1980-ci ildə Kopenhagendə çağırılmış qadın vəziyyətinə dair ikinci Ümumdünya konfransında 145 ölkənin – BMT-nin üzvlərinin nümayəndələri bu sahədə əsaslı tərəqqiyə nail olmaq haqqında vahid rəyə gəldilər. 1979-cu illin dekabrında Baş Assambleya tərəfindən qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğvi haqqında Konvensiyanın (CEDAW) qəbulu mühüm dönüş nöqtəsi, qadın bərabərliyi uğrunda mübarizədə ən vacib vasitələrdən biri idi. «Qadın hüquqları haqqında bill» adlandırılan Konvensiya 165 ölkəni – BMT-in üzvlərini birləşdirdi. Əldə olunan tərəqqiyə baxmayaraq, konfransın gedişində təmin olunmuş hüquqlarla qadınların bu hüquqlardan istifadə etmək bacarığı arasında uyğunsuzluğun yranması faktı etiraf olundu. Konfrans iştirakçıları bu problemin həlli üçün üç sahə ayırırdılar ki, burada xüsusi məqsədyönlü tədbirlərin - təhsilə bərabər daxil olmaq; işə düzəlmək imkanı və lazımi tibbi xidmətin görülməsi zəruri idi. Konfrans, yekdilliklə olmasa da, qəbul edilmə ilə sona çatdı. Gender bərabərliyi uğrunda hərəkat «BMT qadın onilliyinin nailiyyətlərinin: bərabərlik, inkişaf və sülhün icmalı və qiymətləndirilməsi üçün Ümumdünya konfransı» adı altında qadınların vəziyyətinə dair üçüncü Ümumdünya konfransında (Nayrobi, 1985) dünya tərəfindən həqiqətən qəbul edildi. Eyni zamanda forumda iştirak edən QHT 15 mindən çox nümayəndəsi konfransa «dünya feminizminin yaranması» akta kimi yanaşdı. Meksikada konfransda siyasi və iqtisadi qollara parçalanmış qadın hərəkatı indi bərabərlik, inkişaf və sülh simvolu altında birləşən beynəlxalq gücə çevrildi. BMT-in üzvü olan ölkə tərəfindən işlənib hazırlaran və yekdilliklə qəbul edilən «2000-ci ilə qədərki dövr üçün gələcəyi nəzərdə tutan Nayrobinin strategiyası qadınların vəziyyətinin yaxşılaşdırılmasına dair mükəmməl layihə oldu. Milli (dövlət) səviyyəsində bərabərliyin əldə olunmasına dair bir sıra tədbirlər sənədin əsasını təşkil edirdi. Hökumət onun inkişaf strategiyasına və ehtiyat imkanlarına əsaslanan prioritetlərini müəyyən etməlidir. Əsas tədbirlər qrupu aşağıdakılar idi: 1) konstitusiya və qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlər; 2) sosial proqramlarda bərabər iştirak; 3) siyasi həyatda və qərarların qəbulunda bərabər iştirak. Keçən iki onillikdə görülən səylər qadın və kişilər arasında münasibətlərdəki qeyri-bərabərliyin strukturu əsaslarına toxunmayıb, qalınların hüquqlarının genişləndirilməsi yollarının və bütün səviyyələrdə qərarların qəbulu prosesində onların bərabərhüquqlu partnyorlar kimi öz prioritet və dəyərlərinin irəli sürmək imkanlarının axtarılması zərurəti kəsb edir. Qadın problemləri üzrə