Azərbaycan CİVƏ (Hg)yə YOX deyir
CİVƏ (Hg)
– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80‐ci elementdir.
Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub ‐ atmosferi, suyu,
qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal ‐ civə
daha təhlükəlidir.
Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən
əlvan metalların alınması, filizdən qızıl əldə edildiyi, sellülozanın ağardılması, xlor,
kaustik, vinilxlorid, elektrik avadanlıqlarının (lampa, müxtəlif cərəyan mənbələri), ölçü və
nəzarət cihazlarının (termometr, monometr), civətərkibli tibb preparatlarının, sementin
istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması zamanı
daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil
olur.
Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır. Civənin qida
zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar:
su→dib çöküntüləri→biota→balıqla qidalanan
balıqlar→quşlar
80
qızıl ←
civə
→ tallium
Cd
↑
Hg
↓
Cn
CİVƏNİN İNSAN SAĞLAMLIĞINA VURDUĞU ZƏRƏRLƏR
Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan
başqa bədənə daxil olan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı
aparılan tədqiqatlarla müəyyən edilib. Civənin qatılığının bədəndə yüksəlməsi təzyiq
yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin zərər
görməsinə səbəb ola bilər.
İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə:
♦ Eşitmə pozğunluğuna;
♦ Nevroloji pozğunluqlar, mərkəzi sinir sisteminin pozulması və xərçəngə;
♦ Böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına;
♦ Xromosomları korlayıb şikəst doğumlara səbəb olmaqdadır.
Civə ilə zəhərləndikdə görülən tədbirlər:
I ‐ Profilaktik məqsədlə civə ilə işləyənlər hər gün ağızı kalium xlorat KClO
3
və ya kalium
permanqanat KMnO
4
məhlulu ilə yaxalamalıdırlar.
II ‐ Çiy yumurtanın ağı civə duzları ilə zəhərləndikdə ən yaxşı antidot hesab olunur.
QƏNAƏTCİL LAMPA PARTLADIĞINDA...
1.
Sınıqların üstünə çıxmadan məkanı tez tərk edin;
2.
Qırıqları və yerə tökülən civə parçalarını təmizləmək
üçün tozsorandan istifadə etməyin;
3.
Plastik (rezin) əlcək geyinin və yerdəki şüşə
qırıqlarını bir faraşın içinə süpürün, civə parçalarını
isə taxta silənlə silin;
4.
Yığdığınız qırıqları bir plastik torbanın içinə atın və
ağzını yaxşıca bağlayın;
5.
Plastik torbanı evdəki normal zibil vedrəsinə
atmayın;
6.
Onu zibilyığanlar tərəfindən tullantıların etibarla
məhv edildiyi yerə aparın;
7.
Sınmış lampadan çıxan tozu tənəffüs etməyin.
AVROPA İTTİFAQINDA CİVƏLİ TERMOMETRLƏR QADAĞAN EDİLƏCƏK
Avropa Parlamentinin Ətraf Mühiti Mühafizə Komitəsi
civəli
termometrlərin,
o
cümlədən
istilikölçənlərin,
barometrlərin və qan təzyiqini ölçən aparatların satışına
qadağa qoyacaqdır. Qərar Aİ ərazisində tərkibində civə olan
mallarla ticarətin məhdudlaşdırılması haqqında yeni qanun
çərçivəsində qəbul edilmişdir. Qanunu hələ Aİ‐yə üzv olan
ölkələrin nazirləri, Avropa Parlamentinin deputatları təsdiq
etməlidirlər. Qanun qəbul edildikdən sonra termometr,
barometr və naviqasiya alətlərini civəsiz hazırlamaq üçün
yeni texnologiyaya keçmək üçün istehsalçılara 2 il vaxt
veriləcəkdir. Bildirilir ki, qadağa qüvvəyə minənədək civəli cihazların istifadəsinə heç bir
məhdudiyyət qoyulmayacaqdır.
BİTMİŞ BATAREYALARIN ƏTRAF MÜHİTƏ VƏ İNSAN
SAĞLAMLIĞINA OLAN ZƏRƏRİ
Batareyaların insan sağlamlığına və ətrafa çox
böyük zərərləri vardır. Batareyaların tərkibindəki civə
torpağa və oradan da yeraltı sulara qarışa bilər. Ən əsası
torpaq istifadəyə yararsız hala gələr və metalın yaratdığı
çirklilik sudakı ekosistemi alt‐üst edər. Bundan təsirlənən
təkcə su ekosistemi deyil, əslində bütün ekosistemdir. Bu
hallar insanlara da mənfi təsir göstərir. Batareyaların
tərkibindəki civə insan orqanizmində qorxulu xəstəliklərin
yaranmasına da səbəb olur. Belə ki, batareyanın tərkibindəki
civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər. Bir kiçik batareya 4 m
2
torpağı
çirkləndirir və bununla da torpağın istifadəsi mümkünsüz olur.
CİVƏNİN QADAĞASI ÜZRƏ TƏŞƏBBÜSLƏR MÜZAKİRƏ EDİLİR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) civəni insan sağlamlığına ziyan vuran 10 ən
təhlükəli kimyəvi maddələrdən biri hesab edir. Civə batareyaların istehsalında, bəzi lampa
növlərində, termometrlərdə, diş plomblarında və vaksinlərdə istifadə edilir. Civənin
istehsalına qadağanın tətbiq edilməsi məsələsi hazırda müzakirə olunur.
AZƏRBAYCANDA CİVƏ TULLANTILARI
Azərbaycanda civə tullantıları əsasən Sumqayıt şəhərində ciddi problemlər
yaratmışdır. Civə tullantıları xlor‐alkalin istehsal edən 2 zavodun fəaliyyəti ilə bağlıdır. Bu
zavodlardan biri 1981‐ci ildə bağlanmışdır. Xlor istehsalında civə itkisi hər istehsal olunan
1 ton xlor üçün 300 qram olmuşdur. Bəzi hallarda texnologiyanın çatışmazlığı və düzgün
tətbiq olunmaması nəticəsində civənin müxtəlif tullantılarla birlikdə ətraf mühitə
yayılması baş vermişdir. 2000‐ci ilə qədər toplanmış 200 min ton xlor sənayesinin bərk
şlamlarının tərkibində 0.1‐0.3% civə olmuş və bu civə tullantılarının Xəzər dənizinə və
yeraltı sulara keçmə ehtimalı olmuşdur. Lakin Xəzərin dibində civə çirklənməsinin
səviyyəsi tədqiq olunmamışdır. Abşeron yarımadasının civə ilə çirklənməsi üçün ciddi risk
yaranmışdır. 2000‐2004‐cü illərdə Dünya Bankının Layihəsi əsasında Sumqayıt
yaxınlığında civə tullantılarının ətraf mühitdən təcrid olunması üçün poliqon inşa
olunmuşdur. 60 min tona yaxın civə tərkibli tullantı bu poliqona daşınmışdır. Hazırda
poliqonun Avropa standartlarına uyğun olaraq genişləndirilməsi və təkmilləşdirilməsi işi
davam etdirilir. Gələcəkdə poliqonda civə tərkibli tullantıların təmizlənməsi üçün texniki
potensial yaradılacaqdır.
Əhali arasında bu sahədə məlumatlandırma və maarifləndirmə işinin aparılmasına
ehtiyac vardır. Bunun üçün çirklənmiş ərazilərdə daimi monitorinq aparmaq və ekoloji
riskləri qiymətləndirmək lazımdır. Çirklənmiş ərazilərdən istifadə olunması, materialların
yenidən istifadəsi və s. bu kimi ekoloji risklərin qarşısının alınması üçün davamlı təbliğat
işlərinin aparılması vacibdir. Kimyəvi təhlükəsizlik üzrə QHT koalisiyası bu məsələ ilə
bağlı tədbirlər planı hazırlamışdır.
CİVƏNİN QATILIĞININ YOL VERİLƏN HƏDLƏRİ
Yaşayış məntəqələrində və evlərdə
0.0003 mq/m
3
İş şəraitindəki havada (maks/orta)
0.005‐0.01 mq/m
3
Axıntı sularında
0,005 mq/ml
İçməli – məişət sularında
0,0005 mq/l
Balıqçılıq üçün nəzərdə tutulan sututarlarda
0,00001 mq/l
Dənizlərdə
0,0001 mq/l
Torpaqda
2,1 mq/kq
CİVƏNİN TEXNOGEN MƏNBƏLƏRİ:
● Qaz boşalması ilə işləyən lüminessensiya lampaları;
● Civə termometri;
● Qalvanik elementlər (batareyalar);
● Civə lampaları;
● Sənayedə və məişətdə kömürün və qazın yanması;
● Elektrik şəbəkələrində civə ventillərinin partlayışı və s.
TİBBİ VƏ QİDA MƏNBƏLƏRİ:
● Vaksinlər (mertiolyat əsasında konservant saxlayan tibbi preparatlar);
● Amalqamalı diş plombları;
● Dəniz balığında civəüzvi birləşmələr.
BİLİRSİNİZMİ BƏZİ SOXULCANLAR AĞIR METALLARLA QİDALANIR
Britaniya alimləri zəhərli sənaye tullantıları –
qurğuşun,
civə,
sink,
mislə
qidalanan
torpaq
soxulcanları aşkar etmişlər. Ekoloqların fikrincə, bu
soxulcanlardan çirklənmiş torpaqların təmizlənməsi üçün
istifadə etmək olar. Bu canlılar tərkibində ağır metallar və
insan üçün təhlükəli sayılan digər maddələr olan qidaları
asanlıqla həzm edirlər. Lakin normal, çirklənməmiş
torpaq onlar üçün ölümə bərabərdir. Aparılan DNT analizi
göstərir ki, həmin qeyri‐adi canlılar soxulcanların yüksək
zəhərlənmə şəraitində təkamülə uğrayan xüsusi növüdür.
Hətta maraqlı bir cəhət də budur ki, canlıların hər biri ayrı‐ayrı sahələrdə ixtisaslaşmışlar,
yəni bir növü qurğuşun, digər növü isə civə yeyir və s. Bu həşəratların çoxaldılması
zərərli torpaqlarda ekoloji sistemin bərpasına kömək edə bilər. Lakin bunun tam
gözlənilən nəticə verəcəyinə qəti əminlik kifayət deyil.
GƏLİN BİRLİKDƏ CİVƏ ÇİRKLƏNMƏLƏRİNƏ YOX DEYƏK!
“Ruzgar” EİB‐nin İnformasiya sektoru ‐ Z. Nəbizadə ((+994 50) 320 78 16)
Dostları ilə paylaş: |