İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə1/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
  1   2   3   4   5   6   7   8   9   ...   18
Kol. Sahə iq. cavablar.


  1. İqtisadiyyat anlayışının yaranması

İqtisadiyyat - iqtisad elminin adı bu sözdən, termindən alınmışdır.Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.
Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430-355) «Ev təsərrüfatı» və ya «Ev iqtisadiyyatı» deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384-322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan «Oykonomiya» iki sözdən- «oykos» (ev, tə-sərrüfat) və «nomos» (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada «Ekonomika» antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natu-ral təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə «Ekonomiks» geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində «ekonomika» ərəb dilindən alınmış «iqtisadiyyat», «iqtisad» kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə «ekonomika» anlayışının bildirdiyi mənaya uyğundur.


  1. İqtisadiyyatın sahələri

İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.
Makroiqtisadiyyat - bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və həlli yolları araşdırılır.

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin