2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə52/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   48   49   50   51   52   53   54   55   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Qasım bəy Zakirin
fikrincə, artıq onun 
dövründə xalın mənəvi dünyasına zərbə vuran mollaya, qaziyə, ruhaniyə heç kim inanmır. Milli 
şair olan Zakirin Axundova mühüm təsiri olmuşdur-Axundov bir neçə komediyasını Zakirdən 
eşitdikləri əhvalatlar əsasında qələmə almışdır. Xalqının dilini, onun ağır maddi durumunu çox 
yaxşı bilən Zakirin Mirzə Fətəliyə yazdığı məktublarında özünün həqiqi milli şair olduğunu bir 
daha əyani şəkildə göstərmişdir.
Beləliklə, Qutqaşınlı, Vazeh və Zakir öz yaradıcılıqlarında həm dövrlərinin problemlərinə 
gerçək kontekstdən yanaşmaları və dini xurafatı daha cəsarətlə tənqid etmələri (Vazeh), həm 
müəyyən qədər də olsa, təmiz Azərbaycan türkcəsində yazmaları (Zakir), həm də Qərb 
mədəniyyətinin müsbət cəhətlərini təbliğ etmələri (Qutqaşınlı) ilə fərqlənmişlər. Təbii ki, bütün 
bunlar o dövr üçün cəsarətli addım, bir yenilik idi. Bu maarifçi-mütəfəkkirlər keçmişin 
mühafizəkar adət-ənənələrindən tamamilə qurtula bilməsələr də, onlara qarşı çıxa bilməklə bu
adət-ənənələrə tamamilə bağlı olaraq da qalmadıqlarını nümayiş etdirmişlər. Onlar təmsil etdikləri 
mədəniyyəti inkar etməsələr də, həmin mədəniyyətin qüsurlarını cəsarətlə ifşa etmiş, bu 
mədəniyyətin bir yerdə dayanıb qalması ilə də razılaşmamışdırlar. Bu məqsədə xidmət edən 
mütəfəkkirlər öz yaradıcılıqlarında birbaşa olmasa da, dolayısı ilə, yeri gələndə artıq yeni dövrün 


63 
tələblərinə cavab verməyən, mühafizəkar dini və milli adət-ənənələri tənqid edir, onlara dövrün 
tələblərinə uyğun yeni rəng qatmağa çalışırdılar. Təbii ki, görülən bütün bunlar isə milli özünüdərk 
prosesinə müsbət təsir göstərir, xalqın, millətin qarşısında yeni bir səhifə açırdı.
Din arxasında sığınaraq xalqı aldadan mollaları, ruhaniləri öz şeirlərində kəskin 
tənqid edən
Seyid Əzim Şirvaninin
yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm 
yer tutur-onu öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid 
Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti onun satiralarında aydın şəkildə ifadə 
edilmişdir. Şairin “Əkinçinin hadisəsi”, “Padşah və əkinçi”, “Şamaxının yeni bəyləri haqqında 
həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərlərində xalqın qanını soran 
istismarçı siniflər, bəy və mülkədarlar, çar məmurları, xalqı avamlıq və fanatizm girdabında 
saxlayan din xadimləri tənqid obyekti kimi götürülərək ifşa edilmişdir.
XVIII əsrin sonundan XIX əsrin ortalarınadək olan dövrdə Azərbaycan ictimai-fəlsəfi 
fikrinin müəyyən xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək məqsədəuyğundur: 
*
birincisi, 
Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi nəticəsində yaranan ziddiyyətli meyllər, 
ideyalar bu dövrün ictimai fikrində özünü aydın şəkildə göstərirdi-ictimai-fəlsəfi fikirdə köhnə 
feodal ictimai münasibətlərini, milli ənənə və milli sərvətləri qoruyub saxlamağa meyl, “milli 
özünəməxsusluğu” hifz edən baxışlar qalmaqda idi; 
*
ikincisi,
bu dövrdə ictimai-fəlsəfi fikirdə hələ də islam ehkamçılığının, müsəlman ilahiyyatının 
güclü təsiri xüsusilə hiss olunmaqda idi;
*
üçüncüsü, 
XIX əsrdə Azərbaycan ictimai-fəlsəfi fikrində maarifçilik ideyaları da əmələ gəlmiş 
və XX əsrin əvvəllərində o daha da qüvvətlənmişdir. Azərbaycan maarifçiliyini əsasən XIX əsr 
hadisəsi hesab etmək tarixi həqiqətə daha çox uyğundur-Azərbaycan maarifçiliyinin öz inkişafına 
görə iki mərhələyə bölmək olar: 
birinci mərhələ-
XIXəsr-bu mərhələdə maarifçilik idealları feodal-
təhkimçilik üsul idarəsinin maariflənmə yolu ilə islah edilməsi, insaniləşdirilməsi, dini fanatizm, 
mövhumat, cəhalətin, feodal əsarətinin kəskin tənqid edilməsi və aradan qaldırlması ilə ifadə 
olunrdu. Azərbaycan maarifçiliyinin 
ikinci mərhələsi-
XIX əsrin sonu və XX əsrin əvvəllərinin 
əhatə edir-bu dövrün maarifçiliyi daha çox radikalizmlə, inqilabi demoratik ideyalarla qovuşması 
ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlara həyata keçirməyə meylli olması ilə 
fərqlənir; 
*dördüncü, 
XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi fəlsəfi fikri üçün həm də realist 
inqlabi-demokratizm ideyaları xas idi-bu ideyaları maarifçiliyin ilkin dövrü nümayəndələrinin 
fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata keçirmək yollarında həyata 
keçirdikləri taktiki vasitələri idi; 
*beşinci,
XIX əsrn axırı XX əsrin əvvəllərində Azərbaycan ictimai fəlsəfi fikri üçün səciyyəvi 
cəhətlər mətbuatda, kosmoloji düşüncə, bioloji, tibbi və s. görüşlərdə elmi-realist ideyalara, dövrün 
təbii-elmi yeniliklərinə doğru dönüşündən ibarətdir-bu dövr Azərbaycan ictimai fikrinin bir çox 
nümayəndələri- Zərdabi, Məmmədquluzadə, Nərmanov, Köçərli, Nemanzadə-bəzi hallarda islam 
dini mövqeyindən çıxış etsələr də, əslində yeni üsul məktəblərinn açılmasını, Darvinin təkamül 
və Eynşteyinn nisbilik nəzəriyyəsini, Kainatın maddi vəhdətdən ibarət olmasını, təbii-tibbi 
bilkilərin yayılmasını və s. geniş təbliğ edirdilər; 
*a
ltıncısı, 
XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin milli müstəqilliyi, 
suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və müasirlik mənəvi prinsipləri ilə 
vəhdətdə həyata keçirməsində görən xüsusi ideya-fəlsəfi cərəyan da xas idi-hazırda müstəqil 
respublikamızın dövlət quruculuğu işlərinin həyata keçirilməsində onların ideya-nəzəri irsinin və 
tarixi təcrübəsinin mühüm əhəmiyyəti vardır. 


64 
XIX əsrin sonu və XX əsrin əvvəllərində şərqçilik-islamçılıq mühafizəkarlıq kimi müasirlik-
qərbçiliyə qarşı dayanmışdır. Qərbdən gələn yeni dəyərləri qəbul etmək istəməyən mühafizəkarlar 
dövrün mövcud problemlərinin həllini yalnız islamda-şəriət qanunlarında görürdülər, avropalaşma 
tərəfdarları olanlar isə çıxış yolunu avropalaşmada, Qərb mədəniyyətini mənimsəməkdə 
görürdülər. Mühafizəkarlar heç vaxt köhnəlməyən islam dəyərlərini Qərbin yeni dəyərlərinə qarşı 
qoyurdular, xilas yolunu dini elmləri öyrənməkdə görürdülər. Axundovdan başlayaraq Qərb 
mədəniyyətini qəbul edənlər isə, islamı tamamilə inkar etməsələr də, köklü şəkildə islahatların 
aparılmasına ehtiyac olduğunu vurğulayırdılar. Qərbçilərin fikrincə, dəyişikliklər yalnız dinlə 
məhdudlaşmamalı, bütün sahələrdə-məktəb, əlifba, dövlət və s.-ciddi islahatlar aparılmalıdır.
Cəmiyyətdə köklü islahatların aparılmasını zəruri sayanlar qərbçilər-müasirlik tərəfdarları kimi 
tanınır, mühafizəkarlar isə islamdan kənara çıxmağın mümkünsüzlüyünü iddia etdikləri və hər cür 
yeniliyi şəriət qanunlarında axtardıqları üçün islamçılar kimi xarakterizə olunurdular. İslamçılar-
şərqçilər arasında daha ifrata varanlar-islam birliyini irəli sürənlər ittihadçılar, qərbçilər içərisində 
eyni mövqe tutanlar isə marksisitlər idi. İttihadçılar birmənalı şəkildə islam-şəriət qanunlarının 
tətbiq olunmasını vacib sayırdılar, marksistlər isə dini-idealizmi rədd edərək, dinsiz və xüsusi 
mülkiyyətsiz, ictimai bərabərliyin hökm sürdüyü cəmiyyət yaratmaq istəyirdilər. Həmin dövrdə 
Azərbaycanda bu cür ifrat mövqedə duran qərbçilərin demək olar ki, əksəriyyəti başqa millətin 
nümayəndələri olmuşdur, azərbaycanlı mütəfəkkirlər cür radikal mövqedən qaçırdılar.
Azərbaycanda mövcud olan sosial-siyasi və iqtisadi durumun, müstəmləkə boyunduruğu 
altında inləyən məzlum və məhkum xalq kütlələrinin acınacaqlı vəziyyətinin, ölkədə baş verən 
qarışıq hadisələrin, siniflərin mübarizəsinin, inqilabi azadlıq hərəkatlarının, ədalətsizlik, haqsızlıq, 
zülm və istismarın törətdiyi ağır nəticələrin canlı şahidi olan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin