RESPUBLİKA FƏNN OLİMPİADALARI
BAKI - 2017
FİZİKA - IX SİNİF
Şənbə
, 22 aprel 2017
1.R radiuslu ağır silindirşəkilli borunu ω bucaq sürətinə malik olana
qədər fırladaraq divarın küncünə qoydular. Borunun səthinin şaquli
divarla sürtünmə əmsalı
𝜇
1
, üfüqi divarla sürtünmə əmsalı
𝜇
2
-dir. Boru
dayanana qədər necə dəfə dövr edəcək?
2.Poladdan hazırlanmış
r=10
-3
m və
R=5*10
-2
m radiuslu kürələr üst-üstə
qoyularaq H=1 m hündürlükdən, yerin səthindəki üfüqi, çox böyük
kütləli polad lövhənin üzərinə sərbəst buraxılır. Kürələr lövhə ilə
toqquşduqdan sonra kiçik kürə hansı hündürlüyə qalxacaq?
Toqquşmaların tam elastiki və ani olduğunu, kürələrin mərkəzlərinin hər
zaman eyni şaquli düzxət boyunca yerləşdiyini qəbul edin. Havanın
müqavimətini nəzərə almayın.
3. Bakı “Formula-1” yarışlarında finişə yaxınlaşan idmançı son mərhələni sabit təcillə
hərəkət edir. Son mərhələ bir –birindən eyni uzaqlıqda yerləşən 4 bayraqla işarə
edilmişdir. İdmancı 1-ci və 2-ci bayraq arasındakı məsafəni t
1
=2 san, 2-ci və 3-cü bayraq
arasındakı məsafəni t
2
=1 saniyəyə keçir. İdmanşı 3-cü və 4-cü bayraq arasındakı
məsafəni hansı zamana qət edər?
4. Elektrik su qızdırıcısının iki spiralı var. Spiralları eyni dövrəyə ayr-ayrı, ikisini
birlikdə parallel, ikisini birlikdə ardıcıl qoşmaq olar. Qızdırıcının uzərindəki yazılardan
bəziləri pozulduğundan parallel və ardıcıl birləşmə vəziyyətlərini fərqləndirmək olmur.
Spiralları bərabər biləşdirildikdə bir halda qızdırıcıdakı su t
1
=6 dəqiqəyə, digər halda
t
2
=25 dəqiqəyə qaynayır. Spiralları ayrı-ayrı dövrəyə qöşduqda suyun qaynama
zamanlarını , parallel və ardıcıl birləşmə vəziyyətlərinin t
1
və t
2
zamanlarından hansına
uyğun gəldiyini tapın. Butun hallarda qızdırıcıdakı suyun miqdarının və başlanğıc
temperaturunun eyni olduğunu qəbul edin. İstilik itkisini nəzərə almayın.
5. Üfüqi ideal hamar səthin üzərində eyni işarəli yüklərə malik iki eyni cür kiçik kürə
biri-birindən L məsafədə tutulurlar. Kürələrdən birini buraxdiqda o hərəkət etməyə
başlayır. Kürələrarası məsafə 2L olduqda ikinci kürə də buraxılır . Kurələr arası
məsafə 3L olduqda kürələrin sürətlərinin nisbətini tapın. Agırlıq və sürtünmə qüvvələrini
nəzərə almayın.