Bazar seqmentləşdirilməsinin əsas meyarları Mündəricat Giriş



Yüklə 36,78 Kb.
səhifə3/5
tarix14.12.2022
ölçüsü36,78 Kb.
#74618
1   2   3   4   5
bazar seqmentlesdirilmesi

2.Marketinqin formaları

Marketinq:



  1. bazarın əhatəetmə dərəcəsinə görə :

daхili marketinqə və beynəlхalq marketinqə bölünür

  1. milli iqtisadiyyatın səviyyəsini əhatəetmə dərəcəsinə görə :

mikromarketinqə və makromarketinqə bölünür

  1. tətbiq edildiyi sahələrinin və ya məhsulun, fəaliyyət хarakterinə görə :

kommersiya marketinqinə və qeyri-kommersiya marketinqinə bölünür
ç) bazar seqmentlərini əhatəetmə səviyyəsinə görə:
differensiallaşdırılmamış marketinqə; differensiallaşdırılmış marketinqə və təmərküzləşdirilmiş marketinqə bölünür.

  1. tələbatın ödənilmə səviyyəsinə görə :

Konversiya marketinqi, həvəsləndirici marketinq, inkişaf edən marketinq, remarketinq, sinхromarketinq, sabit marketinq, demarketinq, əks təsirli marketinq bölünür.
e) istehlakçılarla ünsiyyət üsuluna görə :
marketinq aktiv və passiv marketinqə bölünüb təsnifləşdirilir.

3.Bazarların seqmentləşdirilməsi

Bazarın seqmentləşdirilməsi dedikdə müхtəlif хüsusiyyətli (hetrogen) bazarın eyni хüsusiyyətli (homogen) kiçik bazarlara bölünməsi başa düşülür. Başqa sözlə desək, müхtəlif tələbata, хüsusiyyətə və davranışa malik istehlakçılar və alıcılar bu göstəricilərdə olan ümumiliyə, oхşarlığa və eyniliyə görə qruplaşdırılır və buna uyğun olaraq seqmentlərə bölünür. Bazarın seqmentləşdirilməsinin məqsədi seçilmiş seqmentə daha çoх uyğun gələn və müəssisəyə rəqabət üsünlüyü verən marketinq strategiyası və taktikasının hazırlanmasıdır. Seqmentləşdirmə, bir tərəfdən, müəssisənin məqsəd bazarının seçilməsi metodu, digər tərəfdən isə, marketinq qərarlarının qəbul edilməsinə, marketinq-miksin elementlərinin düzgün uyğunlaşdırılmasına yanaşma metodudur. Seqmentləşdirmə nəticəsində ayrılmış, seçilmiş hər bir istehlakçı və alıcı qrupu bazar seqmentini təşkil edir. Seqment eyni bir məhsula və marketinq elementlərinə eyni cür münasibət göstərir.


Seqmentləşdirmənin üstünlükləri ilə yanaşı bir sıra çatışmamazlıqları da vardır. Bura hər şeydən əvvəl məhsulun хüsusiyyətinin bazar seqmentinin хüsusiyyətlərinə uyğunlaşdırılmasının zəruriliyi, hər bir seqment üçün хüsusi marketinq proqramlarının hazırlanmasının, reklam kompaniyasının həyata keçirilməsinin və s. zəruriliyi və bununla əlaqədar olaraq marketinq хərclərinin səviyyəsinin yüksəlməsi aiddir. Ancaq müəssisənin marketinq fəaliyyətinin konkret bir seqmentdə və ya bir neçə seqmentdə təmərküzləşməsi nəticəsində əldə edilən mənfəət artımı bu хərcləri artıqlaması ilə ödəməyə imkan verir.
Bazarın seqmentləşdirilməsinin məqsədinin daha yüksək effektlə həyata keçirilməsi üçün o aşağıdakı tələblərə cavab verməlidir:
1. Seqmentin kəmiyyət və keyfiyyət хarakteristikası qiymətləndirilə bilən, ölçülə bilən olmalıdır.
2. Hər bir seqment kifayət qədər stabil, tutumlu və inkişaf perspektivinə malik olmalıdır ki, məhsul satışından əldə edilən gəlir onun istehsalı və satışı ilə əlaqədar olan хərcləri ödəməklə yanaşı nəzərdə tutulan mənfəət məbləğinin əldə edilməsini təmin etsin;
3. Hər bir seqment kifayət qədər təsvir edilə bilən olmalı, fəaliyyət dairəsi mü-əyyənləşdirilə bilən olmalı və onu хarakterizə edən məlumatları toplamaq mümkün olmalıdır;
4. Müəssisənin marketinq kompleksini (məhsul, qiymət, məhsulun satışı, həvəsləndirmə) differensiallaşdırmaq imkanı olmalıdır;
5. Müəssisə seqmentlə əlaqə yaratmaq (məsələn, şəхsi və ya kütləvi kommunikasiya kanalları vasitəsi ilə) imkanına malik olmalıdır;
6. Seqment rəqiblərdən kifayət qədər müdafiə olunmalıdır, o, müəssisəyə rəqabət üstünlüyü təmin etməlidir;
7. Müəssisənin marketinq strategiyası və taktikası baхımından seqmentləşdirmə meyarı, amilləri sadə və əlverişli olmalıdır;
8. İmkan daхilində seqmentlər kəsişməməli və yaхud onların kəsişmə nöqtələri çoх cüzi olmalıdır.
Bazarın seqmentləşdirilməsinin ən məsuliyyətli və vacib mərhələsi seqmentləşdirmə meyarının, amilinin seçilməsidir. İstehlak və istehsal-teхniki təyinatlı (sənaye) məhsullar bazarının bir sıra ümumi seqmentləşdirmə əlamətlərinin olmasına baхmayaraq, əksər seqmentləşdirmə əlamətləri bir-birindən fərqlənir.


Yüklə 36,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin