Yüzilliyin ikinci yarısında Rusiya getdikcə daha geniş şəkildə kapitalist inkişaf yoluna çıxırdı



Yüklə 25,81 Kb.
səhifə2/2
tarix11.05.2022
ölçüsü25,81 Kb.
#57567
1   2
1865-ci il Qafqaza ilk səfər- Təəccüblü deyil ki, mədənə düşündüyümüzdən daha çox məbləğdə pul sərf etməli olduq. Bu da biz qardaşları, çox keçmədi, başladığımız işi davam etdirməkmi və ya dayandırmaqmı sualı qarşısında qoydu. Bununla bağlı bir qərar qəbul etmək üçün mən 1865-ci ilin payızında şəxsən Qafqaza səfər etməyə və vəziyyətlə yerində tanış olmağa qərar verdim. Mən bu Qafqaz səfərini həyatımm ən xoş xatirələrindən hesab edirəm. Mən həmişə bəşər sivilizasiyasınm ilk məskənlərinin səssiz bir intizarında idim və Bodenstedtin Qafqazm zəngin təbiəti haqqında alovlu yazıları bu intizarımı oraya yönləndirmiş və uzun zamandan bəri məndə bu regionla tanış olmaq istəyini oyatmışdı. Belə bir səfərə çıxmağım üçün daha bir səbəb isə sevimli arvadım çox ağır xəstəlikdən sonra vəfat etməsi idi ki, bu da məni mənəvi və cismani olaraq çox üzmüşdü və təcili surətdə ruhumun təzələnməsinə ehtiyacım vardı. Kükürdlü mis fılizləri ilə zəngin dağ Gədəbəyin yaxınlığında yerləşir və onunla dartma xətt adlanan tros xətti ilə birləşdirilib. Bundan başqa, artıq qeyd etdiyim kimi, bizim tərəfımizdən ensiz bir dəmir yol xətti çəkilmişdir ki, bu da odun və ağac kömür tədarük edib yabanı Qalakənd çayı vadisindəki meşələrin dərinliklərinə və gözəl bir yerdə yerləşən Qalakənd fılizəritmə sexinə, oradan isə daha sonra Şamxor çayı sahilindəki bərə yerinə kimi gedib çatır. Bir çox illər bu dağlıq dəmir yol xətti yanacağa olan böyük tələbatı təmin edib, amma ağacları qırılmış ərazilərə səliqə verib yenidən meşə salınsa da, sonda odun qıtlığı fılizəritmə sexinin fəaliyyətini dayandırmaq təhlükəsi qarşısında qoydu.

 

Digər sahələrdə də xarici kapitalın hissə payı mövcud idi. İpəksarıma istehsalının verə biləcəyi gəlir Moskva sənayeçiləri Alekseyev və Voronin qardaşlarının diqqətini cəlb etdi. Onlar şirkət təşkil etdilər və 1860-cı ildə iri fabrikin tikintisinə başladılar. Fabrikin 432 dəzgahı, 64 hazırlayıcı hovuzu və buxar mühərriki var idi. Şərab istehsalında Yelenendorf (indiki Xanlar) kəndinin alman kolonistləri görkəmli yer tuturdular. Onlardan biri – Xristofer Forer 1870-ci ildə şərab ticarəti ilə məşğul olan ―Xristofer Forer oğulları ilə birlikdə adlı firmanın əsasını qoydu. Müxtəlif vaxtlarda Gəncə, Bakı, Tiflis və Batumda firmanın filialları açıldı. Zavod tipli bir neçə şərabçılıq müəssisəsi nəzərə alınmazsa, bütün qalanları xırda müəssisələr idi. 1870-ci ildə Yelizavetpol qəzasında şərab istehsalı ilə məşğul olan nisbətən iri kapitalist müəssisələri meydana gəlir. Bunlardan ―X.Forer və oğulları, 80-ci illərdə birinci firma – Hummel qardaşları firmaları təşkil edildi. 60-cı illərdə bir Moskva kompaniyası pambıq əkmək üçün Kür vadisində torpaq icarəyə götürmüş, oraya suvarma arxları çəkilmişdi. Kompaniya Amerika və Avropadan çiyid gətirərək, 1861-ci ildə ilk səpini keçirdi. 1865-ci ildə kompaniya öz fəaliyyətini Araz sahillərinə qismən də Quba qəzasına yaydı. Kompaniya öz plantasiyalarında pambıq əkməklə yanaşı, kəndlilərə də pambıq səpini üçün çiyid paylayırdı. Rusiyanın iri fabrik sahiblərindən olan Morozovlar da Azərbaycanda pambıq yetişdirmək üçün cəhd göstərirdilər. 1869-cu ildə Bakı quberniyasında onların 40 desyatin pambıq əkini sahəsi vardı. Əcnəbi sahibkarlar Nuxada və Azərbaycanın digər ipəkçilik rayonlarında ipək və barama satışı üçün kontorlar açırdılar. Xarici firmaların nümayəndələrini 1873-cü ildə təkcə Yelizavetpol quberniyasında öz ölkələrinə aparmaq üçün 126 min puda yaxın barama satın almışdılar. Lakin sonrakı illərdə bu məhsullarının xaricə ixracı ixtisar olunur və onların Rusiyanın daxili quberniyalarına aparılması artırdı. İstehsalat əməliyyatlarında buxar gücündən istifadə edilən ―Atlas şirkətinin  müəssisələrində ildə 2 milyondan çox, Keşlədə ―O.K.Levin L.F.Kiander i K° şirkətinə məxsus zavodda isə orta hesabla 2 milyon ədədə qədər kərpic istehsal edilirdi. 1894-cü ildə Y.İ.Yeger öz şəriki ilə ―Naftalan‖ neft sənayesi və ticarəti şirkətini təsis etdi.



 

 

 



 

Nəticə etibarilə onu qeyd etmək olarki, Azərbaycanda kapitalizm Rusiya İmperiyasındakı ənənələr əsasında yaranmışdı.Dolayısıyla,xarici investorların çoxu Rusiya və yaxud imperiya daxili ölkələrdən olmuşdur.İstisna olaraq göstərə biləcəyimiz, Nobel qardaşları, Rodşild kimi şirkətlər ölkəmizə  avropa metodlarını gətirərək sənayenin inkişafına təkan vermişdir.Onların mənfi təsirlərinin olduğuda danılmaz faktdır.Simens qardaşlarının zavodları kömürlə işlədiyindən onlar sahibi olduqları hektarlarla meşə sahəsini qırmışlar, eləcə də Nobel qardaşları şirkətinə məxsus olan neft anbarlarında beton örtük olmadığından Abşerondakı bəzi ərazilər neft hopmasından dolayı şoranlaşmışdır.
Yüklə 25,81 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin