhatə edən qalxma sahələri ilə birlikdə vahid 

landşaft yaradır ki, buna sedimentasiya sahələri vəya sedimentasiya vilayətləri 

deyilir. Sedimentasiya sahələri bir və ya bir neçə landşaftdan ibarət ola bilər. Bir 

landşaftlı sedimentasiya sahəsinə  İssık-Kul hövzəsini misal göstərmək olar. 

 

1



Mürəkkəb landşaftlı hövzələrə, sedimentasiya vilayətlərinə Qara dəniz, Xəzər və 

Aral dənizi hövzələrini misal göstərmək olar. Məsələn, Qara dəniz mürəkkəb 

landşaftlı sedimentasiya sahəsində bir tərəfdən Qafqaz dağları, digər tərəfdən 

Azov-Podolski massivi yerləşir. Hövzəni qərbdən Karpat dağları, cənubdan 

Anatolu-Pont dağları əhatə edir. 

 

Hər bir formasiya qrupu onların fasial tərkiblərindən asılı olaraq üç qrupa 



bölünür: 

 

1) Kontinentdaxili formasiyalar; 



 

2) Parallik formasiyalar; 

 3) 

Dəniz formasiyaları. 



 

1. Humid formasiyaları

 Humid 


formasiyasının məzmununu başa düşmək üçün onun qədim geoloji 

dövrdə yayılmasını misallarla izah edək. Qədim humid platforma düzənliklərində 

yaranan çöküntülər, Rus plitasının Orta Yura çöküntüləri belə çöküntülərdəndir. 

Uralda yayılmış Orta Yura (Y

2

) və Tabaşirin kontinental çöküntüləri, həmçinin 



Qazaxıstanın Üçüncü dövr kontinental çöküntülərini humid formasiyalara misal 

göstərmək olar. Onların tərkibi  əsas etibarilə pis çeşidlənmiş alevrolitlərdən, 

gillərdən, ikinci dərəcəli süxurlar kimi kömürlü gillərdən, dəmir və boksit 

filizlərindən ibarətdir. Həmin çöküntülər  əsasən çay dərələrində, göllərdə  və 

bataqlıqlarda əmələ gəlmişdir. Bu tip formasiyanın qalınlığı təxminən 10-100 m–

dir. Formasiyanın özü böyük bir sahəni nazik örtük şəklində əhatə edir. 

 

a) Humid formasiyaların tərkibi. 

 Humid 


formasiyaların mineraloji və petroqrafik tərkibləri onların fasial 

quruluşlarından asılı olaraq dəyişir. Petroqrafik və mineraloji tərkiblərinə görə 

humid formasiyalar 5 qrupa ayrılır: 

1)  terrigen formasiya (konqlomeratlar, qravelitlər, qumlar, qumdaşılar, kömür 

layları, gillər); 

2)  terrigen-karbonat formasiyası (qumdaşılar, mergellər, gillər və 

əhəngdaşılar); 

3)  terrigen-silisli formasiya (qumdaşılar, silisli gillər, opokalar); 

4)  karbonat formasiyası (mergellər, əhəngdaşılar); 

5)  silisli formasiya (silislər, opokalar). 

 Ümumiyyətlə, formasiyanın petroqrafik qrupları onun fasial əmələgəlmə 

şəraitindən asılıdır. Materikdaxili formasiyasının petroqrafik tipi terrigen 

formasiyadır. Çünki bunların içərisində yalnız qırıntı süxurların dənələri inkişaf 

tapmışdır. 

 

Parallik kömürlü formasiyalar da terrigen süxurlardan təşkil olunur; çünki 



parallik kömür formasiyası, kənar çökəklikdə yarandığı üçün ətraf dağların şiddətli 

yuyulması və çökəkliyin enməsi zamanı əmələ gəlir. Buna görə də burada karbonat 

süxurlarının parallik formasiyasının içərisində əmələ gəlməsi üçün əlverişli şərait 

olmamışdır. 

 

Dəniz formasiyalarında isə ancaq karbonat, karbonat-terrigen tipli süxurlar 



inkişaf tapır. Məsələn, Rus plitasının Üst Paleozoy (Perm) və Mezozoy 

çöküntüləri. Belə formasiyaların  əmələ  gəlməsi denudasiya sahələrində mexaniki 

 

2


pozulmanın zəifləməsi və kimyəvi aşınmanın üstünlüyü şəraitində baş verir. Son 

hövzələrə çoxlu həll olunmuş duzlar gətirilir. Ona görə akkumulyasiya sahələrində 

karbonatlı, silisli çöküntülər əmələ gəlir. 

 

b) Humid formasiyaların qalınlığı və ona təsir edən amillər. 

 Hazırda tektonistlər arasında belə bir fikir mövcuddur ki, formasiyanın 

qalınlığı epeyrogenik və orogenik hərəkətlərin təsirindən asılıdır. Məhz bu 

hərəkətlər nəticəsində yüksək qalınlığa malik formasiyalar yaranır. Akad. N.M. 

Straxov bu fikrin birtərəfli sxematik olduğunu sübut edərək yazır ki, həqiqətdə 

formasiyanın qalınlıqlarının  əmələ  gəlməsində  əsas rolu tektonika oynayır. 

Formasiyanın qalıqlarına relyefin xüsusiyyəti, girintili-çıxıntılı olması, 

hündürlüyü, hövzənin denudasiya zonasının humidlik xassəsi və  nəhayət, 

denudasiya sahələrində yayılmış süxurların aşınmaya, yuyulmaya məruz qalma 

dərəcəsi təsir edir. Formasiyanın qalınlığını T ilə işarə etsək, qalınlığını aşağıdakı 

düsturla hesablamaq olar: 

T=B/L•(VNR) 

 Burada 

B-hövzənin denudasiya sahəsi 

                        V-relyefin yüksəlmə dərəcəsi 

 

              N-humidlik əmsalı 



 

              L-hövzənin öz sahəsi  

 

              R-denudasiya sahələrində yayılmış süxurların aşınmaya,                                



 

 

       yuyulmaya məruz qalma dərəcəsidir. 



Cədvəl  

Müxtəlif hövzələrdə çöküntülərin əmələgəlmə sürəti 

Hövzələr B:L 

Çöküntünün əmələgəlmə sürəti, 

1000 il ərzində 1 sm 

Atlantik okean (ekvatorial sahə)….. 

Baykal gölü…………………………….. 

İlmen gölü…………………………….. 

Qara dəniz……………………………… 

0,30 


14,1 

31,5 


3,7 

1,47 


4,5 

14,3 


48,4 

2. Arid formasiyaları. 

 Arid 


formasiyaları müasir dövrdə quru iqlim zonalarında meydana çıxır. 

Səhralar indiki dövrdə mülayim, ekvatorial və subekvatorial zonalarda ayrı-ayrı 

zolaqlar  şəklində yerləşir. Müasir dövrdə Asiya qitəsində arid iqlim zonası Orta 

Asiya respublikalarında başlayıb Mərkəzi Monqolustana (Qobi və  Şamo səhrası) 

qədər uzanır. 

 Arid 


formasiyaları onları  əmələ  gətirən hövzələrin hidrokimyəvi 

xüsusiyyətlərinə görə iki yarım qrupa ayrılır: 

1)  terrigen arid formasiyaları; 

2) 

halogen formasiyaları. Bu formasiyalara xarici ədəbiyyatda evaporitlər də 

deyirlər.

 

3. Terrigen-arid formasiyaları. 

 Terrigen-arid 

formasiyaları, adətən, az minerallaşmış əmələ gəlir.  

 Arid 


formasiyanın ən tipik nümunəsi Rus plitasının qırmızı rəngli Devon və 

Ufa çöküntüləridir. Onlar fəal tektonik şəraitidə  əmələ  gəlmişdir. Epeyrogen 

tektonik hərəkətlər fonunda əmələ  gəlmiş arid parallik formasiyaya İrkutsk 

 

3



amfiteatrının Ordovik çöküntülərini misal göstərmək olar. Onlar petroqrafik 

tərkiblərinə görə humid formasiyası çöküntülərindən az fərqlənir. Burada 

formasiya asimmetrik quruluşda olub, yuyulma zonalarına yaxın sahələrdə 

kontinental çöküntülərdən, yuyulma zonalarından uzaqda isə 

dəniz 

çöküntülərindən təşkil olunur. Belə formasiyalarda kömürlü çöküntülərə boksit, Fe, 



Mn və siderit filizləri yataqlarına rast gəlinmir. Əksinə, qırmızı rəngli çöküntülərdə 

mis filizi (subkontinental zona) və polimetal filiz yataqları müşahidə edilir. 

Məsələn, Donbasın Perm çöküntüləri (Artyom yatağı), Qazaxıstanın qırmızı rəngli 

Devon çöküntüləri (Çezqazqan), Altayın Devon çöküntüləri (Udakan mis yatağı), 

Özbəkistanın Üst Yura çöküntüləri (Qalxan-ata yatağı) terrigen-arid parallik və 

terrigen-arid dəniz formasiyaları ilə əlaqədardır. 

 Terrigen-arid 

formasiyaları üçün xarakterik əlamətlər bunlardır:  Terrigen-

arid formasiyası ilk növbədə karbonat süxurla çox zəngin olur. Lakin bu 

çöküntülərdə üzvi maddələr az olduğundan onlarda reduksiya prosesləri çox zəif 

gedir. Odur ki, əksər hallarda formasiyanın çöküntüləri qırmızı və qonur rənglərdə 

olur. Terrigen formasiyası çöküntüləri quru iqlim şəraitində  əmələ  gəldiyindən 

suda tez həll olan bir sıra minerallarla zəngin olur (halit, epsomit, anhidrit, 

qlauberit, tenartit). Formasiyanın gil süxurlarının tərkibində Mg hidrosilikatları 

mühüm rol oynayır. 

 

 



4. Halogen formasiyaları

 

Suda tez həll ola bilən minerallardan, daha doğrusu, qələvi və qələvi-torpaq 



elementlərin karbonat, sulfat və xloridli birləşmələrindən təşkil olunmuş süxur 

qatları paragenezinə halogen formasiyaları deyilir. Halogenli süxur qatları, 

şübhəsiz duzlu dənizlərin (hövzələr) ancaq arid iqlim zonaları ilə əlaqədardır. 

 

Məhz bu iki amilin (iqlimin və tektonikanın) qarşılıqlı vəhdətindən sulfatlı, 



xloridli mineralların paragenezisini təşkil edən halogenli süxur qatları yaranır. Belə 

süxur qatları müəyyən tektonik və iqlim şəraitini  əks etdirdikləri üçün müstəqil 

geoloji cisim kimi xüsusi formasiya şəklində təsnif olunur.  

 

Üst Yurtda və Naxçıvan depresiyasında Orta Miosen çöküntüləri müəyyən 



bir sahədə qalınlığı 40-100 m-ə çatan halogenli süxurlardan təşkil olunmuşdur. Bu 

heç təsadüfi deyildir. Yuxarıda təsvir etdiyimiz haldan fərqli olaraq, belə qalın 

duzlu süxur qatlarının Karpatqarşısı çökəklikdə, Naxçıvan depresiyasında meydana 

gəlməsi ancaq xüsusi landşaft-tektonik və iqlim şəraitləri ilə  əlaqədardır. Buna 

görə də həmin rayonlarda halogenli süxurların paragenezisinin halogen formasiyası 

kimi təsnif olunması məqsədəuyğun hesab edilə bilər.  

 

a) Halogen formasiyasının təsnifatı. 

 

N.M. Straxov müxtəlif halogen formasiyalarını beş fasial tipə ayırmışdır. 



 

Kontinental fasial tipli halogen formasiyaları. Onlar quraqlıq  şəraitli 

düzənliklərdə  və dağarası çökəkliklərdə olan duzlu göllərin sedimentogenezi 

nəticəsində  əmələ  gəlmiş halogenli süxur qatlarından ibarətdir. Onların müasir 

analoqları arid zonalarda yayılmış duzlu göllərdir (Elton, Basqunçaq və s.). 



 

Laqun fasial tipli halogen formasiyaları. Açıq dənizlərin kənarında 

yerləşmiş duzlu, kiçik laqunlarda əmələ  gəlmiş halogenli çöküntülərin 

 

4


məcmuyudur. Müasir dövrdə belə laqunlara Qara dənizin siviş limanını, yaxud 

Azov dənizi kənarında zəncir şəklində yerləşən limanları göstərmək olar. 

 

Qapalı körfəz fasial tipli halogen formasiyaları.  Bunlar arid zonasında 

yerləşmiş qapalı körfəzlərdə  əmələ  gəlir. Belə körfəzlər açıq dəniz ilə ancaq bir 

boğaz vasitəsilə əlaqədə olur. Məsələn, Müasir Qaraboğazqol körfəzi. 

 

Epikontinental dənizlərin kənar hövzəsi tipli halogen formasiyaları. Bunlar 

açıq platforma dənizlərinin girintili-çıxıntılı  kənar zonasında yaranır. Həmin 

dənizlər qədim geoloji dövrlərdə platformaların kənarında intişar etdikləri üçün 

epikontinental dənizlərə aiddir. Onların müasir analoqları məlum deyildir. 

 

Materikdaxili dəniz hövzələrinin halogen formasiyaları. Onlar nəhəng 

materiklər içərisində yerləşmiş böyük dənizlərdə  əmələ  gəlir. Morfoloji cəhətdən 

bunlar girintili-çıxıntılı sahil zonasına amalik olub, ancaq bir tərəfdən okeanla 

əlaqədardır. Əks tərəfi isə materikin dərinliklərinə uzanaraq səhrada qurtarır. Onlar 

ancaq Yerin geoloji inkişafının Perm epoxasında meydana çıxmışdır. 

 

Kontinental fasial tipli halogen formasiyaları. Belə formasiyalara çökmə 

süxur qatlarında çox nadir hallarda təsadüf edilir. Eyni zamanda onların yayılması 

Yerin inkişafının son mərhələləri ilə  əlaqədardır. Daha doğrusu, belə fasial tip 

formasiyaya ancaq Neogen və Dördüncü dövr çöküntülərindən rast gəlinir. 

 

Kontinental fasial tipli halogen formasiyaları üçün xarakterik əlamətlər 



aşağıdakılardır: 

 

a) halogenezin qeyri-tamlığı (yarımçıqlığı); 



 b) 

onların terrigen minerallarla nisbətən zəngin olması; 

 v) 

çökmə süxur qatları içərisində kontinental tipli halogen formasiyaların 



çox nadir tapılması.  

 

Laqun fasial tipli halogen formasiyalar. Dənizə maili düzənliklərdə 

yerləşmiş duzlu laqunlardan əmələ gəlmiş çökmə süxur komplekslərinə laqun tipli 

halogen formasiyaları deyilir. Belə laqunlar əsas dənizdən çox vaxt koslar, barlar, 

bəndlər və vallar vasitəsilə, bəzən də  xırda adalarla ayrılır. Laqun tipli halogen 

formasiyaları arid litogenezi çökmə süxur qatlarında daha geniş yayılmışdır. 

 

N.M. Straxov morfoloji və fasial müxtəliflikləri müasir duzlu görfəzlərlə 



müqayisə edərək iki böyük qrupda təsnif etmişdir: Qaraboğazqol və Virril tipli 

qapalı körfəz halogen formasiyaları. Qaraboğazqol tipli hövzələr–qapalı körfəz 

hövzələri, izometrik və oval şəklində olur. Virril tipli hövzələr isə dar uzunsov 

olub, cənubi Amerikadakı müasir Bekanode-Virril köpfəzini xatırladır. 

 Qaraboğazqol tipli halogen formasiyaya misal Moskva sineklizinin Orta 

Devon yaşlı karbonat-sulfatkompleksini göstərmək olar. Orta Devon Dövründə 

Moskva sineklizi sahəsində uzunluğu 1000 km-ə yaxın olan geniş depresiya 

mövcud imiş. Bu depresiya cənubdan və cənub-qərbdən Voronej çıxıntısı, şərqdən 

və  şimal-şərqdən Volqa-vyatka valı,  şimaldan Baltik qalxanıvə  qərbdən 

Belorusiya massivi ilə əhatə olunmuşdur. 

 Qaraboğazqol tipli halogen formasiyasının başqa bir nümunəsi Miçiqan 

sineklizinin Üst Silur karbonat-sulfat kompleksidir. Miçiqan duzlu görfəzi Kanada 

platformasının Miçiqan sineklizi ərazisində yerləşmişdir. Təxminən hesablamalar 

göstərir ki, görfəz ərazisinin sahəsi 500000 km

2

-ə, halogen formasiyasının qalınlığı 



onun mərkəzində 1350 m-ə, kənarlarında isə 30-40 m-ə çatır. 

 

5



 

Virril tipli dar, uzunsov körfəzlərdə meydana çıxmış halogen formasiyalara 

Karpatqarşısı çökəkliyin Orta Miosen çöküntüləri, Orta Miosen duzlu çöküntüləri 

Polşadan Moldaviyaya qədər, uzunluğu 300 km, eni 15-45 km olan dar uzun 

körfəzləri misal göstərə bilərik. Burada Orta Miosen çöküntülərinin quruluşunda 

aşağıdan yuxarıya dörd halogen formasiya iştirak edir. 

 

Birinci halogen formasiyanın quruluşunda gips, anhidrit və halilit süxurları 



iştirak edir. Çox cüzi iqdarda kaliu duzlarına–polihalit rast gəlinir. İlk formasiyanın 

qalınlığı 350-400 m-ə çatır. 

 

İkinci formasiyanın dabanı  və tavanı  əlvan rəngli qumdaşılar, gil və 



mergellərdən təşkil olunmuşdur. Onun orta hissəsi xarakterik halogen 

minerallardan–anhidrit, gips, halit və kalium duzlarından ibarətdir. 

 Üçüncü 

formasiyanın dabanı,  əvvəlkilərdə olduğu kimi, qravelit, 

qumdaşılardan gil və mergellərdən ibarətdir. Formasiyanın özəyi halit, silvin və 

karlitlə ifadə olunur. Üçüncü halogen formasiyası kalium duzları ilə daha 

zəngindir. 

 Dördüncü 

formasiya 

dağqabağı çökəkliyin xarici platforma zonasında əmələ 

gəlmişdir. Qalınlığı 30-40 m olub, ancaq gips və anhidritdən ibarətdir. Burada 

halogen prosesi sulfat fazasında dayanmışdır. 

 

Epikontinental dənizlərin kənar zonası tipli halogen  formasiyaları.  Bu 

formasiyalar ancaq platformaların, xüsusilə  qədim platformaların  ərazisində 

müşahidə olunur. Stratiqrafik cəhətdən onlar Ən çox baykalitlərin, kalidonitlərin və 

hersinidlərin içərisində yayılmışdır. Mezozoy çöküntülərində  həmin formasiyalar 

Triasdan yuxarı qalxmır. Kənar zonası tipli halogen formasiyaları laqun, yaxud 

qapalı körfəz tiplərinə nisbətən stratisferdə çox məhdud yayılmışdır. 

 

Həmin formasiyaların iki fasial tipi aydın gözə çarpır: cavan epihersin 



platformaların sineklizlərində  əmələ  gəlmiş  kənar tipli halogen formasiyalar; 

qədim platformaların ərazisində əmələ gəlmiş kənar tipli halogen formasiyalar



 

Cavan platformalarla əlaqədar kənar halogen formasiyalara misal Orta 

Avropa depressiyasının Orta Trias və Tacikistan depresiyasının Üst Yura halogen 

çöküntülərini göstərmək olar. Aralıq dənizi geosinklinalında Alt Trias halogen 

formasiyası qırmızı qumdaşılar üzərinə uyğyn yatır. 

 

Alt Trias Halogen çöküntüləri dəniz mənşəlidir. Orta Avropa depresiyası 



Siqez-Morav boğazı vasitəsilə şərqdən geosinklinal dənizlə sıx əlaqədə olmuşdur. 

Formasiyanın petroqrafik tərkibi və qalınlığı boğazın  ətrafında və ondan 

uzaqlaşdıqca kəskin dəyişir. Boğazın yaxınlığında Alt Trias qumdaşılardan və 

gillərdən təşkil olunduğu haldakəsilişin üst hissəsində  əsas süxur əhəngdaşılar 

hesab olunur.  

 Halogen 

formasiyasının əsasında 2 m qalınlığında anhidrit layı yatır. Onun 

üzərində anhidrit laycıqları olan qalın halit qatı yerləşir. Bunların da üzərini qalın 

anhidrit layları (2-14 m) örtür; daha yuxarıda isə dolomit laycıqları  və anhidrit 

jelvakları olan qat (30 m) yatır. Halit mineralları formasiyanın alt hissəsində şəffaf 

ağ və üst hiisəsində qırmızı rəngli kristallara malikdir. Halitin içərisində polihalitin 

qırmızı möhtəvilərinə rast gəlinir. 

 

Materikdaxili duzlu hövzələrin halogen formasiyaları.  Belə formasiyalar 

qədim halogenezin çox nəhəng nümunələridir. Perm epoxası ilə əlaqədardır. Digər 

 

6


tərəfdən belə  nəhəng duzlu hövzələr ancaq Şərqi Avropa platforması  ərazisində 

müşahidə olunur. Yer qabığının başqa platformalarında belə formasiyalar aşkar 

edilməmişdir. Onların müasir dövrdə də analoqları yoxdur.  

 Perm 


epoxasıda iki nəhəng halogenez təsvir edilmişdir. Onlardan birincisi 

aşağı Perm əsri ilə  əlaqədar olub, Rus plitasının  şərq hissəsində  və Uralqarşısı 

çökəklikdə təzahür edir. İkincisi Üst Permin sixişteyn əsrinə uyğun gəlir və Şərqi 

Avropa platformasının qərb hissəsində özünü göstərir. Bu tip halogen formasiya 

Rus plitasının şərqində özünü göstərir. Kazan əsrində halogenez zəif gedərək sulfat 

fazasında qalmışdır. Perm materikdaxili dənizin uzunluğu 3000 km, eni isə 2300-

1500 km-ə çatır. Onun ərazisi tektonik cəhətdən qeyri-həmcins olub, müxtəlif 

strukturlardan ibarətdir. Daha doğrusu  Şimaldan cənuba dənizin  ərazisində 

aşağıdakı strukturlar yerləşir. Peçora depresiyası, Uralqarşısı  və Donetskqarşısı 

çökəklikləri. Tatar, Başqır günbəzi, Xəzəryanı sineklizi və s. Alt Perm əsrində 

materikdaxili dənizdə üç müxtəlif tərkibli və quruluşlu halogen formasiya 

yaranmışdır:  əhəng-dolomit, dolomit-anhidrit və kunqur kaliumlu-halit 

formasiyaları.  

 Halogenli 

süxurların yayılmasına aşağıdakı qanunauyğunluqlar müəyyən 

edilmişdir, adətən, dolomit süxurlarının yayılma zonalarında anhidrit layları 

müşahidə edilir. Anhidrit süxurların inkişaf etdikləri  ərazidə isə halititlər yayılır. 

Şübhəsiz, bu hadisə halogenez baş vermiş kiçik hövzələrin tektonik fəallığı ilə sıx 

əlaqədardır. 

 Kunqur 


əsrində materikdaxili dənizin paleocoğrafi xüsusiyyəti kəskin dəyişir 

və bunun nəticəsində tamamilə müstəqil kaliumlu halit formasiyası yaranır. 

 

Bələliklə, Kunqur əsrinin əvvəlində, geniş platforma çökəkliyindən dar uzun 



körfəzəoxşar dəniz yaranır. Bu dəniz müasir Bekone de Virril körfəzinə çox 

oxşayır. 

 Bu 

hövzələrin Uralqarşısı çökəkliyin Solikamsk depressiyasının Kunqur 



formasiyası daha ətraflı öyrənilmişdir. Burada formasiya gil-anhidrit qatı (300-380 

m) ilə başlanır; onun ən yuxarı hissəsində nazik halitin layları  təzahür edir. 

Formasiya kəsilişinin orta hissəsi daş duz laylarından (260-460 m), onun 

qurtaracağı isə kalium duzlarından (100-110 m) təşkil olunmuşdur. Formasiyanın 

sxematik kəsilişi M.P. Fiveq (1960) tərəfindən əyani göstərilmişdir. Kalium duzları 

qatı iki horizontdan ibarətdir: alt silvinit, üst isə karnalit qatı. Silvinit horizontu bir 

sıra qırmızı silvinit laylarının boz və  şəffaf halit layları ilə növbələşməsindən 

ibarətdir. Karnalit qatında karnallit layları halit layları ilə növbələşir. Karnalit 

kristalları, adətən, çəhrayı və qırmızı rənglərdə olur. Karnalit qatının qalınlığı 75-

86 m-dir. 

 Solikamsk 

depressiyasının halogen formasiyası halit layı ilə örtülür və keçid 

qatı ilə tamamlanır. Keçid qatı anhidrit, dolomit və kalsitdən ibarətdir. Onların 

içərisində halitə ancaq nazik laycıq şəklində təsadüf edilir.



 

 

7



Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin