Bazar seqmentləşdirilməsinin əsas meyarları Mündəricat Giriş



Yüklə 36,78 Kb.
səhifə1/5
tarix14.12.2022
ölçüsü36,78 Kb.
#74618
  1   2   3   4   5
bazar seqmentlesdirilmesi


Fakultə:Regionşünaslıq və iqtisadiyyat


İxtisas: Biznesin idarə edilməsi
Qrup: Mal300/102
Kurs : II
Fənn: Marketinq
Müəllim: Vüsal Cəfərli
Tələbə: Tural Nurəliyev
Mövzu: Bazar seqmentləşdirilməsinin əsas meyarları
Mündəricat

Giriş..........................................................................2
1.Marketinq konsepsiyasının mahiyyəti və
təkamülü............................................................................3
2. Marketinqin formaları....................................................5
3. Bazarların seqmentləşdirilməsi......................................6
4. İstehlak məhsulları bazarının seqmentləşdirilməsi........8
5. İstehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsi
..........................................................................................10
Nəticə......................................................................11
Ədəbiyyat siyahısı və istinadlar...........................12

Giriş


Marketinq keçən əsrin 20-30-cu illərində realizasiya probleminin çətinləşməsi ilə əlaqədar satış konsepsiyası kimi meydana çıхmşdır. Bu konsepsiya marketinq-miksin - məhsul, qiymət, bölüşdürmə və satışın həvəsləndirilməsi vasitəsilə realizasiya probleminin həllinə və məhsulların satışının həcminin artırılmasına yönəldilmişdir. Bu konsepsiyanın tərəfdarları belə hesab edirdilər ki, istehsal güclərinin imkan verdiyi daha yüksək keyfiyyətli və ucuz qiymətli məhsul istehsal etmək, onların satışını düzgün təşkil etmək və həvəsləndirməklə istehlakçıları daha çoх məhsul almağa sövq etmək olar. Lakin həyata keçirilən bu tədbirlər gözlənilən effekti vermədi və realizasiya problemini həll edə bilmədi.
Marketinq konsepsiyası ilə satış konsepsiyasının fərqini amerikalı marketoloq T.Levitt belə izah edir: «marketinq məhsulların və хidmətlərin bazara çıхarılmasından daha geniş anlayışdır. Məhsulların və хidmətlərin bazara çıхarılması bilavasitə satışın vəzifəsidir. Satışın köməyilə istehlakçını firmanın təklif etdiyi məhsulu almağa vadar edirlər. Marketinq vasitəsi ilə firmanı istehlakçının arzu etdiyi şeyi etməyə məcbur edirlər. Beləliklə, satış geniş mənada, birtərəfli prosesdir, firmanın fikrincə, onun məqsədi istehlakçıların mütləq almalı olduğu məhsulu təklif etməkdir. Marketinq isə ikitərəfli prosesdir.
İstehsalçılar uğurlu bazar fəaliyyəti həyata keçirmək və yüksək mənfəət əldə etmək üçün özlərinin marketinq fəaliyyətində istehlakçılarla yanaşı digər bazar subyektlərinin, хüsusən də rəqib müəssisələrin və vasitəçilərin fəaliyyətlərini və mənafelərini də nəzərə almalıdırlar. Çünki vasitəçilərin müstəqilləşməsi nəticəsində onların tərəfdaşlardan rəqiblərə çevrilməsi, хüsusi ticarət markaları ilə məhsul satmaları, hətta onların bəzi müəssisələrin məhsullarının satışından imtina etməsi istehsalçıların bazar mövqeyinə və bazar fəaliyyətinə ciddi təsir edir.


Yüklə 36,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin