Autizm spektr pozulmaları olan uşaqlar. Autizm spektr pozulmalarının təsnifatı
Plan
1. Autizm spektr pozulmaları uşaqların əsas inkişaf xüsusiyyətləri
2. Autizm spektr pozulmaları zamanı müşahidə edilən əsas problemlər
3. Autizm spektr pozulmalarının təsnifatı
Bluer 1920-cı ildə “autizm” terminini elmə daxil etmişdir.Yunanca “autos”-öz deməkdir. Bluer psixopatiyada qəribə davranış və təfəkkürlərinə görə xəstələrini qruplara ayırmışdır. O, ilkin tədqiqatlarında autizm sindromunu qapalı uşaqlara aid edirdisə,son tədqiqatlarda isə “aktiv,amma qəribə” kimi qiymətləndirmişdir.
Ümumiyyətlə autizm ilk dəfə Leo Kanner tərəfindən 1943-cu ildə təyin olunub. O, 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək “erkən uşaq autizm”i adını vermişdir. 1944-cü ildə isə avstraliyalı psixiatr Hans Asperger daha böyük yaşdakı uşaq və yeniyetmələrdən ibarət bir qrupda gördüyü bəzi davranış pozulmalarını “autist psixopatiya” kimi qeyd etmişdir.
Dostları ilə paylaş: |