75
bir neçə cism və hadisəni ifadə edə bilir.
Təkcə
ilə öz məkanı, zamanı və digər xassələri ilə digər, o cümlədən özünə oxşar
predmetlərdən, hadisələrdən, proseslərdən fərqlənən ayrıca predmet, hadisə, proses xarakterizə
olunur.
Ümumi
– təkcə predmetlərin, bir sıra münasibətlərdə onların birtipliyini, eyni tip hadisələrə
və ya əlaqələrin vahid sisteminə aid olan xarakterinin obyektiv mövcud olan oxşarlığıdır.Təkcə və
ümuminin əlaqəsi hər şeyi əhatə edən xarakter daşıyır: ona bütün hadisələr, predmetlər, proseslər
daxildir. Onlar insan təfəkkürü üçün də sanballıdır. “Təkcə-ümumi” munasibətləri nöqteyi-
nəzərindən dünyanın dərk edilməsi predmetləri müqayisə etmək, onların oxşarlığını və fərqini,
birtipliliyini və müxtəlifliyini aşkar etmək bacarığını, real predmetlərin ayrıca, təkcə xarakterini
dərk etmək, onları təsnif etməyi güman edir. Bu və ya başqa, bənzər, prinsipial, fərqli və s. ifadələr
bu dediklərimizə əlavədir.
Dostları ilə paylaş: