2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)
Məhəmməd Hadi sırf fəlsəfə məsələlərinə həsr etdiyi əsərlərində fəlsəfənin əsas məsələsinə, qnoseologiyaya dair
müfəssəl mülahizələr irəli sürmüş, dialektika məsələsindən, yəni təbiət, cəmiyyət və təfəkkürün
sabit, dəyişilməz halda, yoxsa daimi bir hərəkət və dəyişilmə halında olması məsələsindən ətraflı
bəhs etmiş, zaman və məkan probleminə toxunmuş, həmçinin dinə də münasibət bildirmişdir. Hadi
“Zaman daima tərəddüd edir” məqaləsində Qurana əsaslanaraq göstərir ki, dünya, kainat, təbiət
əzəli deyil, sonradan yaradılmışdır-Hadi bu məsələdə idealist mövqedə dayanır. Qnoseologiya
məsələsində o, dünyanın dərkedilməzliyi qənaətinə gəlir, insan idrakının qüdrətini inkar edir,
təbiətin hələ açılmayan sirləri qarşısında insan ağlının, zəkasının acizliyini qeyd edir. Elmlərin
inkişafı, sənayenin, texnikanın yüksəlişi Hadidə insan idrakının gücünə, qüdrətinə inam doğurur-
o elmlərin gələcək tərəqqisinə dərin ümid bəsləyir. Hadi əminliklə bildirir ki, insanlar məhz
elmlərin inkişafı sayəsində tezliklə başqa səma cisimləri ilə əlaqəyə girəcəkdir-bunu zaman, elm
və sənayenin tərəqqisi müəyyən edəcəkdir.
**** 1-Müasir dövr Qərb fəlsəfəsi XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri
praqmatizmdir. Bu cərəyanın vətəni
Amerika Birləşmiş Ştatları hesab olunur. Yunanca praqma sözündən olub, iş, əməl deməkdir. Bu
cərəyanın banisi Amerikanın görkəmli məntiqçisi Çarlz Pirsdir
(1839– 1914). Onun ən məşhur
əsərlərindən biri 1904– cü ildə çap etdirdiyi ««Praqmatizm» nədir?» əsəridir. Onun ideyalarını
sonralar Uilyam ceyms inkişaf etdirmişdir. Praqmatizm daim işdən, əməldən danışır, ideyaların və
nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Çarlz Pirs mürəkkəb və ziddiyyətli
bir fəlsəfi sistem yaradaraq, burada bəzi elmi təsəvvürləri dinin mənafeyi ilə əlaqələndirməyə
çalışmışdır. Ceyms bilik əvəzinə qeyri– şüur irrasional etiqada sahib olmağı, hər şeydən əvvəl,
məntiqi təfəkkürü rədd edən dini etiqad sahibi olmağı təklif edir.