81
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini,
meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. “İnkar” terminini fəlsəfəyə ilk dəfə
Hegel gətirmiş, “inkar inkarı” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı
inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın
anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə
malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox
cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə
edən ümumi qanundur.
Dostları ilə paylaş: