62
əhatəliyi və orijinallığı ilə fərqlənmişdir. Xürafatın əleyhinə çıxan, maarifə və elmi yüksək qiymət
verən Mirzə Kazım bəy “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe
üç-maddi, mənəvi və ruhi-aləmdən ibarət olmasını qeyd etmiş, təfəkkürün mənşəyinin gizli qüvvə,
insan mənəviyyatının isə azad iradə ilə bağlılığını göstərmişdir. Mirzə Kazım bəyin “Firdövsiyə
görə mifologiya”əsərində müxtəlif bölgə mifləri haqqında maraqlı təhlilləri, “Şamil və
müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülmə və xarici istibdada qarşı
olan Şamil
hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik baxışlarının elmi
şərhi verilmişdir.
XIX əsrin I yarısında A.A.Bakıxanov və Mirzə Kazım bəylə yanaşı milli özünüdərk
prosesinə müəyyən töhfələr vermiş mütəfəkkirlərdən biri olmuş
İsmayıl bəy
Qutqaşınlının
gördüyü ən mühüm milli əməllərdən biri də, 1835-ci ildə fransız dilində qələmə alaraq Varşavada
nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım”
əsəri məzmununa görə, özündən əvvəlki
ədəbiyyatlardan xeyli dərəcədə fərqlənmiş,
XIX əsrdə millətin gerçək, real həyatını əks
etdirmişdir.
Gələcək nəslin taleyində müəyyən iz buraxmış, müasiri olduğu cəmiyyətin problemlərinə
reallıqdan baxan maarifçi-filosofu
Mirzə Şəfi Vazehin
ən
çox diqqət yetirdiyi məsələ
cəmiyyətin dinə münasibəti problemi olmuşdur. Vazeh təəssüflə qeyd etmişdir ki, din alimləri
islamla bağlı əsil həqiqəti həmişə millətdən gizlətmişlər. Apardığı müşahidələrə əsaslanaraq belə
qənaətə gəlmişdir ki, ruhanilərin anlaşılmayan duaları və moizələri xalqın əzabını daha da artırır-
mütəfəkkir dini təbliğ edən şairlərə də qulaq asmağın mənasız olduğunu açıq şəkildə bildirməkdən
çəkinməmişdir. Vazeh xalqın ruhanilərə,
müctəhidlərə deyil, vətənpərvər, millətsevər insanlara
ehtiyacı olduğunu bildirir. Bəlkə də buna görə Gəncə məscidlərinin birində M.F.Axundova dini
elmləri öyrədərkən Vazeh onu ruhani olmaq fikrindən daşındıra bilmişdir.
Maarifçi-filosofun
Tiflisdə
təşkil
etdiyi
“Divani
hikmət”
ədəbi
məclisi,
maarifçiliyin
inkişafı
və
cəhalətin tənqidi
baxımından
yazdığı
satiraları özünəməxsusluğu ilə seçilir. XIX əsrin birinci yarısında ədəbi fəaliyyətlə məşğul olan
görkəmli şair, qeyri-adi taleyi olan pedaqoq Vazehin şəxsiyyəti və yaradıcılığı,
Şərq və Qərb
sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsi onu Şərq poeziyası
klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir.
Azərbaycan türkcəsində şeirlər yazan, türk dilinin saflığının qorunması uğurunda mübarizə
aparan, cəmiyyətdəki nöqsanları, geriliyi tənqid edən
Dostları ilə paylaş: