2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)
a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi Bir çox əsrlər əvvəl belə bir inam yaranmışdı ki, bu və ya digər predmeti başa düşmək – onun
nədən təşkil olunduğunu bilmək deməkdir. Varlığın “quruluşunu” başa düşmək üçün hər şeydən
əvvəl, həm də uzun vaxt “ sadə - mürəkkəb”, “hissə - tam” fəlsəfi anlayışların köməyindən istifadə
olunmuşdur. Bu cür kateqoriyalar bir - biri ilə sıx bağlıdır, sadəcə olaraq uzun müddət hissəsi
olmayan sadə kimi, sadə tərkib hissələrə ayrılmış hissələrdən təşkil olunmuş mürəkkəb kimi
düşünülürdü.
Hissə dedikdə elə “predmetlər” başa düşülür ki, öz məcmusunda yeni, daha
mürəkkəb predmetləri yaradır.
Tama isə bu və ya başqa predmetlərin hissələrinin birləşməsinin
nəticəsi kimi baxılırdı. Sadələşdirilmiş mexaniki baxışlara uyğun olaraq tam öz hissələrinin sadəcə
cəmi hesab olunurdu.
Lakin hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən ağıl görür ki, tam hansısa səbəblərə görə
onun hissələrinin cəmindən (bir yerdə götürülmüş) nə isə böyükdür. Əslində isə, gələcək binanın,
gəminin, paltarın hissələrini yığımı hələ bina, gəmi, paltar deyildir. Bizim günlərə qədər qədim
yunan fəlsəfəsindən şərti olaraq “Tezeya gəmisi” adlanan düşüncələr gəlib çatmışdır. Tezeya uzun
gəmi səfərinə çıxır. Dənizçilər gəminin təmiri prosesində gəminin köhnəlmiş, sürtülmüş hissələrini
tədricən yeniləri ilə əvəz etdilər (vəziyyət bizim günümüzdə də real olan şeydir: avtomaşın,
televizor və s.). Nəticədə karıxma, çaşıb qalma sualı yaranır: belə hesab etmək olarmı ki, bu artıq
başqa gəmidir və ya ona elə həmin gəmi kimi baxmaq olar. İkinci cavaba meyl etməklə biz qeyri
- iradi etiraf edir ki, gəmi heç də öz hissələrinin yığımı deyildir, ancaq özündə nə isə tamı təqdim
edir.
Mürəkkəb predmetlərin (elementarlıq) hissələrinə diqqət sirli tamın (holizim) qarşısındakı
təəccübə qarşı dayanır. Tamın (məsələn, canlı orqanizm) sirrinin müəmmasının həllindəki
çətinliklər çox vaxt mistik izaha aparır.