72
dünyanı yaradaraq ona impuls, təkan vermişdir, bu ona bənzəyir ki, saat düzəldən saatı kökləyir,
ona hərəkət etməyi xəbər verir. Bu təkanı alan təbiət yeni forma yaratmaqla “ilkin xaoslardan azad
olmağa” başladı. Dekartda inkişaf anlayışı cəmiyyətə tətbiq edilmir. Lakin burjua inqilabları dövrü
bu
haqda da düşünməyə vadar etdi, tarixə maraq oyatdı. Fransız maarifçiləri
Volter və Russo
inqilabi dəyişikliklər mərhələlərinin
də daxil olduğu
tarixi inkişaf
ideyasını irəli sürdülər.
Kondorse
ictimai inkişafın üstün forması kimi
fasiləsiz tərəqqi
haqqında təlimlə onların baxışlarını
təkmilləşdirdi. Bütün bu mütəfəkkirlərdə cəmiyyətin inkişafının hərəkətverici qüvvələri mənəvi
amillər (mənəvi, dini və s. ideyalar) oldu.
Müxtəlif fərziyyələrin təhlili və inkişaf nəzəriyyəsinin formalaşması klassik alman
fəlsəfəsində həyata keçirilmişdir. İnkişaf anlayışını Günəş sisteminə
və digər ulduzlar aləminə
tətbiq edən
Kant
bununla yanaşı mənəvinin inkişafı haqqında, insanın sosial (ictimai) inkişafı
haqqında məsələ qoydu. Onun şagirdi
Herder
xalqaların və mədəniyyətlərin tarixi inkişafına
ardıcıl baxılmasına ilk cəhd etmişdir.
İnkişafın bütöv konsepsiyasını, ilk növbədə obyektiv idealizm mövqeyindən bəşəriyyətin
tarixi inkişafını
Hegel
işləyib hazırladı. Təfəkkürün Hegel üsulu bütün başqa filosofların təfəkkür
üsulundan böyük tarixi duyum qabiliyyəti - onun əsasında yerləşir - ilə fərqlənirdi.
O ilk dəfə
tarixin inkişafını, onun daxili əlaqəsini göstərməyə cəhd etmişdir. Hegel təlimi fikirlərin böyük
naliyyətidir, o, inkişafın fəlsəfi anlaşılmasını xeyli inkişaf etdirmişdir. Bununla yanaşı o növbəti
ciddi addım - Marks və Engels tərəfindən materialist dialektikanın işlənib hazırlanmasına - üçün
zəruri ilkin şərt olmuşdur. Marks və Engelsin materialist dialektikası - təbii, ictimai, məniv hadi-
sələrin inkişafı haqqında zəngin, tutumlu təlim idi.
Elmi biliklərin formalaşması həm də hadisələrin müvafiq sahəsinin
qanunlarının
müəyyən
edilməsi ilə əlaqədardır (bağlıdır). Hegel
dünyanın və idrakın universal əlaqəsini əks etdirən
qanunauyğunluqların məcmusunu
yaratmışdır. Dialektika dialektik qanunauyğunluqlar haqqında
biliklər formasında təqdim olundu. Bundan başqa nəzəri sistem özündə
prinsipləri -
məzmunu
sanki bütün nəzəriyyəyə “daxil olan”, onun ümumi istiqamətini,
məğzini müəyyən edən
müddəaları, fikri özündə birləşdirir. Hegel dialketikasının bu cür prinsipal ideyası kimi hadislərin
universal əlaqəsini, əksliklərin vəhdəti və dialektik inkar vasitəsilə inkişaf ideyalarını ayırmaq olar.
Dialektika və doqmatizm (ehkamçılıq) -
dünyanı sadələşdirmədən, kobudlaşdırmadan,
fasiləsizliyini dayandırmadan, canlıları keyləşdirmədən (cansızlaşdırmadan) onu anlamaq olmaz.
Təfəkkürün “texnikası” belədir: insan düşüncəsi onların ifadə olunduğu reallığa nisbətən daha
sabitdir və böyük diskretliyə malikdir. Məsələn, preparat (elmi tədqiqat, müalicə və s. üçün xüsusi
hazırlanmış orqanizm və ya maddə) halına salınmış metodla orqanizmin öyrənilməsi vaxtı
tədqiqatçının diqqətindən orqanizmin canlı fəaliyyəti sürüşə (diqqətindən yayına) bilər. Varlığın
fikrən “preparat halına salınmasında” da buna oxşar şey olub və olur; onu başa düşmək üçün real
aləmin “nəbzinin vurmasına” uyğunlaşmağa imkan verən metod lazımdır.
Fikrin “cərrah bıçağı” (neştər) qarşısında həssas, zəif, nəzəri dərketmə prosesində hər şeydən
asan parçalanan bütün şeylərdən tez varlığın
dəyişkənliyi, eyni zamanda onu təşkil edənlərin
müxtəlifliyi, vəhdəti, bütövlüyü oldu. Bununla belə onlardan biri digəri ilə sıx bağlıdır: çətinlik
dünyanı
deşib keçən və hadisələrin, inkişafın qarşılıqlı fəaliyyətini təmin edən
əlaqələrin dərk
olunmasındadır.
Dostları ilə paylaş: