Autizm spektr pozulmaları olan uşaqlar. Autizm spektr pozulmalarının təsnifatı Plan


Uşaq autizmi sindromunun klinik meyarlarda ümumiləşdirilən ən parlaq xarici təzahürləri aşağıdakılardan ibarətdir



Yüklə 18,9 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü18,9 Kb.
#35539
1   2   3   4
Def.Loq.əsas.Müh.6

Uşaq autizmi sindromunun klinik meyarlarda ümumiləşdirilən ən parlaq xarici təzahürləri aşağıdakılardan ibarətdir:

- Autizm uşağın son həddə çatmış, “ekstremal” tənhalığı, emosional təmasın, ünsiyyətin qurulması və sosial inkişaf imkanlarının azalması kimi. Göz təmasının qurulması, baxış, mimika, jestlə, intonasiya ilə qarşılıqlı əlaqə qurulmasındakı çətinliklər səciyyəvi xüsusiyyətlərdir. Öz emosional vəziyyətlərinin uşaq tərəfindən ifadə edilməsində və digər insanların vəziyyətinin onlar tərəfindən dərk edilməsindəki mürəkkəbliklər adi hal xarakteri daşıyır. Təmasın çətinlikləri, emosional əlaqələrin qurulması hətta yaxınlarla münasibətlərdə də özünü biruzə verir, ancaq autizm daha böyük ölçüdə həmyaşıdları ilə münasibətlərin inkişafını pozur;

- Daimi, adət edilən həyat şərtlərini qoruyub saxlamaq üçün göstərilən gərgin cəhdlərlə bağlı davranışda stereotiplik; şəraitdə, həyat nizamında ən kiçik dəyişiklərə müqavimət göstərmək, onlardan qorxmaq; eyni cür, yeknəsəq hərəkətlərə - hərəki və dil hərəkətləri məşğul olmaq: əlləri yırğalama, yelləmə, silkələmək və çırpmaq, hoppanmaq, eyni səsləri, sözləri, ibarələri təkrar etmək; eyni əşyalara, onlarla eyni cür rəftar etməyə: silkələməyə, taqqıldatmağa, qırmağa, parçalamağa, fırlatmağa meylli olmaq; stereotip maraqlarla, eyni oyunla, rəsmdə, danışıqda eyni mövzu ilə bağlı olmaq;

- Nitqin, ilk növbədə, onun kommunikativ funksiyasının inkişafının xüsusi xarakterik ləngiməsi və pozulması. Bu halların üçdə birində, bəzi məlumatlara görə isə hətta yarısında bu mutizm (kommunikasiya üçün dilin məqsədyönlü istifadəsinin olmaması, bu zaman ayrı-ayrı söz və ibarələrin təsadüfi tələffüz edilməsi imkanı saxlanılır) kimi özünü büruzə verə bilər. Sabit nitq formaları inkişaf etdiyi zaman onlar da kommunikasiya üçün istifadə edilmir: belə ki, uşaq eyni şeirləri çox böyük həvəslə, təmtəraqla söyləyə, ancaq ən zəruri hallarda belə kömək üçün valideynlərinə müraciət etməyə bilər. Exolaliyalar (eşidilən söz və ya ibarələrin dərhal və gecikmə ilə təkrar edilməsi), şəxs əvəzliklərinin nitqdə istifadə edilməsi qabiliyyətində uzunmüddətli geri qalma (uşaq özünü “sən”, “o”, adı ilə adlandırır, öz ehtiyaclarını şəxssiz əmrlərlə ifadə edir: “süfrə açmaq”, “su vermək” və s.) səciyyəvi xarakter daşıyır. Hətta bu cür uşaq formal olaraq böyük lüğət (söz) ehtiyatı ilə yaxşı inkişaf etmiş nitqə, böyüklərin danışdığı tərzdə geniş ibarələri ifadə etmək qabiliyyətinə malik olsa da, bu nitq şablon, “tutuquşu kimi” təkrarlama, “fonoqrafiya” xarakteri daşıyır.O, özü sual vermir və ona edilən müraciətlərə cavab vermir, yəni qarşılıqlı nitq mübadiləsindən qaçır. Səciyyəvidir ki, dil pozuntuları kommunikasiyanın daha ümumi pozuntuları kontekstində özünü büruzə verir: uşaq mimika və jestlərdən demək olar ki, istifadə etmir. Bundan başqa nitqin qeyri-adi tempi,ritmi,melodiyası, intonasiyası diqqəti özünə cəlb edir.

Autizm spektr pozulmasının müxtəlif təsnifatları var. Onlardan biri də DSM-5 görə ASP-nın təsnifatıdı.

Autizm spektrli pozuntular və onların DSM-5 görə təsnifatı: DSM-5 (Diaqnostika və Statistik Rəhbərliyinin Amerika Psixiatriya Assosiasiyasının Beşinci Nəşri) görə inkişafına, autizm spektri beş diskret pozuntuya ayrılıb: autizm pozuntusu, Asperger sindromu, uşaq disinteqretiv pozuntusu, Rett sindromu və başqa hal nəzərdə tutulmayıbsa, uşaqlarda geniş yayılmış inkişafı xəstəlik.




Yüklə 18,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin