Dialektik ziddiyyət dialektika nəzəriyyəsində mərkəzi yerlərdən birini tutur. Marksist fəlsəfədə
bu problemi anlamaq klassik alman fəlsəfəsindən doğdu və ona arxalandı. Dialektikanın böyük
nəzəriyyəçiləri dialektik ziddiyyətə heç də həyat məişətində, elm və siyasi həyatdakı ziddiyyət
kimi xarakterizə olunan bütün konfliktləri, narazılıqları, bir – birinə qarşı durmaları aid etmirdilər.
Onların diqqətinin predmeti varlığın və idrakın dərin ziddiyyəti olmuşdur ki, məhz fəlsəfi nəzəri
ağıl onu aşkar edir.
Konkret tarixi şəraitdə ziddiyyətlərin real nəticələrinə, normal “həyatı”na yalnız yaradıcı işlə,
ziddiyyətləri “yerləşdirməyə” qadir olan zəruri əlaqə, struktur, vasitə ilə ifadə olunmanın
formalaşması ilə, onlara normal inkişaf etmək, genişlənmək, fəlakətdən, məhvedici toqquşmadan
kənar olmaq imkanı verməklə nail olmaq olar. “Dialetkik ziddiyyətlə” sıx bağlı olan “inkarı inkar”
prinsipinə diqqət yetirək.
“İnkarı inkar”. Dəyişikliyin dövriliyi (dövri prosesi) və irəliləməsi (artması, güclənməsi, yüksəlməsi) - Hegel fəlsəfəsində, varlıq və təfəkkürün eyniləşdirilməsi prinsipinə uyğun olaraq,
fikirlərin dialektik ziddiyyətlərini və onunla bağlı olan dialektik inkarın həll edilməsi ritmi
(ahəngi) həm də varlığa keçirilmişdir. Materialist dialektikada da dialektik “ziddiyyət” və “inkara”
varlıq (ontoloji) anlayışlarında başa düşülməyə cəhd edilmişdir.
“İnkar” məntiqi, fikri inkara (antitezis) real oxşar kimi hər hansı prosesin mütləq anı, dəfələrlə
dəyişən kimi şərh edilir. Marks yazırdı: “... öz əvvəlki mövcudluq formasını inkar etməsə inkişaf
baş verə bilməz”. Doğrudan da, insanın embirional formalaşmasında uşağı körpəliyi sıxışdırır, o
da yetkinlik tərəfindən sıxışdırılır, axırda yetkinlik yaşı gəlir. Dəmir alətlər nə vaxtsa istehsaldan
daş alətləri sıxışdırıb, əl əməyini mexanika aradan çıxarıb və s. Hər bir yeni mərhələ əvvəlkinin
“inkar” edir.