3. Genderin hüquqi aspektləri. Beynəlxalq təşkilatların fəaliyyəti
İnsan hüquqları - İnsanın ləyaqətinə görə malik olduğu hüquqlardır. İnsanın hərəkətləri onun hüquqlarının formalaşmasında mühüm rol oynayır. Hüquq münasibət tərəflərinə ixtiyar və səlahiyyətlər verir. Buradan isə məsuliyyətlər meydana gəlir. İnsan hüquqları həm də şəxsiyyətin azadlığını ifadə edən, onun həyatının cəmiyyət, dövlət və digər fərdlərlə qarşılıqlı münasibətinin ayrılmaz və zəruri vasitəsi kimi başa düşülür. İnsan hüquqları ayrılmazdır. Heç kim insanı yaşamaq, şəxsi toxunulmazlıq, vicdan, fikir, əqidə azadlığı, həyat fəaliyyətinin azad seçimi və digər hüquqlarından məhrum edə bilməz. Bu hüquqlar azadlıq, bərabərlik, ədalət prinsiplərinə əsaslanaraq universal xarakter daşıyır.
İnsan hüquqlarının mənbəyi insan özüdür. Bu hüquqlar dövlətdən öncə yaranıb və ondan əvvəl gəlir. Dövlət bunları yaratmır, ancaq müəyyən edir. Siyasi cəmiyyət xaricində də bu hüquqlar olub və olmaqda davam edəcəkdir. Bu hüquqlara insan məhz insan olduğu üçün sahibdir. Elə buna görə də insan hüquqlarına bəzən “şəxsdən ayrılmaz” hüquqlar deyilir.
Əsas insan hüquqları şəxsiyyətin hüquqi statusunun bünövrəsini qoyur, dövlətin mövcudluğunun zəruri şərti kimi dövlət tərəfindən tanınaraq qorunur. Buraya yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyətin toxunulmazlığı hüququ, cəmiyyətin və dövlətin idarə olunmasında iştirak etmək hüququ, hər bir kəsin şəxsi və ailə həyatına hörmət tələb etmək hüququ, yaşayış və yazışma hüququ, öz fikrini sərbəst şəkildə ifadə etmək hüququ və s. aiddir. Azərbaycan Respublikasının Konstitusiyasında və mühüm beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün bu hü¬quqlar törəmə hüquqlar üçün hüquqi baza təşkil edir.
XX əsrdə insan hüquqları tarixində yeni mərhələ başlanıb və bu mərhələ kollektiv beynəlxalq tədbirlərlə səciyyələnib. Buna baxmayaraq, XX əsrin ortalarına kimi insan hüquqlarını hələ də bütün dünya ölkələri qəbul etmirdi.
Bu yolda ilk addım Birləşmiş Millətlər Təşkilatı tərəfindən atıldı: 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamə preambula və 30 maddədən ibarət idi. Burada göstərilirdi ki, irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, Bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir. Bu Bəyannamədən sonra, 1996-cı il dekabrın 16-da BMT “Mülki və Siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktlar qəbul etdi ki, bunlar bu gün də insan hüquqlarına aid əsas sənədlər sayılır.
Hüquq, azadlıq və vəzifələrin dairəsinin daim genişlənməsi hər hansı bir hüquq institutu ilə bağlı problemlərin öyrənilməsini asanlaşdıran müəyyən təsnifatın aparılmasını tələb edir. İnsan hüquqları (azadlıqları) sırasına ənənəvi olaraq ya-şamaq hüququ, azadlıq hüququ, təhlükəsizlik hüququ, mül-kiyyət hüququ, şəxsiyyətin ləyaqət hüququ, şəxsi və ailə sirrini saxlamaq hüququ aid edilir.
Əsas təsnifatlardan birinə görə, hüquqlar üç nəslə, yəni birinci, ikinci və üçüncü nəsillərə bölünür. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü, milliyyətcə çex olan Karel Vasak tərəfindən irəli sürülüb. Birinci nəsil hüquqlara mülki və siyasi hüquqlar, ikinci nəslə iqtisadi, sosial və mədəni hüquqlar, üçüncü nəslə isə kollektiv hüquqlar daxildir. Bu hüquqların bir-birindən ayrı təmin edilməsi qeyri-mümkündür.
Dostları ilə paylaş: |