Mikroiqtisadiyyat - istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul bura-xılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
Mezoiqtisadiyyat- makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür.
Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
Meqoiqtisadiyyat- bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.
İqtisadiyyatın sektorları
İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir. İqtisadiyyat insanların başlıca fəaliyyət sahəsidir.Çünki bütün maddi və qeyri maddi nemətlər burada istehsal olunur. İqtisadiyyat maddi istehsal və qeyri –maddi istehsal sahələrinə bölünür.Hal-hazırda BMT-nin millətlərarası statistika sistemində bütün iqtisadiyyat 3 sektora bölünür:
Kənd təsərrüfatı və meşə təsərrüfatı,balıqçılıq
Sənaye sahələri,tikinti,emaledici,sənaye,energetika
Xidmət sahələri,nəqliyyat,rabitə,ticarət,ictimai iaşə,təhsil,mədəniyyət,incəsənət,bədən tərbiyəsi,maliyyə-kredit sistemi və s. aiddir
I və II sektor maddi istehsal sahələri,III sektor həm istehsal,həm də qeyri- istehsal sahələrini əhatə edir.Bu sahələrin hər biri fərqlidir.Eyni bir iqtisadi göstərici tikinti də bir cür hesablanır ,rabitədə başqa cür hesablanır.Buna görə də sahə iqtisadiyyatı anlayışından istifadə edilir.
Rabitənin(nəqliyyatın )növləri
Ölkəmizdə rabitənin 2 növü var: elektrorabitə (radio və televiziya daxil olmaqla) və poçt rabitəsi.
Elektrorabitə rabitələrin köməyi ilə işarə və siqnalların,səsli informasiyanın ,məktub mətnlərinin ,görüntülərinin qəbulu və ötürülməsi baş tutur.Elektrorabitə öz tərkibində sənədli rabitə,şəhərlərarası telefon rabitəsini,yerli ( kənd,şəhər) telefon rabitəsini, xətti ötürmə,teleradiokompleks (radiorabitə,radio və televiziya) və kosmik rabitəni özündə birləşdirir.
Sənədli elektrorabitə müxtəlif teleqramların,fototeleqramların,qəzetlərin dəqiq və tez ötürülməsini təmin edir,yerli və xarici abunəçilər arasında danışıqları təşkil edir.Şəhərlərarası telefon rabitəsi danışıqların (səsli- informasiyanın ) xaricdə və ölkədə müxtəlif ərazilərdə yaşayan abunəçilərə ötürülməsini təmin edir.
Yerli telefon rabitəsi eyni yaşayış məntəqəsində yaşayan abunəçilər arasında telefon danışıqlarını təmin edir
Xətti ötürmənin əsas funksiyası abunəçi məntəqələrinə proqram verilişlərinin ötürülməsindən ibarətdir. Radiorabitənin ,radio və televiziya,kosmik rabitə operatorlarının əsas vəzifəsi telefon danışıqları üçün radiokanalları təşkil etmək, radio və televiziya verilişlərinin ötürülməsi üçün kanalları təmin etməkdən ibarətdir.
Ölkə iqtisadiyyatının bir çox sahələri var: sənaye,kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, rabitə və s. Bu sahələrin hər birinin ümummilli məhsul istehsalında özünəməxsus rolu var, hər bir sahənin də xarakterik xüsusiyyətləari onu digərlərindən fərqləndirir. Rabitə sahəsi də bir sıra iqtisadi xüsusiyyətlərə malikdir. Birinci iqtisadi xüsusiyyət rabitə məhsulunun əşya xarakteri daşımamasıdır. Sənaye məhsulundan fərqli olaraq rabitə məhsulu xidmət xarakteri daşıdığına görə onu gözlə görmək, əllə toxunmaq mümkün deyil. Bu xüsusiyyət rabitə sahəsində istehsal fondlarının nisbətini dəyişir. Əsas istehsal fondları rabitədə
92 % , dövriyyə fondları isə 8% təşkil edir.Sənayedə 70% dövriyyə fondları, 30% isə əsas fondlar təşkil edir.