3. Genderin hüquqi aspektləri. Beynəlxalq təşkilatların fəaliyyəti


Pekin Deklarasiyasını və Fəaliyyət Platformasını



Yüklə 21,58 Kb.
səhifə8/8
tarix01.01.2022
ölçüsü21,58 Kb.
#50503
1   2   3   4   5   6   7   8
2019 muhazire 3

Pekin Deklarasiyasını və Fəaliyyət Platformasını qəbul etdilər ki, bu da XXI əsrdə qadınların tərəqqisi yolunda dönüş nöqtəsi oldu. Fəaliyyət Platformasında qadınların vəziyyətinin yaxşılaşdırılmasına dair 12 ən mühüm fəaliyyət istiqaməti var: qadın və yoxsulluq, qadınların təhsili və peşə hazırlığı, qadınlar və səhiyyə; qadınlara münasibətdə zorakılıq; hərbi münaqişələr dövründə qadınlar, qadın və iqtisadiyyat, rəhbər orqanların işində və qərarların qəbulunda qadınların iştirakı, qadınların vəziyyətinin yaxşılaşdırılmasında institusional mexanizmlər; qadınların insan hüquqları; qadınlar və kütləvi informasiya vasitələri; qadın və ətraf mühit; qızlar. Pekin fəaliyyət Platformasını qəbul edən hökumət bütün dövlət institutlarında, strategiyalarda, planlaşdırmada və qərarların qəbulunqda gender aspektinin effektiv əlavə edilməsinə dair öz üzərinə öhdəlik götürür. Baş Assambleya platformanı dəstəkləyərək bütün dövlətləri, BMT strukturlarını və digər beynəlxalq təşkilatları, həmçinin QHT və özəl sektoru onun tövsiyyələrini yerinə yetirmək üçün tədbirlər görməyə çağırdı. BMT-ə üzv ölkələrin daha əvvəllər qadınların statusunu möhkəmləndirmək üçün yaratdığı dövlət mexanizmlərinin daxilində bütün institut və proqramlar gender komponentinin tətbiq edilməsinə dair mərkəzi koordinasiya orqanlarının yeni funksiyası əlavə edildi. Pekin konfransı həm miqyasına və orada çoxlu sayda ölkələrin təmsil olunması, həm də səmərəliliyi baxımından böyük uğur qazandı. Bu hökumət və QHT nümayəndələrinin toplantısı tarixində ən böyük toplantı idi. Burada 17 min nümayəndə, o cümlədən 189 ölkənin təmsilçiləri iştirak edirdi. Əksər ölkələrin qadınlarının nail olduqları tərəqqiyə bazmayaraq, bu yolda irəliləyiş hələ də yavaş və qarma-qarışıqdır. Qadınların problemləri demək olar ki, hər yerdə ikinci dərəcəlidir. Onlar açıq və ya gizli ayrı-seçkiliklə və marqinalizasiya ilə qarşılaşır, inkişafın nəticələrindən daha az istifadə edir və dünyanın ən kasıb əhalisinin 70%-ni təşkil edirlər. Pekin konfransından sonrakı 5 ildə milli və beynəlxalq səviyyədə qərarları qəbul edən ən yüksək vəzifəli şəxslər arasında qadınların təmsil olunması praktiki olaraq dəyişməyb. Demək olar ki, hər bir ölkədə seçicilərin əksəriyyətinin qadınlar olmasına baxmayaraq, onlar öz ölkələrinin parlamentlərində azlıqda qalmaqda davam edirlər.

Dünya təcrübəsi göstərir ki, üç əsas faktor demokratiyanın bərqərar olduğu ölkələrdə hakimiyyətin qanunverici qolunun yuxarı eşalonunda qadın nümayəndəliyinin ümumi artımına kömək edib: 1) şüurlu siyasi iradənin mövcudluğu; 2) partiyadan namizədlərin siyahısında müvafiq olaraq ölkədə cinslərin qarşılıqlı əlaqəsinin uyğunluğunu tələb edən qadınların mövcudluğu; 3) birmandatlı (majoritar) sistemin proporsional nümayəndəliklə əvəzlənməsi. Siyasi iradə və siyasətçilərin real olaraq qurduqları dövlət strukturları gender baxımından həssas olmalı və gender kompleks yanaşmanı praktikaya tətbiq etməlidir.

Niyə qadınların statusunun yaxşılaşdırılmasında tərəqqi həyatın bütün sferalarında reallığa çevrilmir? Alimlər bir sıra faktorlar irəli sürürlər: 1) qadın hərəkatının nisbətən zəifliyi; 2) Pekin konfransının nəzərdə tutduğu və BMT-nin xüsusi və Nyu-York sessiyasının dəstəklədiyi məqsədlərin reallaşması üçün siyasi və dövlət iradəsinin yoxluğu; 3) cinslər arasında bərabərlik ideyasının irəlilməsinin mövcud metod problemi; 4) qadın maraqlarının qabağa çəkilməsi məsələsi üzrə real milli mexanizmin yoxluğu; 5) qərarların qəbulunda iştirak edən qadınların az olması. Demokratik islahatlar kursunu götürən dövlət, cəmiyyətə miras qalmış patriarxal ideyaları, prinsipləri «qanunvericilik normalarını, cinslərin bərabərliyinin ənənəvi nizamlayıcılarını tənqidi baxımdan nəzərdən keçirməyə çalışır. Bunun üçün iqtisadi, siyasi səviyyədə obyektiv ilkin şərait yaranıb, amma ölkədə formalaşan mahiyyətini vətəndaş azadlığı və onların cinsindən asılı olmayaraq bərabər imkanları təşkil edən vətəndaş cəmiyyətində qadın məsələlərinin həlli paradiqmasını bir daha yaratmaq lazımdır».

2004-cü ilin martında qadın hüquqlarına həsr olunmuş və Pekin Fəaliyyət Platformasının qəbulundan keçən 10 ildə görülmüş işi təhlil edən BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Sessiyada qeyd olundu ki, əksər ölkə qadınlarının nail olduqları tərəqqiyə baxmayaraq, cinslərin bərabərliyi uğrunda mübarizə yolunda irəliləyiş yavaş-yavaş gedir. Qadınlar ayrı-seçkiliklə qarşılaşmaqda davam edirlər, inkişafın nəticələrindən daha az istifadə edirlər. 2015-ci ilə kimi əldə olunması nəzərdə tutulan minilliyin səkkiz inkişaf məqsədi arasında BMT qadınların imkan və hüquqlarının genişləndirilməsini, kişi və qadınlar arasında bərabərliyin əldə edilməsinə kömək etməyi ilk yerlərdən birinə qoydu.

2000 - ci ilin sentyabr ayında Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin (MİM) təsbit edildiyi Minilliyin Bəyannaməsini qəbul edib. MİM ifrat yoxsulluqsəviyyəsinin azaldılması, aclığa son qoymaq, gender bərabərliyi kimi 8 qlobal xarakterə malik öhdəlikləri özündə ehtiva edir. MİM- in həyata keçirilməsi üçün son müddət - 2015 ci il – həm də bu öhdəliklərdən irəli gələn qlobal və milli tematik, ikitərəfli və çoxtərəfli formatda olan milli məsləhətləşmə prosesləri çərçivəsində keçirilən görüşlərlə yadda qaldı. Görüşlər zamanı ötən illər ərzində əldə edilmiş nəaliyyətlər qiymətləndirildi və növbəti səkkiz ildə Azərbaycanda ÜDM-un həcmini iki dəfə artırmaq və ölkəni yüksək gəlirli dövlətlər sırasına daxil etmək kimi prioritetlərin reallaşdırılmasıqarşıya məqsəd qoyuldu.

Çoxsaylı müzakirələrdən sonra 2016- 2030-cu illəri əhatə edəcək, 17 qlobal hədəfi əks etdirən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi qərara alındı. Bu məqsədlər özündən əvvəlki MİM-də əksini tapan qlobal prioritetlərin daha təkmilləşdirilmiş versiyasıdır. Azərbaycan da BMT-yə üzv olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində bu məqsədlərə qoşuldu və DİM-dən irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində fəaliyyətə başladı. 2016- cı il yanvar ayında qüvvəyə minən DİM bəyannaməsi növbəti 5 il ərzində həyata keçiriləcək hədəfləri müəyyənləşdirməklə, ümumilikdə 2030-cu ilədək dünyada qlobal iqtisadi rifaha, sosial inkişafa və ətraf mühitin qorunmasına nail olmağı hədəfləyir.



2015- ci ilədək dayanıqlı inkşaf sahəsində Azərbaycan əsasən BMT tərəfindən müəyyən edilmiş “Minilliyin İnkişaf Məqsədləri”-ni rəhbər tutaraq yoxsulluğun aradan qaldırılması, elm, mədəniyyət və səhiyyə sahələrinin inkişaf etdirilməsi,yenilənəbilən enerji mənbələrinin istifadəsi və bu sahələrə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi istiqamətində humanitar və texniki təyinatlılayihələr həyata keçirib. Minilliyin bəyannaməsini qəbul etdikdən sonra da Azərbaycan sosial, iqtisadi və mədəni sahələrdə önəmli nailiyyətlərə imza atıb.

Dayanıqlı inkişaf konspesiyası BMT tərəfindən müəyyən edilmiş, dünya miqyasında rifaha nail olmağı hədəfləyən prioritetlərdir. Dünyada cərəyan edən proseslər fonunda bütün sferalarda dayanıqlı inkişaf tükənməkdə olan resursların mövcudluq müddətini artırmaq məqsədilə yeni və alternativ mənbələrin kəşf edilməsi, elm və texnologiyanın inkişafı, həmçinin sosial, iqtisadi və ekoloji sahələrdə atılan mütərəqqi addımlarla əldə ediləcək.
Yüklə 21,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin