77
ümumiləşmiş şəkildə ifadə edirdi. Forma kateqoriyası antik dövrün daha da inkişaf etmiş və hər
şeyi əhatə edən sistemində - Aristotel fəlsəfəsində - əsas yeri tuturdu. Onun tərəfindən forma
anlayışı ona əks olan anlayışlarla – nizama salınmağa, müəyyən şəklə salınmağa aid olanları ifadə
edən anlayışlarla - daimi əlaqədə düşünülür və işlədilirdi.
Məzmun bu və ya digər cismi, hadisə və proseslərin əsas növünü, xarakterlərini müəyyən edən
müxtəlif elementlərin, cəhətlərin məcmusudur. Forma mövcudluq üsulu, inkişaf üsulu, məzmunun
ifadəsidir. Forma və məzmun eyni
cism və hadisənin müxtəlif, lakin bir-birilə sıx bağlı olan
tərəflərini ifadə edir.
“Məzmun” və “forma” kateqoriyalarının dürüst, açıq tərifini vermək asan deyildir. Bu
anlayışlar qədimdir, müxtəlif mənalıdır, qarışıq əhəmiyyət kəsb edəndir.
Məzmun
dedikdə bu və
ya digər predmetin,
hadisənin, proseslərin əsas tipini, xarakterini
müəyyən edən müxtəlif
elementlərin və onların qarşılıqlı fəaliyyətinin məcmusu başa düşülür. Məsələn, hər hansı
istehsalın məzmunu - müəyyən məhsulun hazırlanması, kinofilmin məzmunu – onun süjetidir
(hadisələr, qəhrəmanların xarakteri, hərəkəti, həyəcanı, həll olunan problemlər).
Forma -
bu və ya
digər məzmunun nizama salınması prinsipi, mövcudluq üsuludur. İstehsalat üçün bu əməyin təşkili
ola bilər, bədii əsər üçün – onun kompozisiyası, müxtəlif üsulları, hissin, fikrin, ideyaların ifadə
olunması texnikasıdır.
“Məzmun” və “forma” – dialektik anlayışlardır. Onlar eyni predmetin müxtəlif, ancaq qırılmaz
sürətdə bağlı olan aspektlərini ifadə edirlər: Hegel izah edirdi ki, məzmun müəyyən şəklə salınıb
(formalaşdırılıb), forma isə məzmunludur. Forma hadisələrin inkişafında
müəyyən mərhələni
möhkəmləndirir - bununla da dəyişikliklərin toplanması və sonrakı inkişafın imkanlarını təmin
edir. Daha bir an: dünyanın müxtəlifliyi öz ifadəsini predmetlərin
və proseslərin müxtəlifliyi
formasında tapır. Bu olduqca ümumi fəlsəfi ideyanı müxtəlif materiallarla konkretləşdirmək olar.
Belə ki, cəmiyyətinin yeniləşdirilməsi ideyası qanunverici, təşkilati möhkəmləndirmə onların
təsərrüfat - sosial "mexanizmlərdə" təcəssümünü tələb edir.
Dostları ilə paylaş: