2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)
22. Dəyişikliyin “ziddiyyətliliyi”- Hərəkətə dialektik yanaşma onda
fasiləlik və fasisəsizlik “qütb”
anlarının olduğunu başa düşməyə imkan verir. Fasiləlik və fasiləsizliyin vəhdəti dəyişikliyin bütün
növlərini xarakterizə edir. Hər bir dəyişiklik prosesində bir - biri ilə sıx bağlı olan, bir - birinə
keçən dövrü, mərhələni ayırmaq olar. Məsələn, normal fəaliyyət göstərən cəmiyyətin həyatı
fasiləsizdir, ancaq bu fasiləsizlikdə insan nəsillərini, fərdi ayırmaq olar. Say sıralarını onların
müəyyən bir - birini əvəz etməsində sıranın üzvləri təşkil edir. Bu və ya digər sıra üzvlərinin
ayrılması onun fasiləliyini ifadə edir. Sıranın fasiləsizliyini, onun vəhdətini, deyək ki, sıranın
formulu (qanunu) ifadə edir.
Dəyişiklik prosesində sabitlik və dəyişkənliyin xarakterik əksliyi də aşkar olunur; bu hər iki
an antik dövrdən başlayaraq müxtəlif fəlsəfi təlimlərdə qeyd olunub. Engels qeyd edirdi ki, hərəkət
öz ölçüsünü ona əks olan - sükunətdə tapmalıdır, nisbi bərabərsizlik, sabitliksiz inkişaf ola bilməz.
Sabitliyi predmetlərin (hadisələrin, proseslərin) müəyyən vaxt ərzində öz keyfiyyət müəyyənliyini:
strukturunu, mühüm xarakterini saxlamaq (o cümlədən onlara xas olan hərəkət vəziyyətini)
bacarığı kimi müəyyən etmək olar. Bu artıq mexaniki yerdəyişmə üçün gücə malikdir:cisimlərin
hərəkəti haqqında o vaxt danışmaq olar ki, cisim hərəkət prosesində nə isə başqa şeyə çevrilmir,
cisim kimi qalır; bundan başqa o həm də hərəkət vəziyyətini saxlamalıdır. Sabitlik dəyişikliyin
saxlanması və toplanması, sistemin mürəkkəbləşməsinin, inkişafının, müxtəlif mərhələlərin
varisliyinin (ardıcıl surətdə birindən digərinə keçmə) zəruri şəraitinə xidmət edir. Lakin məhz nisbi
sükunət vəziyyətinin, tarazlığın, müvazinətin, sabitliyin inkarı nəticəsində dünyada yeni yaranır.
Sabitlik və dəyişkənlik bir - birini tələb edir (şərtəndirir), onları qırıb atmaq, ayırmaq olmaz. Bu
anlardan hər hansı birinin mütləqləşdirilməsi real mənzərənin təhrif olunmasına aparır.
Eyniyyət və fərq – hər hansı dəyişən predmetin dialektik bağlılıq (əlaqə) xarakteridir. Öz-
özünə eyniyyət artıq lap əvvəldən özünün fərqlə - bu predmeti bütün başqa predmetlərdən
fərqləndirən – zəruri əlaqəsi var. Bundan başqa, daimi baş verən dəyişiklik necəsə daimi predmetin
şəklini dəyişdirir, onun özünün – özü ilə eyniyyətini nisbi, natamam edir. Bax elə buna görə təsdiq
etmək düz hesab edilir ki, predmet həm elə o özüdür, həm də o özü deyildir. Əks xüsusiyyətlərin
– sabitlik və dəyişkənlik, eyniyyət və fərq – qeyri – dialektik uyğunlaşdırılması dəyişikliyi
anlamağı mümkün etmir (qeyri – mümkün edir). Xarakterik haldır ki, dəyişkənliyin
mütləqləşdirilməsi də (Kratlini xatırlayaq), mahiyyət etibarı ilə ona gətirib çıxarır ki, dəyişiklik
haqqında danışmaq, onu anlamaq qeyri – mümkün olur. (“Eyni bir suya heç bir dəfə də girmək
olmaz”). Axın sanki “yapışdırılır”, onun mərhələsi, anı, daxili ayrılması fərqləndirilmir, bu da o
deməkdir ki, o sanki sükutla, dəyişməzliklə bərabərləşdirilir.