2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə80/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   76   77   78   79   80   81   82   83   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Sıçrayışlar-
Kəmiyyət dəyişikliyi keyfiyyətdən fərqli olaraq, sıçrayış anlayışı ilə ifadə olunur.
 
Sıçrayış
– kəmiyyət dəyişikliyinin keyfiyyətə keçməsidir və ya bir keyfiyyət vəziyyətindən digə-
rinə keçiddir (ölçünün artması nəticəsində). Sıçrayışlara nümunə: ulduz və planetlərin yaranması, 
xüsusilə Günəş sisteminin, Yerdə həyatın yaranması, yeni növ bitki və heyvan növlərinin 
yaranması, insan və onun şüurunun formalaşması, insan cəmiyyət tarixində ictimai iqtisadi 
formasiyaların yaranması və bir - birini əvəz etməsi, sosial inqilab.
 
Kəmiyyət dəyişikliklərinin yığılması müəyyən vaxtdan sonra sıçrayışa (keyfiyyət - 
dəyişikliyinə) gətirib çıxarmasına misal – metalın “yorulmasından” maşının hissəsinin qırılma-
sıdır. Yük altında olan metal hissələrdəki mikroskopik dəyişikliklər nəhayət onun qırılmasına 
gətirib çıxarır. 
Temperatur artması nəticəsində zülalların yığılması - onun maye halından bərk hala düşməsi 
anı gəlib çatır. Nüvə yanacağının kəmiyyətini tədricən artırmaq olar, ancaq plutoniyanın (süni 
surətdə alınan kimyəvi element) müəyyən kütləsinə çatdıqda zəncirvari nüvə reaksiyası, enerjinin 
partlayışla azad olması baç verir. Bu bir keyfiyyət vəziyyətindən digərinə keçməyin qəti həddi ilə 
ifadə olunan sıçrayışa misaldır. Lakin başqa cür sıçrayış da olur ki, bu vaxt keyfiyyət dəyişikliyi 


87 
birdən yox, tədricən baş verir - yeni keyfiyyət elmentləri tədricən yığılır və köhnə elementlər ölür: 
bu cür “sıçrayışlar” uzun, tədricən olur. 
Təbiətdə, cəmiyyətdə, mədəniyyətdə ikinci növ sıçrayışa çoxlu misal ola bilər. Bir çox geoloji 
proseslər (kömür, neft, filiz əldə edilməsi) uzun, tədricən baş verir. Yerdə həyatın yaranması 
prosesi də uzun olmuşdur, uzun vaxt ərzində yeni növ bitki və canlı növləri formalaşmışdır. 
“Kəmiyyət – keyfiyyət dəyişikliyi” və “tədricən – sürətlə” əlaqəsini adətən demək olar 
eyniləşdirirlər. Tədricən dəyişikliyi kəmiyyətlə, sürətlərini - keyfiyyətlə bərabərləşdirirlər. Başqa 
sözlə desək, sıçrayışı çox vaxt tez və “qısavaxtlı”, kəmiyyət dəyişikliyini isə - rəvan (müntəzəm, 
yüngül), tədrici “elastik” və ya yavaş – yavaş – hesab edirlər. Bununla belə, fəlsəfi nöqteyi – 
nəzərcə kəmiyyət və keyfiyyət dəyişikliyinin meyarı prosesin nə qədər davam etməsi deyil, onun 
xarakteridir

Sıçrayış anlayışının məlum nisbiliyi də bununla müəyyən olunur. Iri ölçülü sıçrayış da 
mümkündür: astrofizika, bioloji (həyatın, insanın meydana gəlməsi), sosial (ictimai – iqtisadi 
formasiyaların yaranması). Bununla belə bir az böyük və kiçik çoxlu sıçrayışlar mövcuddur. 
Nəticədə eyni bir keyfiyyət keçilməsindən həm sıçrayış kimi, həm də kəmiyyət dəyişikliyi kimi 
danışmaq olar. Tutaq ki, feodalizmdən kapitalizmə keçid formasiyaların dəyişilməsi, iri 
sıçrayışdır. Kapitalizmin azad sahibkarlıqdan monopolizmə keçidi - eyni formasiya daxilindəki 
sıçrayışdır. Keyfiyyət dəyişikliyinin miqyasını dəqiqləşdirmədən belə bir suala - bu sıçrayışdır ya 
yox – cavab vermək çətindir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin