Xəstəliyin anamnezindən



Yüklə 25.19 Kb.
tarix25.01.2017
ölçüsü25.19 Kb.
Məsələ№1.

21 yaşlı tələbə oğlan, qarnında qida qəbulundan sonra güclənən tutma şəkilli periodik ağrılar, ayaqlarında səpkilərin əmələ gəlməsi şikayətləri ilə stasionara daxil olmuşdur. Dizurik əlamətlər yoxdur, sidiyin rəngi açıqdır, stul sıyığabənzər, patoloji qatışıqlarsızdır.



Xəstəliyin anamnezindən: 6 gündür ki özünü xəstə hesab edir. Heç bir səbəbi olmadan pəncə və baldırın aşağı nahiyəsinin dərisində yanğı hissi, sonra tünd qırmızı nöqtəvari səpkilər meydana çıxmışdır. Son 2 gün ərzində yuxarıda göstərilən ağrıların qarın nahiyəsində güclənməsini qeyd edir. İrsi və allerqoloji anamnezi ağırlaşmamışdır.

Obyektiv: bədən temperaturu 38,80C, aşağı ətrafların və bazu önü nahiyəsinin dəri səthindən yüksələn 1-3 mm diametrində qırmızı - tünd qırmızı rəngdə bəzi yerlərdə birləşən, bəzilərinin mərkəzində nekroz əlamətləri olan səpkilər müşahidə olunur. Görünən selikli qişalar nəm və təmizdir. Periferik limfa düyünləri böyüməmişdir, oynaqlar xarici görünüşcə dəyişilməmişdir, bütün oynaqlarda hərəkət tam həcmdədir, ağrısızdır.

Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, xırıltılar yoxdur, tənəffüs tezliyi (TT) dəqiqədə 22-dir, ürək tonları aydın, ritmikdir, küylər yoxdur, ürəyin yığılma tezliyi (ÜYT) 80-dır, AT 120/70 mm/c.st. Qarın yumuşaq, mezoqastarl nahiyədə bir qədər ağrılıdır. Peritonial simptomlar mənfidir. Yoğun bağırsağın dərin palpasiyası zamanı bütün nahiyələrdə qurultu və yüngül agrı qeyd olunur. Qara ciyər və dalaq əllənmir.

Əlavə müayinə metodlarının göstəriciləri:

Qanın ümumi müayinəsi: Hb - 146 q/l; eritrositlər - 4,5x1012/l; rəng göstəricisi - 1,0; trombositlər - 310x109/l; leykositlər - 7,1x109/l; eozinofillər - 1%, çubuqnüvəli - 3%; seqmentnüvəli - 65%; limfositlər - 23%; monositlər - 8%; EÇS - 12 mm/s.

Sidiyin ümumi müayinəsi: xüsusi çəkisi 1019; zülal-mənfi; eritrositlər - 1-3, leykositlər isə - 2-3 görmə sahəsində.

Qanın biokimyəvi müayinəsi: ümumi bilirubin - 9,9 (3,3/6,6) mmol/l; ASAT - 24 U/l (N - <35); ALAT - 28 U/l (N - <41); kreatinin - 90 mkmol/l (N - 53-97).

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Руководство по гематологии (под редакцией А.И.Воробьева).Том 1-3, Москва, 2002.

Məsələ№2.

23 yaşında tələbə qız dəri örtüklərində səpkilərin meydana çıxmasından, cinsiyyət yollarından qanlı ifrazatın olmasından şikayətlənir.



Xəstəliyin anamnezindən: Bir həfdə əvvəl soyuqdəymə nəticəsində zökəm, sağ qulaqda ağrı olmuşdur. Ambulator olaraq otorinolorinqoloqda müalicə olunmuş amoksosillin klavulanat, siprofloksasin almışdır. 5 gündən sonra dəri örtüklərində və dodaqların selikli qişasında səpgilərin əmələ gəlməsini və cinsiyyət yollarından qanlı ifrazatın olmasını qeyd etmişdir (menses 2 həftə öncə). Keçirdiyi xəstəliklər: Tez-tez baş verən KRVİ (özbaşına antibiotiklər qəbul edir). Allerqoloji anamnez: pollinoz, sitruslar və şokolada qarşı həssaslıq (məxmərək). Dərman allergiyası yoxdur.

Obyektiv: Dəri örtükləri istidir, adi nəmlikdədir, çox saylı diffuz nöqtəvari və bir–biri ilə birləşən hemorogik səpkilər dəri səthindən yuxarı qalxmır. 1sm-ə yaxın ölçüdə, hamar, girdə, eynicinsli, hərkətli, bir–biri ilə və ətraf toxuma ilə birləşməmiş, bir qədər ağrılı limfa düyünləri əllənir, üzərindəki dəri dəyişilməmişdir. Tənəffüs tezliyi (TT) dəqiqədə 16-dır. Ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, xırıltılar yoxdur. Ürək tonları aydın, ritmikdir, ürəyin yığılma tezliyi (ÜYT) dəqiqədə 84-dür, AT - 110/60 mm.c.süt. Qarın yumuşaq, səthi və dərin palpasiya zamanı ağrısızdır. Peritoneal simptomlar mənfidir. Böyrəklər əllənmir, palpasiya ağrısızdır.

Əlavə müayinə metodlarının göstəriciləri:



Qanın ümumi müayinəsi: Hb -128 q/l; eritrositlər - 4,0x1012/l; rəng göstəricisi - 1,0; trombositlər - 8,0x109/l; leykositlər - 7,1x109/l; eozinofil - 10%, çubuqnüvəli - 5%; seqmentnüvəli - 30%; limfosit - 49%; monosit - 6%; EÇS -10mm/s.

Sidiyin ümumi müayinəsi: xüsusi çəki 1019; zülal-mənfi; eritrositlər - 1-3, leykositlər isə - 2-3 görmə sahəsində.

Qanın biokimyəvi müayinəsi: ümumi bilirubin -9,9 (3,3/6,6) mmol//l; ASAT - 22 U/l (N - <31); ALAT - 24 U/l (N - <31); kreatinin - 0,07 mkmol/l.

Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Руководство по гематологии (под редакцией А.И.Воробьева).Том 1-3, Москва, 2002



Məsələ№3.

29 yaşında hüquqşünas ümumi zəiflikdən, başgicəlləməsindən şikayətlənir.



Xəstəliyin anamnezindən: Uşaqlıqdan xəstədə cuzi zədələnmələr zamanı (cızıqlar, kiçik kəsiklər) qüclü qanaxmalar qeyd olunur. Diz oynaqlarında yüngül zədələnmələ dəfələrlə hemartroza səbəb olmuşdur. 5 gün əvvəl dişi çıxarıldıqdan 3 saat sonra 3,5 saat davam edən diş ətindən qanaxma meydana çıxmışdır. Xəstə təcili hospitalizasiya olunmuşdur. Hemostatik süngərin koməyi ilə qanaxma dayandırılmışdır, resediv qeyd olunmamışdır.

Obyektiv: Dəri örtükləri isti, adi nəmlikdə, təmizdir. Çənə altına 0,5 sm yaxın girdə, düzgün, hamar, eynicinsli, hərəkətli, bir-biri ilə və ətraf toxuma ilə birləşməmiş limfa düyünləri əllənir, üzərlərindəki dəri örtüyü dəyişilməmişdir. Diz oynaqları həcmcə böyümüşlər, deformasiya qeyd olunur, yerli hiperemiya və hipertermiya yoxdur. Azacıq agrılıdır, hərəkət əhəmiyyətli dərəcədə məhdudlaşmışdır (bükücü kontraktura), kripitasiya ilə müşayət olunur. Aşağı ətrafların əzələləri hipotrafikdir. Tənəffüs tezliyi (TT) dəqiqədə 20-dir. Ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, xırıltılar yoxdur. Ürək tonları aydın, ritmikdir. Ürəyin yığılma tezliyi (ÜYT) dəqiqədə 98-dir. AT 110/70 mm/c.st. Qarnı yumuşaq səhti və dərin palpasiya zamanı ağrısızdır. Peritoneal simptomlar mənfidir. Qara ciyər və dalağ əllənmir. Pasternatski simptomu hət iki tərəfdə mənfidir. Böyrəklər əllənmir, palpasiya ağrısızdır.

Əlavə müayinə metodlarının göstəriciləri:



Qanın ümumi müayinəsi: Hb - 68 q/l; eritrositlər - 3,8x1012/l; rəng göstəricisi - 0,5; retikulosit - 32‰; trombositlər - 420,0x109/l; leykositlər - 11,1x109/l; gənc - 1%; çubuqnüvəli – 12%; seqmentnüvəli - 53%; eozinofillər - 2%, bazofillər - 8%, limfositlər - 20%; monositlər - 4%; EÇS – 6 mm/s. Yaxmada - normositlər ++, poykilositoz+, polixromotofillər+.

Laxtalanma müddəti – 30 dəq.; qanaxma müddəri - 2 dəq.

Sidiyin ümumi müayinəsi: xüsusi çəki 1019; zülal-mənfi; eritrositlər - 0-1, leykositlər isə - 4-5 görmə sahəsində.

Diz oynaqlarının rentgenoqramması: oynaqlar kəskin deformasiyaya uğramışdır, oynaq səthləri qalınlaşmışdır, epifizlər, hiperostozlar hesabına genişlənmişdir, diafizlər kiçilmişdir, oynaq yarığı kəskin daralmışdır. Oynaqdaxili qığırdaqlar dağılmışdır.

Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hemofiliyanın müalicəsi üzrə klinik protocol” – Bakı -2015, 64 səh.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə