Yüzilliyin ikinci yarısında Rusiya getdikcə daha geniş şəkildə kapitalist inkişaf yoluna çıxırdı. Bu öz ifadəsini ölkə miqyasında ictimai əmək bölgüsünün getdikcə daha çox genişlənməsi və dərinləşməsinə, Ümumrusiya kapitalist bazarının yaranmasında tapırdı. Azərbaycan imperiyasının bir hissəsi olduğundan o da tədricən ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunur və ümumrusiya bazarına qoşulurdu. Mərkəzi Rusiya ilə onun ucqarları arasında yaranan iqtisadi birlik ikili xarakter daşıyırdı: bir tərəfdən, rus kapitalizmi ―öz fabrikləri üçün bazar yaradırdı, digər tərəfdən isə o elə həmin fabriklərin –ölkə xammalına olan ehtiyaclarını ödəmək üçün ucqarlarda ticarət əkinçiliyinin, balıq, dağ-mədən, neft və s. sənaye sahələrinin meydana çıxması və inkişafını hər vasitə ilə stimullaşdırırdı. Bu da labüd olaraq rus kapitalının fəal iştirakı ilə ölkədə müstəmləkə iqtisadiyyatının, qismən də hasilat və emal sənayesinin, ticarət xarakterli kənd təsərrüfatı sahələrinin əmələ gəlməsi və inkişafına gətirib çıxarmalı idi və həqiqətən də gətirib çıxardı. Artıq yüzilliyin 60-cı illərində Azərbaycanda kapitalist istehsal münasibətlərinin meydana çıxması prosesi dəqiq müəyyənləşdi. Yüzilliyin 60-cı illərinin ortalarında Azərbaycan neft təsərrüfatında dönüş baş verdi. Bu təsərrüfat əvvəlki illərə nisbətən sürətlə inkişaf etməyə başladı. 1898-ci ildə Azərbaycandakı neft sənayesi hasilata görə ABŞ-ı geridə qoydu. 1901-ci ildə Bakı dünya neftinin yarısını, Rusiya neftinin isə 95 faizini istehsal edirdi. 1873-cü ildə qazılmış quyular içərisində ―Xələfi adı ilə məşhur olan sahədə qazılmış quyu diqqəti xüsusilə cəlb edirdi. Bu quyudan görünməmiş güclü vuran fontan, demək olar ki, bir ay davam etmiş və hər gündə ən azı 100 min pud(1640000 kg-10400 barel) neft alınmışdı. Bu mənzərənin təsiri altında Balaxanı sahəsinin sahibkarı: ―Özünü gözlə, Amerika!, ―Yaşasın Balaxanı!, ―Pensilvaniya bizdə indi gör haradır – deyə sevinc içində qışqırmışdılar.Bakını hətta “Qafqazın Pensilvaniyası” adlandırırdılar
Neft hasilatı artımının səbəblərindən biri Balaxanı kəndlilərinin məcburi və bu səbəbdən də az məhsuldar əməyinin 1864-cü ildə ləğv edilməsi idi. Neft mədənlərində muzdlu fəhlələr işləməyə başladı. Bu, neft sənayesinin kapitalistcəsinə yeniləşməsinin daha da dərinləşməsi əlaməti idi.Neft hasilatının belə artımının əsas səbəbi Rusiyanın daxili quberniyalarında ağ neftə tələbatın genişlənməsi idi. Ağ neftdən artıq təkcə çıraq yanacağı kimi deyil, əsasən Rusiyanın inkişaf etməkdə olan sənayesi üçün yanacaq kimi istifadə olunurdu. Lakin Rusiyanın daxili quberniyaları ilə geniş nəqliyyət yollarının olmaması Bakıda istehsal olunan neftin hamısını oraya aparmağa və Rusiya sənayesi tələbatının bir hissəsini ödəməyə imkan vermirdi. Ona görə də Rusiya sənayeçiləri özlərinin yanacağa olan ehtiyaclarını əsasən Amerikadan gətirilən neftin hesabına ödəməyə məcbur olurdular. Bu vəziyyət neft sənayesinin sürətlə inkişafına mane olurdu. Lakin başlıca səbəb neft sənayesində iltizam sisteminin mövcud olması idi. Bu sistem iltizamçılara yeni neft quyuları qazmaq, neft çıxarmaq və satmaq sahəsində inhisarçı hüququ verirdi. Müəyyən məbləğ müqabilində neft quyularını uzun müddətə iltizama götürənin iltizamçılarına növbəti müzayiqələrdə (torqda) onları itirmək təhlükəsindən sığortalanmamış istehsala texniki yeniliklərin tətbiqi üçün zəruri olan iri kapital qoymağa maraqlı deyildilər və neft quyuları qazılmasında yeni texnika və təcrübəni tətbiq etmək üçün göstərilən bütün cəhdlərə mane olurdular. İltizam sisteminin ləğvi bütün neft hasilatında qəti dönüş yaratdı, neft sənayesi kapitalist istehsalı sahəsinə çevrildi. Bakıdakı neft və digər sahələrlə yanaşı, qəzalarda da sənaye inkişaf edirdi. Azərbaycanın üzvi tərkib hissəsi kimi, Bakının sosial-iqtisadi həyatında baş verən dəyişikliklər, şübhəsiz ki, bütün Azərbaycanda məhsuldar qüvvələrin inkişafına təsir göstərirdi.
Ümumiyyətlə, XIX-XX əsrin əvvəllərində kiçik kəndli əmtəə istehsalçılarını müflisləşdirən prosesin getdikcə güclənməsi və əhalinin yoxsullaşması adamların iş üçün Bakıya üz tutması nəticəsində şəhər əhalisi artırdı. Neft və onunla bağlı digər sənaye və ticarət sahələrinin çoxalması, mədəniyyətin inkişafı şəhərin görkəmini və orada yaşayan əhalinin tərkibini dəyişirdi. Bakının beynəlxalq miqyaslı iri ticarət-sənaye mərkəzinə çevrilməsi böyük sürətlə inkişaf edən şəhərlərə xas olan xüsusiyyətlərlə müşayiət olunurdu. Məsələn, qadınlar əhalinin ümumi təbii artımında daha üstün mövqe tutmalarına baxmayaraq, sayca yenə də kişilərdən az idilər. Rusiyada kapitalizmin sürətlə inkişafı Azərbaycanda kapitalizmin inkişafına təsir göstərə bilməzdi. XIX yüzilliyin 60-cı illərində Azərbaycanın iqtisadi inkişaf prosesində kapitalizm yolu göz qabağında idi. Bu proses, şübhəsiz ki, əmtəə istehsalının inkişafı, feodal münasibətlərin dağılması ilə müşayiət olunurdu. Buna görə də 60-cı illərin sonlarında Şimali Azərbaycanın sosial-iqtisadi inkişafı feodal münasibətlərinin ləğv edilməsini tələb edirdi. Yerli feodallarla ittifaqda olan çar hökuməti onların mənafeyinə uyğun olaraq Cənubi qafqazda, o cümlədən Azərbaycanda islahat keçirilməsini bir neçə il ləngitdi. Çarizm bunu onunla əsaslandırırdı ki, guya Şimali Azərbaycanda islahat keçirmək üçün iqtisadi şərait kifayət qədər yetişməmişdir və bütün Azərbaycan kəndliləri hüququ cəhətdən dövlət kəndliləri hesab olunurlar, daha doğrusu, onlar təhkimli deyillər, şəxsi azadlıq statusundan istifadə edirlər. Əslində isə sahibkar kəndliləri feodal-asılı vəziyyətində idilər.Lakin Şimali Azərbaycanın metropoliyanın mənafeyi baxımından müstəmləkə istismarı vəzifələri, diyarda yaranmaqda olan sənaye kapitalı üçün sərbəst işçi qüvvəsinə tələbat, Mərkəzi Rusiyanın inkişaf etməkdə olan sənayesi üçün xammala ehtiyac islahatın keçirilməsini tələb edirdi. Feodal münasibətləri ölkənin iqtisadi inkişafına mane olur bazar əkinçiliyinin inkişafını, əmtəə-pul dövriyyəsinin tətbiqini, sənayedə və kənd təsərrüfatında kapitalist sahibkarlığının yaranmasını ləngidirdi.
İltizam sistemi ləğv edildikdən sonra Bakı neft sənayesi sürətlə inkişaf etməyə başladı. Görkəmli Azərbaycan maarifçi-demokratı Həsən bəy Zərdabinin yazdığı kimi, ―…hər tərəfdən buraya kapital və bilik axmağa başladı və keçmiş inzibati sürgün yerində həyat qaynadı. Kapital axınının artması neft hasilatı, emalı və daşınması texnikasının tətbiqi ilə yanaşı, texniki təkimilləşməsinin biri də 1878-ci ildə neft mədənlərini neftayırma zavodları ilə birləşdirən buxar nasoslu ilk neft kəmərinin çəkilişi oldu. Bütün bunlar sonrakı illərdə neft istehsalının inkişafına ciddi təsir göstərərək onun maya dəyərini qaldırdı.
Yerli İnvestorlar: Bakı neft sənayesinin kapitalist inkişaf yoluna düşməsinin lap başlanğıc mərhələsində burada milli kapitalın xüsusi çəkisi yüksək idi. H.Z.Tağıyevin 1873-cü ildə yaratdığı kiçik neft firması əsrin sonuna qədər keçən müddətdə özündə neft istehsalı, buruq qazıma, neft emalı və onu daşımaq vasitələrini birləşdirən iri kapitalist müəssisəsinə çevrildi. Azərbaycanlı sahibkarlardan Şəmsi Əsədullayev XX yüzilliyin əvvəllərində öz müəssisələri əsasında səhmdar cəmiyyəti yaratmışdı. Onun yaratdığı cəmiyyət 1913-cü ildə Bakıda neft hasilatının 60 faizinə qədərini öz əlində cəmləmiş 12 firmadan biri idi. 1913-cü ildə “Ş.Əsədullayev” cəmiyyəti Ramanada, Sabunçuda, Suraxanıda şəxsi mülkiyyət və icarə əsasında 37 qazıma buruğuna, Bakıda zavod və mexaniki emalatxanalara, Xəzər dənizində gəmi və barjlara, neft çənləri və kəmərlərinə, neft-mədən rayonunda torpaq sahələrinə, şəhərdə binalara malik idi. Muxtarov “Qazıma istehsal alətlərinin sahibkarları sindikatı”nın və “Bakı neft quyuları qazan istehsalçılar cəmiyyəti”nin ən əsas üzvlərindən biri idi. Muxtarovun zavodlarının illik istehsal həcmi 2 mln rubla çatırdı. 1908-1910-cu illərdə Bakı neft istehsalı rayonunda 60 azərbaycanlı sahibkar fəaliyyət göstərirdi və onların sərəncamında 80 firma var idi. Onlardan 8-i hər biri ildə 1 mln puddan çox neft istehsal edən sahibkarlar sırasına daxil idi. 1913-1914-cü illərdə neft çıxarmaqla məşğul olan 165 neft firmasından 48-i, yəni 30 faizi azərbaycanlı sahibkarların sərəncamında idi. Milli kapitalın yüksək inkişaf mərhələsi və onun qüdrəti özünü Tağıyev və Əsədullayevin şəxsi bank kontorları əsasında, M.Nağıyev, M.Muxtarov, F.Rüstəmbəyov və başqalarının iştirakı ilə 1914-cü ildə Bakı Tacir bankının yaradılmasında göstərdi. Onun kapitalı 1914-cü ildə 3 mln 1915-ci ildə isə 5 mln rubl idi. Bu bankın məqsədi neft, pambıq, balıq, dənüyütmə, mexaniki və s. istehsal sahələrində ilk növbədə milli kapital nümayəndələrinə kömək etmək idi. Bunu təsdiqləyən “Birja” qəzeti yazırdı ki, bankın müştərilərinin böyük əksəriyyəti müsəlmanlardır.
Azərbaycan sahibkar kəndində əmtəə-kapitalist münasibətlərinin yaranması və inkişaf mənbələri müxtəlif olmuşdur. XIX əsrin sonu-XX əsrin əvvəlində sahibkar kəndində əmtəə- kapitalist münasibətlərinin yaranmasının mühüm göstəricilərindən biri bank-kredit təşkilatlarının xidmətlərindən istifadənin başlanması və genişlənməsi idi. İlk növbədə ipəkçilik, sonra isə pambıqçılıq, taxılçılıq, maldarlıq və digər sahələrdə müxtəlif imperiya və yerli bank təşkilatlarının iştirak dərəcəsi genişlənirdi. Fəaliyyət dairəsi az və ya çox dərəcədə mülkədar, bəy və digər xüsusi mülkiyyətçi şəxslərin təsərrüfatını əhatə edən yerli, Cənubi Qafqaz və imperiya miqyaslı bank və kredit təşkilatlarının müxtəlif təsərrüfat, istehsal və istehlak məqsədləri üçün onlara müxtəlif kredit vəsaitləri verməsi ilbəil artırdı.
XX əsrin ilk illərindən başlayaraq bank-kredit təşkilatlarına kredit almaq məqsədilə müraciət edən mülkədar və bəy təsərrüfatlarının sayı artmaqda idi. Rusiya Dövlət Bankının Azərbaycan quberniyalarında yerli filiallarının hələlik açılmadığı bir şəraitdə azərbaycanlı sahibkarlar bu bankın daha geniş maliyyə imkanları olan Tiflis bölməsinin xidmətindən istifadə edirdilər. Məsələn, 1910-cu ildə Tiflis bölməsi Yelizavetpol quberniyasından olan 126 mülkədara 764 min manat məbləğində veksel kağızları üzrə kredit ayırmışdı . 1912-ci ildə yenə bu bölmədən artıq 200 sahibkar kənd təsərrüfatı fəaliyyətinin müxtəlif sahələri üçün kredit almağa nail olmuşdu. Yelizavetpol qəzasından olan mülkədarlar-B.Ağasıbəyov bu bölmədən 1908-ci ildə pambıqçılıq təsərrüfatının genişləndirilməsi məqsədilə 25 min manat, Adil xan Ziyadxanov 1911-ci ildə öz təsərrüfatının müxtəlif sahələrinə sərf edilməsi məqsədilə 10 min manat, 1905-ci ildə Xılxıllı kəndindən olan Həmid bəy və Mehrəli bəy Zülqədərovlar yeni eyni məqsədlə müvafiq olaraq 12 min və 10 min manat; İsrafilbəyov qardaşları 1910-cu ildə taxılçılıq və pambıqçılıq təsərrüfatlarının genişləndirilməsi və mükəmməl yeni əmək alətlərinin gətirilməsi üçün 5 min manat; Şirin bəy Şahmalıyev 1909-cu ildə müxtəlif yenidənqurma işləri, taxılbiçən və taxıldöyən qurğular almaq üçün 5 min manat; Dəllər kəndindən Süleyman bəy Şəmkirli taxılçılıq və pambıq əkini, habelə, pambıqtəmizləmə qurğuları almaq üçün 1910-cu ildə 5 min manat kredit almışdı. F.Vəzirov, H.Z.Tağıyev və onlarla digər tanınmış yerli mülkədar və sahibkarlar da bu bankın iki bölməsinin müştəriləri sırasında idilər.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan sahibkar kəndində müxtəlif sahibkar şəxslərə uzunmüddətli və nisbətən də güzəştli bank faizləri ilə kreditlərin ayrılması, əslində onlara təsərrüfat fəaliyyətini yenidən qurmağa, istehsal fəaliyyətini genişləndirməyə, bəzən çətin, həm də yeni təsərrüfatçılıq formalarının çətinliklərilə ayaqlaşmaq və tam müflisləşməkdən yaxa qurtarmaq və digər məqsədlər üçün verilsə də, əksər hallarda buna nail olmaq müşkül olurdu. Bir çox sahibkar kəndli və mülkədar təsərrüfatları çox dərəcədə bu kreditlərin vasitəsilə öz işlərini səmərəli formada yenidən qurur, kənd təsərrüfatı istehsalının intensivliyini və gördüyü işlərin gəlirliyini artırmağa nail olurdular. Bu isə o demək idi ki, alınmış kredit kənd təsərrüfatı istehsalının gedişinə, məzmunu və nəticələrinə həlledici təsir göstərir və son nəticədə təsərrüfatı kapitalist təsərrüfatına çevirirdi. Baş vermiş yeniliklər, əldə edilmiş nəticələr isə sübut edirdi ki, XX əsrin əvvəllərində mülkədar-sahibkar torpaqlarındakı təsərrüfatların işinin kapitalist münasibətlərinin tələblərinə uyğunlaşaraq yenidən qurulması əslində onların, yəni mülkədar və bəy təsəsrrüfatlarının get-gedə daha kapitalist sahibkarlara çevrilməsi yolu ilə irəliləyir, bu münasibətlərlə, yeni şəraitlə, onun tələblərilə uyğunlaşmayanlar isə müflisləşərək, öz malikanə, torpaq və digər mülklərindən məhrum olurdular.
Xarici İnvestorlar:
Bildiyimiz kimi Azərbaycan ərazisi yalnız indi deyil, ötən əsirlərdən bəri xarici təsərrüfat subyektlərinin diqqət mərkəzində olan bir ərazi olmuşdur. Tarixə nəzər salmaqla Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin mövcudluğu sayəsində əcnəbi iş adamlarının bu torpağa olan sonsuz maraqlarının şahidi olmaq mümkündür. Bu dövrdə xarici investorlar əsasən Azərbaycanın neft-qaz və mədən sənayesinə sərmayə yatırırdılar. Pirallahı adasında buruq qazmaq üçün ilk uğursuz cəhdi tiflisli əczaçı Vitte göstərirdi. 1866-cı ildə ―Zaqafqaziya Ticarət Cəmiyyəti (sonralar bu cəmiyyət ―Bakı Neft Cəmiyyətinə çevrildi) qazma işlərinə başlamağa icazə verilməsi barədə hökumət qarşısında məsələ qaldırdı. Lakin iltizamçı özünün inhisar hüququndan istifadə edərək buna mane oldu və hökumət cəmiyyətə rədd cavabı verdi. Ona görə də neft hasilatının artımı neftayırma sənayesinin meydana çıxmasını şərtləndirirdi.1859-cu ildə rus kapitalistləri Kokorev və Quboninin ―”Zakaspi Ticarət Cəmiyyəti” Suraxanıda neftayırma zavodu tikdi. Zavod sahibləri yanacaq kimi təbii qazdan istifadə edirdilər. İltizamçı tərəfindən neftə qoyulmuş qiymətin bahalığı üzündən bağlanmaq həddində olan zavodun fəaliyyəti 1863-cü ildə Bakıya dəvət olunmuş böyük rus alimi D.İ.Mendeleyevin köməyi və bilavasitə iştirakı ilə qaydaya salındı. 1861-ci ildə tiflisli əczaçı Vitte Pirallahı adasında parafin zavodu tikdirdi.Rusiya kapitalistlərinin Azərbaycanda investisiya etməsi ağlabatan idi, ancaq İsveçrənin “Nobel qardaşları”, Fransanın “Rodşild”, İngiltərənin “Vişau” kimi şirkətlərinin Azərbaycandakı bu mühitdən xəbərdar olmasını necə açıqlamaq olar?
“Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firması bu qəbildən olan xarici təsərrüfat subyektlərindən idi. “Nobel qardaşları” adı ilə tanınan bu məşhur firma qısa müddət ərzində böyük uğurlara imza atmışdır. Fəaliyyətlərinin uğurlu hissəsinin Azərbaycanla bağlı olduğu bu firma haqqında danışarkən onun necə yaranması haqqında qısa məlumat vermək yerinə düşərdi. “Nobel qardaşları” firmasının əsasının qoyulması tarixi 18 may 1879-cu il hesab edilsə də, lakin İsveç ailəsinin Abşeronda fəaliyyəti daha öncə başlayıb. Məşhur qardaşların atası 1840-cı ildə müflis olmuş ailənin rifahını bərpa etmək üçün Sankt-Peterburqa gəlir və ixtiraları vasitəsilə bir müddət sonra varlanaraq ailəsini də ora gətirir. Əsasən silah istehsal edən zavodu idarə edən bu ailə təsadüf nəticəsində fəaliyyət istiqamətini dəyişərək, neft sənayesinin əsas simalarından birinə çevrilir. Belə ki, Lüdviq Nobel İjevsk şəhərində silah zavodunu icarəyə götürür və küllü miqdarda silah istehsalına başlayır. Almaniyadan tüfəng qundağı üçün baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına o qədər də sərfəli olmadığından, Sankt-Peterburq və İjevsk ətrafında isə qoz ağacı bitmədiyindən bunu ölkənin müxtəlif regionlarında axtarmağa başlayırlar. Bu zaman mütəxəssislər belə ağacın Qafqazda, Lənkaran meşələrində çox olmasını söylədiklərindən Lüdviq Nobel qardaşı Robert Nobeli Lənkərana göndərir. Lakin o, Lənkəranda qoz ağacı massivi tapa bilmədiyindən Nobel qardaşları tüfəng qundağı düzəltmək üçün qoz ağacını daha ucuz başa gələn toz ağacı ilə əvəz edirlər. Buna baxmayaraq Robert Nobelin
Qafqaza eləcə də Azərbaycana 1873-cü ildəki səfəri hədər getməmişdir. O, yolüstü Bakıda qalır, Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir, maliyyə, sənaye və iqtisadi vəziyyəti öyrənir, əsl gəlir mənbəyinin Bakıda olduğunu qabaqcadan çox düzgün dərk edir. Sankt-Peterburqa qayıtdıqdan sonra qardaşı Lüdviq Nobelə perspektiv cəhətdən tükənməz dövlətin Bakıda olmasını, buruqlardan gecə-gündüz qızıl axmasını ona çatdırır. Bununla əlaqədar o, onunla şərik olmasını və ilk növbədə, Bakıda kiçik bir neft müəssisəsi yaratmaq təklifini irəli sürür. O, qardaşı Lüdviq Nobeli razı saldıqdan sonra yenidən Bakıya qayıtmış və bir il ərzində yəni 1875-1876-cı illər ərzində Bakıda neft sənayesi sahibkarlığının əsasını qoymuşdur. Bakı mədənlərində çox primitiv üsullarla quyuların qazılmasını, jelonka ilə quyulardan neftin 2 çıxarılmasını görən Robert Nobel Bakıda neft işini müasir səviyyəyə qaldırmağı vacib hesab etmişdir. 1879-cu ildə ―Nobel qardaşları firması tərəfindən mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk dar dəmir yolu çəkildi. Neft hasilatının artması onun saxlanılmasını təkmilləşdirməyi tələb edirdi. Adətən quyuların yanında 100-200 pudluq taxta çənlər tikilirdi. Bir qədər sonra isə 50-100 min pudluq torpaq anbarlar tikilməyə başlandı. Bu anbarlar içərisində heç nə döşənməyən və örtülü olmayan, əlüstü qazılan çalalardan ibarət idi. Belə anbarlarda neftin xeyli hissəsi torpağa hopur, Abşeron üçün adi olan günəşin və yüksək temperaturun təsiri altında buxarlanırdı. Primitiv çalaların əvəzində içəridən sementin köməyilə daş və kərpiclə döşənmiş, ağac örtüklü daha əlverişli anbarlar meydana çıxdı. Metal rezervuarlar nisbətən gec meydana gəldi. Bunula belə artıq 90-cı illərdə onların sayı xeyli artmışdı. Neftdaşıma işi artdıqca, neftdaşıyan gəmilər meydana gəldi. 70-ci illərdə neft və onun məhsullarını daşımaqla məşğul olan ayrıca cəmiyyətlər yarandı. Bu cəmiyyətlər arasında ―Qafqaz və Merkuri cəmiyyəti mühüm yer tuturdu. ―Lebed, ―Drujina cəmiyyətləri, Bakı neft cəmiyyəti, xüsusi şəxslər – Mirzoyevlər, Dadaşovlar, Artyomovlar və başqalar da neft daşınması ilə məşğul olurdular. Şirkət Xəzər dənizində tanker donanmasının pioneri kimi çıxış etdi. 1878ci ildən onların sifarişi ilə İsveçdə hazırlanmış dünyada birinci neft tankeri ―Zoroastr(Zərdüşt) Bakı ilə Həştərxan arasında hərəkətə başladı. Bir ildən sonra yeni, daha böyük ―Moisey tankeri sifariş verildi. Neftin qiymətinin qeyri-sabitliyi böhran dövrü çətinliklərindən mövqelərini möhkəmləndirmək üçün istifadə etməyə çalışan iri firmaların təqsiri üzündən baş verirdi. 1901-ci ildə Qafqaz inzibati idarələrinin nümayəndələri qeyd edirdilər ki, neftin bazar qiymətlərinə “neft sənayesində inhisarlar yaradanların təsir payı az deyildi. Hələ 1900-cü ilin əvvəllərində “Nobel qardaşları” şirkəti və Rotşildin “Mazut” cəmiyyəti kartel müqaviləsi bağlamışdı (“Nobmazut”). 1901-ci ildə Nobel-Rotşild qrupuna qarşı “Ağ neft-yağ istehsalı şirkəti” (“Tokamp”) yaradıldı. Öz tərkibinə “A.İ.Mantaşov və K°” və “Kaspi şirkəti”ni daxil etmiş bu yeni birlik rus müəssisələri kimi yaransa da, əslində ingilis maliyyəsinin nəzarəti altında idi.
.
Azərbaycanda Neft sənayesi ilə yanaşı Dağ-Mədən sənayesi də xarici kapitala məruz qalmışdı. Bunun ən bariz nümünəsi “Simens Qardaşları” şirkətidir. VERNER fon SİMENS Qafqaza 3 dəfə(1865,1868,1890) səfər etmiş və bu səfərləri boyunca yazdığı -“Qafqaz Səyahətnaməsi” kitabında şirkətin fəaliyyətləri barədə məlumat vermişdir:
“Qafqaz Rusiyasında bir çox teleqraf xəttlərinin çəkilməsi və təmiri rus hökuməti tərəfindən bizım Peterburqdakı nümayəndəliyimizə həvalə edildiyinə görə o, hələ Hind-Avropa teleqraf xəttinin istifadəyə verilməsindən əvvəl Tiflisdə öz filialını açmışdı. Həmin fıliala rəhbərlik isə qardaşım Valterə tapşırılmışdı. Bu işlər tamamlandıqdan sonra orada daha yetərincə məşğuliyyət imkanı qalmayınca o, 1864-cü ildə Yelizavetpol yaxınlığmda Gədəbəydəki zəngin bir mis mədənini almağı təklif etdi. Dağ-mədən işi bizim firmaların fəaliyyət növlərinə uyğun gəlmədiyindən qardaşım Karl və mən ona şəxsi əsaslarda həmin mədəni almaq və işlətmək üçün lazım olan xeyli miqdarda aşağı dəyərli kapital verdik.”
“
Dostları ilə paylaş: |