Mühəndis-texniki mütəxəssis və rəhbər işçilər kateqoriyasına istehsala texniki rəhbərlik funksiyasını həyata keçirən kadrlar aid olunurlar. Əqli əmək nümayəndələri olan bu kateqoriya işçilər istehsala rəhbərlik və onun təşkilinin konstruktor, texnoloji, təşkilati-texniki və sırf istehsal məsələləri ilə məşğul olurlar. Bu kateqoriya işçilərə müəssisənin rəhbərliyi, baş mütəxəssislər, texniklər, ustalar və s. daxil edilir. Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-satış, dəftərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar. Şagirdlər kateqoriyasına fərdi və briqada (qrup) şəklində həm bilavasitə müəssisənin özündə hamilik yolu ilə və həm də başqa məktəblərə ezamiyyə olunmaqla fəhlə peşəsinə yiyələnən gənclər aid olunurlar. Bu kateqoriyaya habelə müəssisənin balansında olan texniki-peşə məktəblərinin şagirdləri də daxil edilir. Kiçik xidmətedici heyətə inzibati-idarə binalarına qulluq edən xadimələr, süpürgəçilər, minik avtomobillərinin sürücüləri, kuryerlər , paltar asanlar və s. işçilər aiddir. Mühafizə işçilərinə isə müəssisənin gözətçiləri və yanğından mühafizə işçiləri aid edirlər.
Müəssisə qeyri-istehsal sahələrində çalışan işçilər istehsal heyətinə aid etmirlər. Bu qəbildən olan işçilərə yaşayış binalarına, səhiyyə məntəqələrinə, uşaq bağçalarına, klublara, yardımçı təsərrüfatlara xidmət edən işçilər daxil olunurlar. Bundan məqsəd istehsal işçiləri ilə istehsal xarakterli işçiləri icra etməyənlər arasındakı optimal say nisbətini müəyyənləşdirməkdir.
Əmək məhsuldarlığı anlayışı.
İqtisadiyyatın sahələrində insanın məqsədyönlü fəaliyyətinin nəticəsi,səmərəsi onun müəyyən vaxt ərzində yaratdığı maddı nemətlərin kəmiyyəti ilə xarakterizə olunur.Başqa sözlə, əməyin səmərəlilik səviyyəsi onun məhsuldarlığı ilə müəyyən olunur.
Əmək məhsuldarlığının yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyəycə çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür.
Əmək məhsuldarlığının artmasının əhəmiyyəti hər şeydən əvvəl onda təzahür edir ki,o istehsalı genişləndirməyin ,ictimai sərvəti artırmağın başlıca şərti kimi çıxış edir.
Müəssisə iqtisadiyyatı üçün əhəmiyyəti və rolu baxımından əmək məhsuldarlığının yüksəldilməsi, istehsal həcminin genişləndirilməsilə yanaşı,onun məhsulunun dəyərini ucuzlaşdırır və keyfiyyət göstəricilərini yüksəldir.
Əmək məhsuldarlığına təsir edən amillər.
Əmək məhsuldarlığına təsir edən amillər 3 qrupa bölünür :
Məhsul vahidinə əmək məsrəfinin azaldılması. Buraya istehsalın və əməyin təşkili,texniki və texnoloji məsələlər aiddir.
İş vaxtından səmərəli istifadə və qeyri-məhsuldar əmək məsrəfi. Buraya işlənmiş adam-saatların miqdarı,iş gününün uzunluğu daxildir.
Məhsulun maya dəyərinin dəyişməsi.Buraya məhsulun çeşidinin , yəni strukturunun dəyişməsi, qiymətlərin dəyişməsi və s. aiddir.
Əmək məhsuldarlığının səviyyəsinə təsir edən amilləri nəzərdən keçirək.