2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


XVII–XVIII ƏSRLƏR İNGİLİS FƏLSƏFƏSİ



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə34/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   30   31   32   33   34   35   36   37   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

XVII–XVIII ƏSRLƏR İNGİLİS FƏLSƏFƏSİ 
(F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum)
 
Məşhur orta əsrlər monaxı Rocers Bekonla eyni familiya daşıyan, XVII əsrin ilk filosoflarından 
biri, induktiv elmlərin carcısı 
Frensis Bekon
yarıpoetik ressenas baxışları Yeni dövr üçün 
xarakterik olan metod axtarışı ilə birləşdirirdi. Onu intibah dövrünün sonuncu mütəfəkkiri və Yeni 
dövr fəlsəfəsini başlayanalardan biri adlandırmaq olar. 
F.Bekon XVII əsr ingilis materializminin banisidir. XIX əsrin ortalarından başlayaraq Bekon və 
Şekspirin eyni adam olduğunu ciddi şəkildə sübut edən çoxlu kitablar meydana gəlməyə başladı. 
Bu günə qədər də sakitləşməyən bu mübahisələr haqqında mühazirədə məlumat vermək məqsədə 
uyğundur.
Bekon insanın özlərindən kənar etməli olduqları dörd növ nöqsanı - dörd növ “bütü” və ya kabusu 
fərqləndirir: cins bütü, mağara bütü, bazar bütü, və teatr bütü. 
O, cins və mağara bütünü əqlin təbii xassəsinə əsaslanan “anadangəlmə” hesab edir; bazar və teatr 
bütü isə fərdi inkişafda qazanılır. Cins bütü - təbiətlə şərtlənən bütün adamlar üçün ümumi olan 
maneədir. İnsan təbiət haqqında öz şəxsi xassələrinə oxşar fikir söyləyir. Təbiət haqqında teoloji 
baxışlar, müxtəlif arzuların təsiri altında insan hissinin yetkin olmadığından yaranan səhvlər 
buradan irəli gəlir. Mağara bütü heç də bütün insanlara deyil, ayrı-ayrı adamların subyektiv 
simpatiyalarının, antipatiyalarının, nəyəsə üstünlük vermələrinin nəticəsindən irəli gələn, həm də 
yalnız bir qrup adamlara xas olan səhvlərdir. Bazar bütü vasitəsilə adamalar arsındakı ünsiyyətin 
nəticəsində yaranmış maneədir. Çox hallarda sözün mənası predmetin mahiyyətinin dərk olunması 
əsasında deyil, bu predmet haqqında tamamilə təsadüfü təəssuratlar əsasında müəyyən olunurdu. 
Nəhayət, teatr bütü - elmdə yanlış fikirlərin qeyri-tənqidi mənimsənilməsindən irəli gələn 
maneələrdir. Onlar əqlin yanlış baxışlara tabe olması nəticəsində yaranır. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin