57
yaşamaqdan boyun qaçırmış, yoxsul həyat sürmüşdür. O, zahidlərdən və bəzi sufilərdən fərqli
olaraq maddi nemətlərə, ümumiyyətlə, var-dövlətə real münasibət bəsləmişdir. “Bir ovuc su ilə
çörək üçün hər ayağın torpağı olma” deyən mütəfəkkir yalnız halal zəhmətlə yaşamaq
prinsipinə görə çətinliklərə, məhrumiyyətlərə qatlaşmış, qənaətlə gün keçirmişdir.
Nizami təbliğ etdiyi nəcib əxlaqi keyfiyyətlərin icraçılarındandır. Zəhməti yüksək
qiymətləndirən şair ilk növbədə özü zəhmətkeşdir. Nizami
gələcəyə böyük ümid bəsləyir,
yaratdığı əsərlərlə əbədi yaşayacağına dərindən inanırdı. Coşqun ictimai-siyasi və dərin elmi-
mədəni mühitdə yaşayıb-yaradan Nizaminin əsərləri fəlsəfi fikirlərlə zəngindir.
Nizami Allah ilə movcudat arasındakı münasibəti şərh edərkən dünyanın ilahi hökm ilə
xəlq edilməsi haqqındakı əqidəyə əsaslanmışdır. Peripatetik fəlsəfədə Vacib varlıq yalnız ilk
nəticənin səbəbidir, sonrakı varlıqların səbəbləri mərtəbələrdən ibarət silsilə təşkil edir.
Dinlərdə isə Allah hər bir varlığın bilavasitə xaliqidir. Nizami Allahm qüdrətini səbəb hesab
etməyə və səbəbi qüdrətdən üstün tutmağa qarşı çıxmışdır. Nizami mövcudatı məhdud məkan
daxilində bildiyindən, Kainatın sonunu onun zirvəsi adlandırmışdır. Eyni radius boyunca
fırlanmalarda zirvəyə qalxma ilə üfüqə enmə arasında fərq yoxdur.
Nizaminin fikrincə, insan xilqətdən şərəfli yarandığı üçün zəngin mənəviyyatlı,
böyük
amallar yolçusu olmalıdır. Şairin nəzərində insan öz bacarıq və qabiliyyəti baxımından ver
üzünün ağasıdır. Nizami insanın əqli yetkinliyini idrak qabiliyyətini artırmağa çalışmaqda, elmi
biliklərə yiyələnməkdə görürdü. Onun əsərlərində elm və idrak məsələləri bir-biri ilə bağlı,
əlaqəli şəkildə nəzərdən keçirilmişdir. Nizaminin fikrincə, özünün yüksək qabiliyyəti ilə başqa
canlılardan seçilən insan bütün varlıqlar haqqında mühakimə yürütmək imkanına malikdir.
Hürufiliyin də meydana çıxması XIV əsrə təsadüf edir. Onun banisi Fəzlullah
Nəimi
(1339-1394) papaqçılıqla məşğul olmuş, 1369-cu ildə İsfahana, 1373-cü ildə Məkkəyə səfər
etmiş, 1386-cı ildə öz təlimini geniş şəkildə yaymağa başlamışdır. O, Hürufı ideyalarına görə
1394-cü ildə Şirvanda həbsə alınmış və “Cavidannamə” əsərini məhbəsdə yazmışdır. Fəzlullah
Nəimi Teymurləngin əmrilə edam edildikdən sonra, hürufilik onun ardıcılları tərəfindən qızğın
müdafiə edilmişdir.
XIII-XIV əsrlərdə Azərbaycanda ədəbiyyat ərəb və fars dilləri ilə yanaşı doğma dildə də
yaranır, əhali arasında da daha artıq yayılırdı. Həmin dövrdə Azərbaycan dilinin əhəmiyyətinin
artması ilə əlaqədar gedən bu proses onun sürətli inkişafına, yüksək ədəbi dil səviyyəsinə
çatmasına kömək etmişdir.
Hürufilik təlimi onun banisi Fəzlullah Nəimidən sonra Nəsimi və başqaları
tərəfindən
təbliğ olunmuşdur. Nəsimini bu əqidəyə humanizm idealı bağlamışdır. Yadelli işğalçılar cəng-
cidal meydanında zülm və zorakılıq yolu ilə insanları alçaldıb, onlara ən zəif məxluq, ən müti
kölə nəzəri ilə baxdıqları bir şəraitdə humanist şair insanı ülviləşdırir, ilahiləşdirirdi, O, insanı
bütün maddi və mənəvi aləm səviyyəsində götürüb Allahla eyniləşdirirdi. Seyid İmadəddin
Nəsimi
(1369-1417) uşaqlıq və gənclik illərini doğma Şamaxı şəhərində keçirmiş, dövrün dini
və dünyəvi elmlərinə də burada yiyələnmişdir. Nəsimi din, fəlsəfə və onların tarixini dərindən
bilmiş, elmlərə möhkəm yiyələndikdən sonra ədəbi fəaliyyətə başlamışdır. Ədibin yaradıcılığı
sonralar bütövlükdə hürufızm ideologiyasına həsr edilmişdir. Bu hal, görünür, Fəzlullah
Nəiminin Şirvan diyarına gəlib Şamaxı, Bakı və ətraf əyalətlərdə öz təlimini uğurla yayması,
dövrün ədəbi, ictimai-siyasi və fəlsəfi fikrinə əsaslı təsir göstərməsi ilə əlaqədardır. Hürufiiər
Teymurləng tərəfindən ciddi təqiblərə məruz qaldıqları bir vaxtda (1394-cü ildən sonra) Nəsimi
58
vətəndən didərgin düşmüş, qürbətdə-İraq, Türkiyə və Suriyada yaşamağa məcbur olmuşdur. O,
hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam
edilmişdir.
İmadəddin Nəsimi üç dildə - Azərbaycan (türk), fars və ərəb dillərində yazıb-yaratmışdır.
Bu da onun əsərlərinin təkcə Azərbaycanda, türkdilli ölkələrdə deyil, bütün Yaxın və Orta Şərq
ölkələrində sürətlə yayıla bilməsini təmin etmişdir, Mütəfəkkirin poeziyası həm siqlətli fikir
tutumuna, həm də yüksək bədii dəyərinə, sənətkarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir.
Onun ana dilində yazdığı
şeirlər dil, üslub, bədiilik və məna dərinliyi baxımından bənzərsiz
sənət inciləridir.
Məhəmməd Süleyman oğlu
Füzuli
mədəniyyət tarixində misilsiz lirik şair kimi
məşhurdur. Bununla belə, onun yaradıcılığında dövrün ideologiyasım əks etdirən xüsusi fəlsəfi
məzmun daşıyan qiymətli traktatlar var. Mütəfəkkirə dünya şöhrətini poetik əsərləri qazandırsa
da fəlsəfəyə və fəlsəfə tarixinə, ümumiyyətlə, ideologiyaya həsr olunmuş bu traktatlar onun
dünyagörüşünü,
ideya istiqamətini, bütünlükdə yaradıcılıq yolunu müəyyənləşdirmək üçün
böyük əhəmiyyətə malikdir. Füzulinin bədii yaradıcılığı zahirən, formaca onun elmi və fəlsəfi
yaradıcılığından fərqləndiyinə baxmayaraq, ideoloji aspektdə onlar vahid tamı təşkil edib, eyni
bir təfəkkürün müxtəlif vasitələrlə ifadəsidir.
Füzulinin fəlsəfi əsərlərindən söhbət gedəndə ilk növbədə “Başlanğıcın və sonun idrakı
barədə baxışın mənbəyi” yada düşür. Mütəfəkkir bu əsəri yazmazdan qabaq “əqidə sahiblərinin
məsləkləri ilə tanış olduğunu, “bunlardan faydalı olanları seçdiyini” bildirir. Bu əsərdə
fəlsəfənin tarixi ilə onun nəzəriyyəsi müəyyən məqamlarda birləşdirilmişdir: burada mühüm
fəlsəfi məsələlərin şərhi verilərkən, onların, qoyuluşu və həlli tarixən nəzərdən keçirilir. Qədim
Yunanıstan filosoflarının, orta əsr Şərq mütəfəkkirlərinin ideyaları açıqlanır.
Füzulinin fəlsəfi baxışlannda qnoseoloji
aspekt daha geniş yer tutub, həmişə diqqət
mərkəzində durur. Füzuli elmin, daha doğrusu biliyin əzəli mövcud və sonradan meydana
çıxmış, vasitəsiz və vasitəli qisimlərini qeyd edir. Əzəli elm Tanrıya məxsusdur. Vasitəsiz elm
Yaradıcının bütün məlumatları, insanın isə öz varlığını bilməsidir. Vasitəli elm hər hansı
vasitədən asılı qazanılmış elmdir, məsələn, şeylərin və hadisələrin həqiqətini bilməyimiz.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatının şifahi və yazılı qolları böyük inkişaf
yoluna düşmüşdü. “Koroğlu” qəhrəmanlıq eposu, “Əsli və Kərəm”, Aşıq Qərib” kimi aşiqanə-
romantik dastanlar xalqın mənəviyyatını, etik-əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərdir. Aşıq
ədəbiyyatı güclənmiş, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım və başqa el sənətkarlarının
şeirləri dillər əzbəri olmuşdur. Məsihi, Qövsi Təbrizi, Saib Təbrizi, Arif Şirvani, Ağa Məsih
Şirvanı və başqaları klassik poeziya ənənələrini özlərinə münasib ruhda davam etdirirdilər.
Molla Vəli Vidadi və Molla Pənah Vaqif xalq şeri üslubunu yüksək sənət səviyyəsinə qaldırmış,
ülvi söz inciləri yaratmışdırlar.
Dostları ilə paylaş: