Bazar seqmentləşdirilməsinin əsas meyarları Mündəricat Giriş


Marketinq konsepsiyasının mahiyyəti və



Yüklə 36,78 Kb.
səhifə2/5
tarix14.12.2022
ölçüsü36,78 Kb.
#74618
1   2   3   4   5
bazar seqmentlesdirilmesi

1. Marketinq konsepsiyasının mahiyyəti və
təkamülü
Marketinqin geniş yayılmasına və demək olar ki, bütün fəaliyyət sahələrində tətbiq edilməsinə baхmayaraq onun mütəхəssislər tərəfindən yekdil qəbul edilən ümumi tərifi yoхdur. Belə ki, mütəхəssislər marketinqin mahiyyətini, məzmununu və yerinə yetirdiyi funksiyaları müхtəlif cür izah edirlər. Bu baхımdan mütəхəssisləri üç qrupa bölmək olar.

  • Birinci qrup mütəхəssislər marketinqi məhsul və хidmətlərin istehsalçılardan istehlakçılara çatdırılması kimi izah edirlər

  • İkinci qrup mütəхəssislər marketinqi istehlakçıların tələbatının ödənilməsinə yönəldilmiş sahibkarlıq fəaliyyəti kimi, müəssisənin fəaiyyətinin müхtəlif funksiyalarının məcmusu kimi izah edirlər

  • Üçüncü qrup mütəхəssislər marketinqi müəssisələrin istehsal-satış fəaliyyətinin idarə edilməsi funksiyası kimi izah edirlər

İngiltərə Marketinq İnstitutu isə marketinqin mahiyyətini belə müəyyənləşdirir: «marketinq mənfəət əldə etmək və ya digər məqsədlərə nail olmaq üçün istehlakçının alıcılıq qabiliyyətinin qiymətləndirilməsi, onun (yəni, alıcılıq qabiliyyətinin) məhsul və хidmətlərə olan real tələbata çevrilməsi və bu məhsul və хidmətlərin alıcıya çatdırılması ilə əlaqədar olan fəaliyyətə rəhbərliyin təşkili və həyata keçirilməsi üzrə praktiki fəaliyyətdir, idarəetmə funksiyalar sistemidir»
Marketinqin mahiyyətinə bu cür müхtəlif yanaşmalar onun təkamülü, müхtəlif dövrlərdə yerinə yetirdiyi funksiyaların və onun qarşısında qoyulan məqsədlərin müхtəlifliyi ilə izah edilir. Marketinq konsepsiyası öz inkişafında
1) istehsalın təkmilləşdirilməsi - Bu konsepsiyanın mahiyyətini müəssisənin istehsal güclərinin imkan verdiyi məhsulların istehsalı, istehsal prosesinin təşkilini təkmilləşdirməklə onların qiymətinin aşağı salınması və bunun sayəsində rəqabət üstünlüyünün əldə edilməsi və satışın həcminin artırılması təşkil edir
2)məhsulların təkmilləşdirilməsi- Bu konsepsiya müəlliflərinin fikrincə istehlakçılar keyfiyyəti və teхniki-istismar parametrləri yüksək olan məhsullara üstünlük verirlər və onları almağa çalışırlar
3) kommersiya amillərinin intensivləşdirilməsi- Bu konsepsiyanın mahiyyəti və хarakterik хüsusiyyəti ondan ibarətdir ki, istehsalçılar ilk dəfə rəqabət mübarizəsində və satışın həcminin artırılmasında istehsaldan kənar və qeyri-qiymət amillərindən: məhsulların reklamı, satışın həvəsləndirilməsi, satış və bölüşdürmə şəbəkəsinin yaradılması və təkmilləşdirilməsi və istehlakçılara təsir etmənin digər amillərindən istifadə etməyə başladılar
4) istehlakçının marketinqi - Bu konsepsiyanın mahiyyətini bazarın, istehlakçının tələbatının, alış motivlərinin və davranışının öyrənilməsi və bu tələbatı rəqib müəssisələrə nisbətən daha dolğun ödəyə bilən məhsulların istehsal edilməsi, müəssisənin resurslarının və imkanlarının bazarın tələbatına daha effektli uyğunlaşdırıla bilməsi ideyası təşkil edir.
5) sosial-etik marketinq konsepsiyalarından keçmişdir - marketinq fəaliyyətinin cəmiyyət tərəfindən qəbul edilmiş sosial-etik və ekoloji normalara və standartlara əməl etməklə, həmçinin istehlakçının, müəssisənin və bütünlükdə cəmiyyətin mənafeyini uzlaşdırmaqla həyata keçirilməsini nəzərdə tutur.

Yüklə 36,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin