Beynəlxalq idman proqrami təŞƏBBÜSÜ: azərbaycanda əLİLLİYİ olan gəncləR ÜÇÜN İdman layihəsinin ƏRİZƏ formasi xülasə



Yüklə 50,85 Kb.
tarix22.04.2017
ölçüsü50,85 Kb.
#15469

itd logo_1080.jpg


BEYNƏLXALQ İDMAN PROQRAMI TƏŞƏBBÜSÜ:

AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN GƏNCLƏR ÜÇÜN İDMAN

Layihəsinin
ƏRİZƏ FORMASI
XÜLASƏ:
“Beynəlxalq İdman Proqramı Təşəbbüsü: Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman” layihəsi Amerika Birləşmiş Ştatları “Təlim və İnkişaf İnstitutu” və onun Azərbaycandakı tərəfdaşı “İnkişaf Naminə İdman” ictimai birliyi tərəfindən həyata keçirilir. Layihədə iştirak edən 13 mütəxəssis və bir müşayətçi ABŞ-da üç həftəlik səfər edəcəkdir (səfər layihənin donoru tərədindən tam maliyyələşdirilir). Səfər 2014-cü ilin sentyabr ayının 27-dən oktyabr ayının 17-dək davam edəcəkdir. Layihə əlil uşaqlar və gənclər üçün idman mövzusundadır.
Azərbaycan nümayəndə heyəti amerikalı mütəxəssislər və əlilliyi olan gənclərlə birgə təlim, idman və sosial fəaliyyətlərə cəlb olunacaqlar. ABŞ kolleclərindən olan məruzəçilər əlillik və əlil idmanı ilə bağlı Birləşmiş Ştatların tarixi və təcrübəsindən mühazirələr oxuyacaqlar. Əlillik və idman mütəxəssisləri ilə təşkil olunacaq müzakirələrdə dövlət və özəl qurumların müvafiq sahədəki vəzifələrindən, habelə ixtisaslaşdırılmış və inteqrasiyalı proqramların faydasına toxunulacaq. Əlillik və idman sahəsində ixtisaslaşanqurumlara və məktəblərə səfər zamanı Azərbaycan nümayəndə heyəti xüsusi qayğıya ehtiyacı olan ABŞ gənçləri və onlara xidmət edən proqramlarla yaxından tanış olmaq imkanı qazanacaqlar.
Layihədə iştirak üçün yalnız ümumtəhsil orta məktəbinin fiziki tərbiyə müəllimləri, məşqçilər, idman təlimatçıları və əlillik üzrə ixtisaslaşan özəl, həmçinin ictimai müəssisələrdə çalışanişçilər müraciət edə bilərlər.İştirak üçün müraciət edən fiziki tərbiyə müəllimlərindən əlillik, əlilliyi olan şəxslərləişləyən mütəxəssislərdən isə idman sahəsində əvvəlki iş tərcrübəsi tələb olunmur. ABŞ-a səfər zamanı nümayəndə heyəti üçün tərcüməçinin təşkil olunduğunu nəzərə alaraq iştirakçıların ingilis dili bilməsi vacib deyil. Layihədə iştirak üçün əlilliyi olan şəxslər də müraciət edə bilərlər. Onlarin səfər zamanı yaranmış ehtiyacları muvafiq qaydada ünvanlanacaqdır.
Layihəhaqqinda əlavə məlumat üçün pres relizədiqqət yetirin.Layihə Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
İŞTİRAKÇILARIN MƏSULİYYƏTİ
Müraciyət edənlərin nəzərinə catdırırıq ki, layihədə iştirak seçim mərhələsindən Birləşmiş Ştatlara səfər və bundan sonra da əlavə vaxt sərfiyyatı tələb edəcəkdir.
Layihədə iştirak hüququ qazanmış iştirakçılarınxarici pasportu olmalı və Bakıdakı Amerika Səfirliyindən J1 visa üçün müraciət etməlidirlər. Viza üçün müraciət etmiş iştirakçılar ABŞ səfirliyi tərəfindən təşkil olunacaq fərdi müsahibədə də iştirak etməlidirlər. “İnkişaf Naminə İdman” ictimai birliyiiştirakçı heyətə viza almaq prosesində təşkilatçılıq üzrə köməklik göstərəcəkdir. Yalnız viza ala bilən iştirakçılar Birləşmiş Ştatlara səfər edə biləcəkdir.

2014-cü ilin payızında baş tutacaq Amerikaya təcrübə mübadiləsi səfərindən sonra iştirakçılaröz icmalarında olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün idman imkanlarının genişləndirilməsinə dair məktəbdən kənar layihələr həyata keçirəcəklər. Bu kimi fərdi layihələr ABŞ və Azərbaycan tərəfindən olan icraçı təşkilatçılarının dəstəyi və təlimatı ilə iştrakçıların özləri tərəfindən müəyyən olunacaqdır. İştirakçılar bu layihələri ABŞ-a səfər zamanı ABŞ mütəxəssislərinin texniki köməkliyi ilə hazırlayacaq və qayıdandan sonra onun icrası üçün kiçik qrantlarla təmin ediləcəklər.


Azərbaycan nümayəndə heyəti 2015-ci ilin əvvəlində 6 nəfər Amerikalı həmkarın Azərbaycana səfəri və bu müddətdə ərzində həyata keçiriləcək fəaliyyətlərdə aktiv olmalıdırlar. Amerika nümayəndə heyəti Azərbaycanlı həmkarların ABŞ-a səfərində fəal iştirak edən və eyni sahədə çalışan mütəxəssislərdən ibarətdir. Amerika nümayəndə heyəti Azərbaycana səfər zamanı öz həmkarlarının rayonlarına səfər edərək onların layihələrinin icrasında iki həftə müddətində kömək edəcəklər.
İştirakçıların fərdi kiçik layihələrinin icrası üçün müvafiq fəaliyyətlər və cavadehliklər haqqında daha geniş məlumat nümayəndə heyətinə ABŞ-a səfəri zamanı veriləcəkdir.
SEÇİM MEYARLARI
Layihədə iştirak üçün müraciət edənşəxslər aşağıdakılara malik olmaldırlar:

  • Azərbaycan Respublikasında fiziki tərbiyə müəllimi, məşqçilər, idman təlimatçıları yaxud əlillik üzrə mütəxəssis işləməli

  • Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;

  • Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan qayıtdıqdan sonra fəaliyyət planına uyğun müvafiq işlərin icrasına dair öhdəliyin yerinə yetirilməsini nümayiş etdirməli;

  • Yeniliyə hazır olmalı;

  • Ölkədən kənarda az səfərlərdə olmuş və öncə bu cür proqramlarda iştirak etməyənlərə üstünlük veriləcəkdir;

  • ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın iştirakçısı olmamalıdır;

Seçim mərhələsində nəzərə alınacaq digər meyar qrup üzvləri arasında etnik, sosial–iqtisadi və gender müxtəlifliyidir.



Seçim aşağıdakımərhələ və qaydalara uyğun həyata keçiriləcəkdir:


  1. Ərizə forması 2014 – cü ilin mayayının 15-dən gec olmayaraq Inkişaf Naminə İdman İçtimai Birliyinətəqdim edilməlidir. Ərizə formaları elektron formada aşağıda qeyd olunan hər üç elektron ünvana göndərilməlidir: cv.sport4dev@gmail.com; landoffire55@gmail.com; kamalazenpc@outlook.com

  2. “İnkişaf Naminə İdman”, 3-5 nəfərdən ibarət Seçim Komisiyasıyaradır

  3. Seçim komisiyası müraciət ərizələrinə baxdıqdan sonra,. 20May2014-cü il tarixinədək bütün müraciət edənlərə onların ərizələrinin statusu haqqında məlumat veriləcəkdir.

  4. 30 May 2014-cü il tarixədəkərizələri keçmiş bütün namizədlər fərdi müsahibəyə dəvət ediləcəkdir.

  5. Layihədə iştirak etmək hüququ qazanan 13 qalib iştirakçı 10 iyun2014 il tarixində elan olunacaqdır.


MÜRACİƏT ÜÇÜN TƏLİMAT
Etibarlı sayılması və baxılması üçün ərizəyə aşağıdakı məlumatlar daxil olunmalıdır:

1-ci Bölmə: Şəxsi məlumat

2-ci Bölmə: Kiçik inşa (essay) “Nə üçün bu layihədə iştirak etmək istəyərdim”.

3-cü bölmə: Xasiyyətnamə (bunlar müraciyət forması ilə birgə yaxud ayrı təqdim edilə bilər)



DİQQƏT!
Zəhmət olmasa müraciət etməzdən əvvəl yuxarıda verilən məlumatları diqqətlə oxuyun və ciddi düşünün.

Aydın şəkildə çap edin. Təlimat və məlumatlandırıcı ilk səhifələri müraciət ərizəsinə daxil etməyin.


Müraciyyət üçün son tarix: 15 May, 2014-cü il

BEYNƏLXALQ İDMAN PROQRAMI TƏŞƏBBÜSÜ:

AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN GƏNCLƏR ÜÇÜN İDMAN

ƏRİZƏ FORMASI

1-ci BÖLMƏ: ŞƏXSİ MƏLUMAT


  1. Özünüz haqqında məlumat

Adı, Soyadı, Atasının adı ______________________________________________________

Ev Ünvanı__________________________________________________________________
Ev Telefonu___________________________E-mail________________________________
Mobil telefon _______________________________________________________________
Anadan olduğu ( il,gün,ay)______ _______ Vətəndaşlıq ______________________
Məşğuliyyəti: ______________________________________________________________
İş yeri _____________________________________________________________________
Rəhbəri ____________________________________________________________________
İş ünvanı___________________________________________________________________
İş Telefonu _________________________________________________________________
İşiniz haqqında məlumat ______________________________________________________
___________________________________________________________________________

Əsas işinizdən və ya təhsilinizdən kənar hansı qurum yaxud təşkilatın üzvüsünüz? Elə isə təşkilatdakı rolunuzu təsvir edin.


_________________________________________________________________________
_________________________________________________________________________
Başqa mübadilə proqramı ilə Birləmiş Ştatlara səyahət etmisinizmi? Əgər etmişsinizsə, zəhmət olmasa açıqlayın.
_________________________________________________________________________
Başqa xarici ölkələrə səyahət təcrübəniz (hara və nə vaxt)__________________________
________________________________________________________________________
________________________________________________________________________
Bildiyiniz xarici dillər______________________________________________________
________________________________________________________________________
________________________________________________________________________
Pəhriz və ya sağlamliqla əlaqədar (alergiya və sair) ehtiyacınız?
________________________________________________________________________


  1. FÖVQƏLADƏ HALLAR ÜÇÜN ƏLAQƏ

Fövqəladə hal üçün əlaqə saxlanılacaq şəxsin adi_________________________________


Həmin şəxslə qohumluq əlaqəsi (məs. həyat yoldaşı, valideyn) _____________________
Ünvanı__________________________________________________________________
________________________________________________________________________
Telefon nömrəsi ________________________ E-poçt____________________________
Mobil telefon_____________________________________________________________

2-ci Bölmə: Inşa (essay) SUALLARI
Zəhmət olmasa bu sualları ayrı vərəqdə cavablandırın, hər sualın cavabı 1-2 abzasdan artıq olmamalıdır.CAVABLAR ÇAP ŞƏKLİNDƏ OLMALIDIR.
Qeyd: Biz Azərbaycanda əlilliyi olan uşaq və gənclər üçün idmanın inkişafına maraq göstərən mütəxəssislər toplamağa çalışırıq. Proqram iştirakçıları Azərbaycanda əlil idmanın inkişafına dair layihənin fəaliyyət planını hazırlayıb, həyata keçırməyə müvafiq bacarıqları olmalıdırlar.


    1. Bu layihədə və təcrübə mübadilədəsi səfərində sizə daha çox nə maraqlıdır?



    1. Bu proqrama uyğun namizəd olduğunuzu sübut edən hansı təcrübə və xüsusiyyətlərə maliksiz?



    1. Ozünüz haqqında daha nə deyə bilərsiniz?


3-cü BÖLMƏ: XASİYYƏTNAMƏ
Sizi şəxsən tanıyan bir nəfərdən xasiyyətnamə. Ailə üzvlərindən xasiyyətnamə nəzərə alınmır.
Lütfən xasiyyətnamə formasını layihə haqda pres reliz və layihə haqda məlumat vərəqi ilə birgə həmin şəxsə təqdim edin.

BEYNƏLXALQ İDMAN PROQRAMI TƏŞƏBBÜSÜ:

AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN GƏNCLƏR ÜÇÜN İDMAN
XASİYYƏTNAMƏ FORMASI
Müraciət üçün son tarix, 15 may 2014

XASİYYƏTNAMƏ YAZANIN ADI və SOYADI ____________________________________


ƏLAQƏ ÜÇÜN MƏLUMAT ____________________________________________________
_____________________________________________________________________________

Bu mübadilə proqramında iştirakçılara xasiyyətnamə verməyə razı olduğunuz üçün təşəkkür edirik. Proqram haqqında əlavə məlumat əldə etmək üçün bu sayta baxa bilərsiz:

www.itd-amherst.org
İŞTİRAK ÜÇÜN SEÇİM MEYYARLARI:


  • Azərbaycan Respublikasında fiziki tərbiyə müəllimi, məşqçilər, idman təlimatçıları yaxud əlillik üzrə mütəxəssis işləməli

  • Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;

  • Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan qayıtdıqdan sonra fəaliyyət planına uyğun müvafiq işlərin icrasına dair öhdəliyin yerinə yetirilməsini nümayiş etdirməli;

  • Yeniliyə hazır olmalı;

  • Ölkədən kənarda az səfərlərdə olmuş və öncə bu cür proqramlarda iştirak etməyənlərə üstünlük veriləcəkdir;

  • ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın iştirakçısıolmamalıdır;

Seçim mərhələsində nəzərə alınacaq digər meyarlar qrup üzvləri arasinda etnik, sosial–iqtisadi və gender müxtəlifliyidir.


Zəhmət olmasa aşağıda verilən suallara cavabı çap edin. Ehtiyac olsa əlavə vərəqdən istifadə edə bilərsiniz. Xasiyyətnaməni aşağıdakı elektron ünvanlara göndərə bilərsiniz:
sport4dev@gmail.com; landoffire55@gmail.com; kamalazenpc@outlook.com
Müraciət üçün son tarix: 15 may 2014-cü il
Xasiyyətnamə Azərbaycan yaxud İngilis dilində yazıla bilər

Müraciət edənin adı və soyadı:




  1. Xasiyyətnamə verdiyiniz şəxsi neçə müddətdir və nə qədər yaxından tanıyırsınız?




  1. Layihədə iştirak üçün müraciyyət edən şəxsi aşağıdakılara uyğun 1-5 bal sistemi qiymətləndirin (5 maksimum)

a) Əlillik sahəsində xidmət təcrübəsi ________________________________________


b) Fiziki tərbiyə sahəsində təcrübəsi________________________________________
c) Əlillik sahəsində biliyi ________________________________________________
d) Fiziki tərbiyə sahəsində biliyi __________________________________________
e) Öyrətmə qabiliyyəti ________________________________________________

d) Layihə təklifi və həyata keçrimək qabiliyyəti______________________________


e) Komanda üzvü kimi iş qabiliyyəti________________________________________



  1. Müraciət edənin marağı (hobbisi), qabiliyyəti və fəaliyyətlərini qeyd edin:


  1. Sizin fikrinizcə layihədə iştirak üçün müraciət edən şəxs nəyə görə bu mübadilə proqramında iştirak üçün ən uyğun namizəddir?


Institute for Training & Development 447 West Street, Amherst, MA 01002 www.itd-amherst.org


Yüklə 50,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin