2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə38/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   34   35   36   37   38   39   40   41   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Şarl Lui Monteskye 
(və 
Fransua Mari Arue Volter
olmuşdurlar. 
Maarifçilərin ilk nəslinə Jan Melyeni də aid etmək olar. Onların, ilk növbədə Volterin yaradıcılığı 
40-cı illərin ortalarından başlayaraq yaradıcılıqları genişlənən çoxsaylı ikinci nəslin 
formalaşmasına kömək etmişdir. Bu nəslin görkəmli nümayəndələri Jyülyen Ofre de Lametri, Deni 
Didro, Etyen Bonno de Kondilyak, Jan Jak Russo, Pol Anri Holbax, Klod Anrian Helvetsi, Jan 
Antuan Konderse olmuşdurlar. Yalnız sırf fəlsəfi əsərlərlər deyil, eyni zamanda bədii ədəbiyyat 
və və teatr vasitəsilə (Volter, Monteskiye, Didro, Russo dövrlərinin görkəmli yazıçıları idilər) 
geniş yayılan Maarifçilik ideyaları Fransanın bütün qabaqcıl mənəvi mədəniyyətinə daxil olmuş 
və geniş ictimai sərvətə çevrilmiºdir. Onlar fəlsəfənin nüfuzunu əvvəllər görünməmiş səviyyəyə 
qaldırdılar və bəşəriyyəti narahat edən bütün məsələlərin həllində fəlsəfi əqlə ali instansiya kimi 
baxışı təsdiq etdilər. Onların işləyib hazırladıqları yeni fəlsəfi mövqedən adamların sosial 
həyatının dünyagörüşü problematikasını və prinsiplərini yenidən nəzərdən keçirmişlər. XVII əsr 
novatorlarının irslərinə əsaslanaraq maarifçilər fəlsəfi problemlərin işlənməsində bu görkəmli 
mütəfəkkirlərdən xeyli irəli getməyə qadir olmuşdurlar. 
Fransız materialistlərinin nöqteyi-nəzərincə, materiya real mövcuddur və xırda hissəciklərdən 
təşkil olunmuş sonsuz çoxsaylı maddi cisimlər şəklində dərk olunur. Burada Kainatın maddi 
cisimlərin sonsuz məcmusu kimi Hobbs anlaşılması ilə oxşarlıq görünür. Lakin əgər Hobbs 
materiya ümumi anlayışının qanuna uyğunluğunu inkar edirdisə də, fransız materialistlər bu 
anlayışı yüksək səviyədə məzmunlu və Kainatın adekvat fəlsəfi dərk olunması üçün birinci 
dərəcəli əhəmiyyətə malik olan anlayış hesab edirdilər. 
Fransız materialistləri nəinki dünyanın izahını onun özündən çıxış edərək dərinləşdirmiş, həm də 
eyni zamanda dünyanın dəyişilməsi baxışını əsaslı şəkildə işləmişlər. Bütün mövcud olanların 
dəyişkənliyi haqqında tezis olanların təbiət konsepsiyalarının əsas müddəalarından biridir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin