Qaydalarını müəyyən edir. Bu Qanunun məqsədləri üçün Azərbaycan Respublikasının xarici ölkələrdə və



Yüklə 34.91 Kb.
PDF просмотр
tarix22.04.2017
ölçüsü34.91 Kb.

 

 

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda 

fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin 

icbari sığortası haqqında 

 

AZƏRBAYCAN RESPUBLĐKASININ QANUNU 

 

Maddə 1. Qanunun məqsədi 

1.1.

 

Bu  Qanun  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 



fəaliyyət  göstərən  diplomatik  nümayəndəliklərində  və  konsulluqlarında  (bundan  sonra  - 

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) qulluq edən şəxslərin icbari sığortası 

qaydalarını müəyyən edir.

 

 



1.2.

 

Bu  Qanunun  məqsədləri  üçün  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və 



beynəlxalq  təşkilatlarda  fəaliyyət  göstərən  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslər 

dedikdə  "Diplomatik  xidmət  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  Müvafiq  olaraq 

diplomatik  xidmət orqanlarında diplomatik  vəzifə  tutan  şəxslər  (diplomatik  xidmət  əməkdaşları) 

və həmin orqanların inzibati-texniki xidmətini həyata keçirən şəxslər nəzərdə tutulur.  



Maddə 2.  

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən 

şə

xslərin icbari sığortası haqqında qanunvericilik 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslərin  icbari 

sığortası  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  "Diplomatik  xidmət  haqqında",  "Sığorta 

fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  qanunları  ilə,  bu  Qanunla  və  digər  normativ 

hüquqi aktlarla tənzimlənir.  

Maddə 3. Sığorta olunan 

"Diplomatik  xidmət  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  əsasən  Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  Azərbaycan  Respublikasının 

vətəndaşı olan şəxslər bu Qanuna uyğun olaraq sığorta olunanlardır. 



Maddə 4. Sığortalı 

Sığortalı  Azərbaycan  Respublikasının  xarici  siyasətini  həyata  keçirən  Müvafiq  icra 

hakimiyyəti orqanıdır. 

Maddə 5. Sığortaçı 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslərin 

sığortaçısı dövlət sığorta orqanıdır. 

Maddə 6. Sığorta hadisəsi 

6.1.


 

Sığorta olunanın  fərdi qəza (bədbəxt  hadisə)  nəticəsində  həlak olması (vəfat etməsi)  və 

ya sağlamlığına zərər vurulması (əlillik və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir. 

6.2.


 

Fərdi  qəzanın  (bədbəxt  hadisənin)  sığorta  olunanın  sərxoş  halda  olması,  narkotik 

vasitələrdən,  psixotrop  maddələrdən  və  ya  toksiki  maddələrdən  istifadəsi,  özünə  qəsd  etməsi 

nəticəsində baş verməsi sığorta hadisəsi sayılmır. 



6.3.

 

Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya sığortalı bu barədə sığortaçım xəbərdar 



etməlidir. 

Maddə 7. Sığorta məbləği və sığorta haqqı 

7.1.


 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər 

diplomatik  vəzifə  tutan  şəxslər  altı  min  altı  yüz  manat,  inzibati-texniki  xidməti  həyata  keçirən 

şə

xslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər. 



7.2.

 

Sığorta haqqı sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir. 



Maddə 8. Sığorta ödənişləri 

8.1.  Sığorta  olunan  sığorta  hadisəsi  nəticəsində  həlak  olduqda  (vəfat  etdikdə)  və  ya 

sağlamlığına  zərər  vurulduqda,  ona  bu  Qanunun  7.1-ci  maddəsində  müəyyən  edilmiş  sığorta 

məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:  

8.1.1. həlak olması (vəfat etməsi) - 100 faiz; 8.1.2.1 qrup əlillik - 80 faiz; 

8.1.3.


 

II qrup əlillik - 60 faiz; 

8.1.4.

 

III qrup əlillik - 40 faiz; 



8.1.5.

 

ə



lillik qrupu təyin olunmadan ağır xəsarət alması - 20 faiz; 

8.1.6.


 

yüngül xəsarət alması - 10 faiz. 

8.2. Sığorta olunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin 

baş  verdiyi  gündən  üç  il  müddətində  vəfat  edərsə  və  ya  sağlamlığına  zərər  vurularsa,  sığorta 

olunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə 

sığortanın  tam  məbləği  arasındakı  fərq  onun  varisinə  və  ya  sığorta  olunanın  özünə  bu  Qanunun 

8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir. 

Maddə 9. Sığortanın aparılması qaydaları 

9.1.


 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslərin 

icbari sığortası sığortalı ilə sığortaçı arasında bağlanmış müqavilə əsasında aparılır. 

9.2.


 

sığortalı  növbəti  il  üzrə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində 

qulluq edən şəxslərin siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edir. 

9.3.


 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  dövlət  qulluğuna  qəbul 

edilən şəxslər işə qəbul olunduqları tarixdən müvafiq qaydada sığorta olunmuş hesab edilirlər. 

9.4.


 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslərin 

icbari sığortası dövlət büdcəsinin vəsaiti hesabına aparılır. 

9.5.


 

Sığorta  haqlarının  məbləği  hər  ilin  əvvəlində  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərində qulluq edən şəxslərin sayına uyğun olaraq hesablanır. 

9.6.


 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslərin 

icbari  sığortası  məqsədilə  dövlət  büdcəsindən  ayrılan  vəsaitdən  tələb  olunan  sığorta  haqlarının 

məbləği sığortalı tərəfindən rübdə bir dəfə sığortaçının hesabına köçürülür. 



Maddə 10. Sığorta ödənişinin verilməsi müddəti 

10.1.


 

Sığortaçı  bu  Qanunla  nəzərdə  tutulmuş  şərtlərlə  və  məbləğdə  sığorta  olunana  və  ya 

onun  varisinə  sığorta  ödənişini  bu  Qanunun  11-ci  maddəsində  göstərilmiş  sənədləri  aldığı 

gündən 7 (yeddi) təqvim günü ərzində ödəyir. 

10.2.

 

Sığorta  olunan,  yaxud  onun  varisi  sığorta  ödənişini  bu  Qanunla  müəyyən  edilmiş 



hallarda və qaydada almadıqda, Azərbaycan Respublikasının Mülki  Məcəlləsinə Müvafiq olaraq 

sığorta  hadisəsinin  baş  verdiyi  gündən  3  (üç)  il  müddətində  sığortaçıdan  tələb  etmək  hüququna 

malikdir. 

Maddə 11. Sığorta ödənişinin alınması üçün tələb olunan sənədlər 

11.1. Sığorta ödənişinin alınması üçün sığorta olunan, yaxud onun varisi tərəfindən müəyyən 

olunmuş  formada  ərizə,  şəxsiyyətini  təsdiq  edən  sənəd  və  sığorta  olunanın  qulluq  etdiyi 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyində  tutduğu  vəzifə  barədə  arayışla 

birlikdə sığortaçıya aşağıdakı sənədlər təqdim edilir: 


11.1.1. 

həlak olması (vəfat etməsi) halında: 

11.1.1.1.

 

sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti; 



11.1.1.2.

 

vərəsəlik  hüququ  haqqında  şəhadətnamənin  notariat  qaydasında  təsdiq  olunmuş 



surəti; 

11.1.2. 


sığorta olunanın sağlamlığına zərər vurulduğu halda: 

11.1.2.1.

 

ə

lillik  haqqında  (əlilliyin  qrupu,  səbəbi  və  təyin  edilməsi  tarixi  göstərilməklə) 



Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  arayışın  notariat  qaydasında  təsdiq  edilmiş 

surəti; 


11.1.2.2.

 

ağır və ya yüngül xəsarətin alınmasını təsdiq edən tibbi arayış. 



11.2. Ağır  və  yüngül xəsarət növlərinin  siyahısını  Müvafiq  icra hakimiyyəti orqanı  müəyyən 

edir. 


Maddə 12. Bu Qanunun icrasına nəzarət və onun pozulmasına görə məsuliyyət 

12.1.


 

Bu  Qanunun  icrasına  nəzarəti  öz  səlahiyyətləri  daxilində  sığortalı  və  sığortaçı  həyata 

keçirir. 

12.2.


 

Bu  Qanunun  müddəalarının  pozulmasına  görə  sığortalının  və  sığortaçının  vəzifəli 

şə

xsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.  



Maddə 13. Mübahisələrə baxılması qaydası 

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  qulluq  edən  şəxslərin  icbari 

sığortası ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 

 

Đ



lham ƏLĐYEV,  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 18 may 2004-cü il  

 651-IIQ 



 

 

 



 

Đ

STĐFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRĐNĐN SĐYAHISI 

 

1.

 



3  mart  2006-cı  il  tarixli  79-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223

2.

 

17  aprel  2007-ci  il  tarixli  313-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560

3.

 



2  iyun  2008-ci  il  tarixli  618-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462

4.

 

2  oktyabr  2008-ci  il  tarixli  699-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257) 

 

 



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə