İrəliləmə hərəkətinin kinematikası


Qalileyin nisbilik prinsipi



Yüklə 254,2 Kb.
səhifə2/6
tarix03.05.2023
ölçüsü254,2 Kb.
#106521
1   2   3   4   5   6
fizika imtahan sualları

Qalileyin nisbilik prinsipi. Q.Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını ümumiləşdirərək 1636-cı ildə özünün nisbilik prinsipini formalaşdırdı:
●Mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir.

  • Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: mexaniki hərəkəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərində eyni şəkildədir.

  • Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən fəza və zaman mütləq hesab olundu - cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərinə nəzərən əlaqələri yığcam formada “Qaliley çevrilmələri” adlanan və ondan çıxan nəticələrlə təsvir edildi

    4. Nyutonun hərəkət qanunları.
    İngilis alimi İ.Nyuton 3 qanunu vahid bir sistem təşkil edir. I qanunun mahiyyəti: hər bir maddi nöqtə (cism) ona kənardan başqa bir maddi nöqtə təsir edənədək sükunətdədirsə, sükunət halını, düzxəttli və bərabərsürətli hərəkətdədirsə, bu hərəkət halını saxlayır. Cismin öz halını saxlamağa can atması meylliliyi onun ətalət xassəsi adlanır. Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.
    Istənilən cisim ona xarici qüvvə təsir etməyincə öz sükunət və ya bərabər sürətli düzxətli halını saxlayır.
    Nyutonun birinci qanunundan aşağdakı iki nəticəni alırıq:
    1) sükunət və bərabər sürətli düzxətli hərəkət eyni mexaniki haldır ( , )
    2) sükunət və ya bərabər sürətli düzxətli hərəkət hallarını yalnız qüvvə dəyişdirə bilər.

    Nyutonun II qanununu kəmiyyətcə formula etmək üçün A–təcil, m–kütlə və F–güc anlayışlarından istifadə edilir. Təcil – cismin hərəkət sürətinin dəyişməsi tezliyini xarakterizə edir. Kütlə - maddi obyektlərin əsas özəlliklərindən biri olub, ətalət halını göstərir. Güc – vektorial kəmiyyətdir, cismə kənardan başqa cismlərin, yaxud sahələrin mexaniki təsir ölçüsüdür. Cismdə hərəkət effekti yaradan amildir.
    Cismin ətalət xassəsini müəyyən edən sabit kəmiyyətə kütlə deyirlər Klassik mexanikada kütlə sabit kəmiyyətdir və heç nədən asılı deyil. Kütlə anlayışı həm maddə, həm də sahəyə aiddir.
    ifadəsində k mütənasiblik əmsalı yazaq: .


    Yüklə 254,2 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin