84
*****
1-Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı
surətdə bir-birinə keçməsi qanunu (Kəmiyyətin
keyfiyyətə və əksinə keçməsi qanunu)
Hələ qədim dövrlərdə yunan filosofları diqqəti belə bir məsələyə cəmləşdirmişdirlər ki, lap az,
müəyyən vaxt hiss edilməyən bu və ya digər predmetin dəyişikliyi toplanaraq daha çox hiss olunan
dəyişikliyə çevrilə bilər. Deyək ki, qum təpəsindən qumun və ya adamın başından saçın azalması
tez – gec qum təpəsinin yox olmasına, adamın keçəl olmasına gətirib çıxarır. Həm də burda bir
vəziyyətdən digərinə keçidin sərhəddi dağınıqdır, tutulan deyil, digər hallarda bu sərhəd qəti hiss
olunur. Bu cür həyati, praktiki, sonra həm də elmi misallar çox gətirmək olar. İdman və peşə
ustalığı, savadlılıq, ağıllılıq zərrədən toplanır, sonra isə hiss olunur. Qocalıq insana gizlincə
yaxınlaşır. Alkoqol və ya narkotik maddələrin təsadüfən, bir dəfə istifadə edilməsindən
alkoqolizmə, narkomaniyaya gətirib çıxarır. Keçid sərhəddi hiyləgərdir (qəddardır). İstehsalın
ətraf mühitə ziyanlı təsiri tədricən toplanır. Hegel bu cür dəyişiklikdə sadəcə olaraq maraqlı
hadisəni deyil, kəmiyyət dəyişikliyinin keyfiyyətə keçməsi qanunun adını alan ən ümumi
qanunauyğunluğu gördü.
Keyfiyyət və xassə-
Dünya cürbəcürdür, müxtəlifdir. O, insanın qarşısında eyni cür predmetlərin
yığını kimi deyil, müxtəlif
xassələri
olan çoxlu predmetlər, hadisələr, proseslər kimi dayanır. Hər
bir predmet nə isə bir deyil, bir sıra xassələrə malikdir və buna görə də bir deyil, çoxlu, müxtəlif
xarakteristikası var.
Hadisələr
əhəmiyyətli
(çox mühüm, zəruri) və
əhəmiyyətsiz
olur. Tutaq ki, işgüzar nöqteyi -
nəzərdən adamın gözünün rəngi, boyu, onun geyim stili əhəmiyyətli deyil: əhəmiyyətli odur ki, o
necə mütəxəssisdir, onun peşəkarlığı yüksəkdir, yoxsa aşağıdır. Bu və ya digər səbəbə görə
əhəmiyyətli xassəsini itirən predmet sadəcə olaraq yeni vəziyyətə keçmir, başqa predmet olur.
Məsələn, qəzaya uğrayan təyyarə maşınlıqdan çıxıb metala çevrilir.
Predmetlər – bu xassələrin meaxniki yığımı və ya sadəcə cəmi deyil, onların qarşılıqlı əlaqəsi,
vəhdətidir. Məhz ona görə də predmetlərin dərk olunması fikrin güclənməsini–onların müxtəlif
təzahürünün təhlilini tələb edir. Predmetin xassələrinin möhkəm (sabit) məcmusu fəlsəfədə
keyfiyyət anlayışı
ilə ifadə olunur. Müxtəlif predmetlərin çoxluğu isə
keyfiyyət müxtəlifliyi
kimi
xaraterizə olunur. Xassə predmetlərin bu və ya başqa tərəflərinin, xüsusiyyətlərinin - onların başqa
predmetlərlə münasibətində özünü - göstərməsi kimi biruzə verir.
Dostları ilə paylaş: