İrəliləmə hərəkətinin kinematikası



Yüklə 254,2 Kb.
səhifə1/6
tarix03.05.2023
ölçüsü254,2 Kb.
#106521
  1   2   3   4   5   6
fizika imtahan sualları





  1. İrəliləmə hərəkətinin kinematikası.

İrəliləmə hərəkəti - bütün nöqtələri eyni hərəkət edən cismin hərəkətinə deyilir. İrəliləmə hərəkətində cismin xəyalən iki ixtiyari nöqtəsindən keçən düz xətt əvvəlki vəziyyətinə paralel qalır. Məsələn, çamadanı döşəmədən stulun üzərinə qoyduqda ona irəliləmə hərəkəti verilir İrəliləmə hərəkətində cismin bütün nöqtələri eyni hərəkət etdiyindən, onun hərəkəti cismin bir nöqtəsinin hərəkətinə gətirilir. Bu halda maddi nöqtə adlandırılan ideallaşdırılan fiziki modeldən istifadə etmək əlverişli olur.
Mexanika materiyanin ən sadə hərəkət formasıni - mexaniki hərəkəti öyrənir.
Mexanikanın üç növü var: klassik me­xa­nika, relyativistik mexanika, kvant mexanikası.
Klassik mexanika – ölçüləri atom və molekulların ölçü­lə­rin­­dən çox-çox böyük, sürəti işıq sürətindən çox-çox kiçik olan cisimlərin hərəkət və qarşılıqlı təsiri haqqında elmdir.
Relyativistik mexanika – sürəti işığın vakuumda yayılma sürəti ilə müqayisə olunan cisimlərin mexanikasıdır.
Kvant mexanikası – Mikrozərrəciklərin hərəkətini öyrənir( ayrı-ayrı atomlar və elementar zərrəciklər).
Hesablama cismi, onunla bağlı ko­or­dinat sistemi və vaxtı ölçən cihaz birlikdə hesablama sistemi adlanır
Hərəkət edən mad­­di nöq­­­tə­nin verilən he­sab­la­ma sis­te­mi­nə nəzərən cızdığı arasıkəsilməz xəttə trayektoriya deyilir.
Trayektoriyanın for­ma­­­sına gö­rə hərəkətlər düz­­xətli və əy­ri­xətli olur.
Belə hərəkətlər, müvafiq olaraq dəyişənsürətli düzxətli, dəyişənsürətli əyrixətli, bərabərsürətli düzxətli və bərabərsürətli əyrixətli hərəkət adlanır.

  1. Fırlanma hərəkətinin kinematikası.

Kinematika (Yunan dilindən "κινεῖν", kinein, hərəkət etdirmək, hərəkət) — cismlərin, sistemlərin hərəkətindən (onları hərəkətə gətirən qüvvələri nəzərə almadan) bəhs edən klassik mexanikanın bölmələrindən biridir. Kinematika klassik mexanikanın başqa bir bölməsi olan analitik dinamika ilə qarışıq salınmamalıdır. Analitik dinamika cismin hərəkəti ilə onu hərəkətə gətirən səbəb arasındakı asılılıqdan bəhs edir.
Fırlanma hərəkəti icra edən maddi nöqtə t = 0 anında A vəziyyətində olur. ∆t müddətindən sonra ∆φ qədər dönmə bucağı icra edib B vəziyyətində olacaqdır.
Bucaq sürəti – radius vektorunun dönmə bucağının, bu dön­məyə sərf olunan zamana nisbəti ilə ölçülən kəmiy­yət­dir. Orta bucaq sürəti belə tapılır:

Ani bucaq sürətini isə belə hesablamaq olar:

Bucaq sürətinin vahidi saniyədə radi­an­dır:
olduqda çevrə üzrə bərabərsürətli hərəkət alınar.
; ;
Xətti sürət ilə bucaq sürəti arasındakı əlaqə düsturunu çıxaraq. Məlumdur ki, mərkəzi bucaq, qövs və çevrənin radiusu arasında belə bir münasibət vardır:
Sürət üçün yazmaq olar:




  1. Qalileyin nisbilik prinsipi, Qaliley çevrilmələri.


  2. Yüklə 254,2 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin