Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
DOKTOR MOM
®
SOYUQDƏYMƏ ƏLEYHİNƏ xaricə istifadə üçün məlhəm
DOKTOR MOM
®
COLD RUB
Tərkibi
Təsiredici maddələr: hər 20 q məlhəmin tərkibində 1,05 q kamfora, 0,61 q levomentol, 0,11 ml muskat qozu
yağı, 1,11 ml terpentin yağı, 0,02 q timol, 0,30 ml evkalipt yağı vardır.
Köməkçi maddələr: ağ yumşaq parafin.
Təsviri
Yarımşəffaf, ağ və ya ağımtıl rəngli mentol və kamfora iyli məlhəmdir.
Farmakoterapevtik qrupu
Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.
ATC kodu: R05X
Farmakoloji xüsusiyyətləri
Yerli qıcıqlandırıcı, yayındırıcı, iltihab əleyhinə və antiseptik təsir göstərir.
İstifadəsinə göstərişlər
Zökəm, burun tutulması hissi ilə müşayiət olunan kəskin respirator xəstəliklərin simptomatik müalicəsi,
həmçinin əzələ, bel, baş ağrıları zamanı.
Əks göstərişlər
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- preparatın tətbiq olunacağı nahiyələrdə dəri örtüklərinin zədələnməsi, dəri xəstəliklərinin olması;
- 2 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu qrup
pasiyentlərə təyin edilməsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur.
Xüsusi göstərişlər
Məlhəmin gözə, burunun və ağız boşluğunun selikli qişasına, həmçinin zədələnmiş dəri nahiyələrinə
düşməsinə yol verməyin.
Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə
atmayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər ətraf mühiti qorumağa
kömək edəcək!
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir
göstərmir.
İstifadə qaydası və dozası
Yalnız xaricə istifadə üçün!
- zökəm və ya burun tutulması zamanı məlhəmi burun qanadlarının dərisi üzərinə çəkin;
- əzələ, bel ağrıları zamanı məlhəmi ağrı nahiyəsinə çəkin. Daha yaxşı nəticə əldə etmək üçün ağrılı
nahiyəni qızdırıcı sarğı ilə bağlayın;
- başağrısı zamanı məlhəmi gicgah nahiyəsinin dərisinə çəkin.
Əlavə təsirləri
Allergik reaksiyalar.
Buraxılış forması
20 q məlhəm, ağzı polietilenlə laminəolunmuş alüminium folqa ilə möhürlənmiş, burulan qapaqlı polipropilen
flakonda. Bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15ºC-25ºC temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«Yunik Farmasyutikal Laboratories»
(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay 400 030, Hindistan.
® - ticarət nişanı
İstehsal sahəsinin ünvanı
Sahə № 304-308, Q.İ.D.K. İndastrial Area, Panoli 394 116, Qucarat Ştatı, Hindistan.
Qeydiyyat şəhadətnaməsinin sahibi
«Conson və Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat
«Conson və Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55