Qaydaları Diabet zamanı qanda şəkərin miqdarının uzun müddət



Yüklə 22.6 Kb.
PDF просмотр
tarix23.12.2016
ölçüsü22.6 Kb.

Diabet xəstələri üçün 

pəncələrə qulluq

 

qaydaları

-

-

Diabet zamanı qanda şəkərin miqdarının uzun müddət 

normadan yuxarı olması ayaqlarda xırda damarların və 

sinirlərin  zədələnməsinə  səbəb  olur  ki,  bu  da  diabetə 

xas olan və ən çox rast gəlinən ağırlaşmalardandır. Belə 

hallarda diabet xəstəsinin ayaqları, xüsusilə də pəncələri, 

yaralanmalara  daha  çox  məruz  qalır.  Diabet  zamanı 

ayaqlarda hissiyyatın azalması səbəbindən xəstə aldığı 

kiçik zədə və yaraları adətən diqqətindən yayındırır. Bu 

cür  zədələnmələr  isə  sonradan  ağır  və  bərpa  edilməz 

ağırlaşmalara gətirib çıxara bilər.

Diabet  xəstəsi,  pəncələrə  qulluqla  bağlı  sadə  qay-

dalara  riayət  etməklə,  belə  halların  baş  verməsinin 

qarşısını ala bilər.



Pəncələrə qulluq qaydaları:

Hər gün ayaqlarınızı/pəncələrinizi yoxlayın. Xüsusilə ayaq 

altının,  daban  və  barmaqlararası  nahiyələrin  dərisinin 

vəziyyətini qiymətləndirmək vacibdir. Bunu etmək çətindirsə, 

güzgüdən istifadə edin və ya qohumlarınızdan xahiş edin. 

Pəncələrinizi  hər  gün  axar  su 

altında  sabunla  yuyun.  Ayaq 

üçün  vanna  qəbul  edirsinizsə, 

mütləq  suyun  temperaturunu  yox-

layın  (37

0

C-dən  yüksək  olmama-



lıdır).  Su  termometri  yoxdursa, 

suyu dirsəyinizlə yoxlayın. Duş qə-

bulundan və ayaqlarınızı yuduqdan 

sonra yumşaq dəsmalla pəncələrin 

dərisini,  xüsusilə  barmaq  aralarını 

diqqətlə qurulayın. 

Həddən  artıq  quru  dəri  ol-

duqda  pəncə  dərisinə  qulluq 

üçün xüsusi vasitələrdən  (ayaqlar 

üçün nəmləndirici kremlərdən) isti-

fadə edin.

Dırnaqlarınızı  müntəzəm  olaraq  (həftədə  1  dəfədən  az 

olmayaraq) dırnaq yeyəsi ilə səliqəyə salın. Döyənəkləri 

təmizləmək üçün süngər daşından istifadə edin. Qalınlaşmış 

dırnaq və ya döyənəyin öhdəsindən özünüz gələ bilmirsinizsə, 

həkim-endokrinoloqa müraciət edin. 



1

2

3

4

Xüsusi  seçilmiş  ayaqqabı  geyinirsinizsə,  pəncələriniz 

etibarlı  şəkildə  qorunur.  Ayaqqabı  seçimi  ilə  bağlı  həkim-

endokrinoloqdan  məsləhət  ala  bilərsiniz.  Hər  dəfə  ayaqqabını 

geyinməzdən əvvəl onun içini yoxlamağı adət şəklinə salın. Bu, 

ayaqqabının içinə düşmüş yad cisimləri və cıxan mismarları, onun 

bükülmüş içliklərini aşkarlayıb kənarlaşdırmağa kömək edir. 

Pəncənizdə  hər  hansı  bir 

zədə  aşkarlandıqda  onun 

ətrafındakı  dərini  antiseptik 

məhlulla  (furasilin,  miramistin, 

xlorheksidin)  təmizləyin,  zədə-

lənmiş  nahiyəni  steril  sarğı  ilə 

bağlayın  və  həkimə  müraciət 

edin.  Evdə  saxlanılan  dərman 

qutusunda  antiseptiklər,  həm-

çinin  steril  salfet  və  bintlər, 

bakterial  plastırlar  olmalıdır. 

Səfərə  hazırlaşanda  bunların  hamısını  özünüzlə  götürməyi 

unutmayın. Problem yaranıbsa (ayaqlarda ağrı, sağalmayan 

yaralar  və  s.),  həkim-endokrinoloqa  müraciət  edin.  Geyin-

diyiniz ayaqqabını həkimə göstərmək arzu olunandır.

Ayaqlarınız  üşüyürsə,  yun 

corab geyinin. Pəncələr üçün 

sadə məşqlər edin: barmaqların 

bükülməsi və açılması, pəncənin 

dairəvi hərəkətləri.



5

6

7

Diqqət! Təhlükəlidir!

Zədələnmə  riskini  nəzərə  alaraq,  dırnaqların  və  dö-

yənəklərin  təmizlənməsi  zamanı  iti  və  kəsici  əşyalardan 

(qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin 

döyənək  və  ya  dırnaqları  yumşaldan  vasitələrdən  (döyənək 

məlhəmlərindən, plastırlardan) heç vaxt istifadə etməyin.

Pəncələrdə  zədələnmiş  dərini  təmizləmək  üçün 

spirtli  məhlullardan  (yodun  spirtli  məhlulu,  brilliant 

yaşılı  –  “zelyonka”),  həmçinin  qatılaşdırılmış  tünd  kalium 

permanqanatı məhlulundan istifadə etməyin.

Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik 

batareyalarının, elektrik qızdırıcılarının köməyilə isitməyin. 

Ayaqqabısız gəzməyin (hətta evdə belə). Bu, həm pəncənin 

dərisinin  zədələnmə riski, həm də pəncəyə düşən ağırlığın 

artması  ilə  bağlı  məsləhət  görülür.  Yüksək  sürtülmə  ehtimalı 

olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin.

Bütün  gün  ərzində  və  ya  intensiv  fiziki  yük  (tez  yürüş, 

başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı 

cütü geyinməyin.

Siqaretçəkmə  orqanizminizə  ziyandır,  xüsusən  də 

ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti 

atmaq heç zaman gec deyil!



Ayaq arteriyalarında hissiyyatın və pulsasiyanın təyin 

edilməsi məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə 

həkim müayinəsindən keçmək məsləhət görülür.

1

2

3

4

5

6

Kitabça  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  26  noyabr 

2010-cu  il  tarixli  222  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “2011-2015-ci 

illər  üçün  şəkərli  diabet  üzrə  Tədbirlər  Proqramı”nın  icrası  ilə  bağlı 

Səhiyyə  Nazirliyinin  Tədbirlər  Planının  4.1-ci  bəndinə  uyğun  olaraq 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmış və Dünya Diabet 

Fondunun dəstəyi ilə həyata keçirilən “Diabet məktəblərinin təşkili” layihəsi 

çərçivəsində İSİM və Azərbaycan Diabet Cəmiyyəti (ADC) tərəfindən çap 

edilmişdir.

AZ? RBAYCAN DIABET C? MIYY? TI

WORLD


FOUNDATION

 

 



DIABETES


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə