Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır. Əgər xərclər gəlirdən az olarsa, mənfəət, çox olarsa, zərər formalaşar.
Yuxarıda qeyd etdiyimiz kimi xərclər uzunmüddətli və qısa müddətli olur. Bundan əlavə, xərclər birbaşa və dolayı olaraq da təsnifləşdirilir. Birbaşa xərclər istehsal amillərini əldə etmək üçün həyata keçirilən ödəmələrdir. Dolayı xərclər isə ödəmə həyata keçiririlməyən istehsalçıya məxsus istehsal amillərinin alternativ dəyəridir. Bunu bir misalla izah edək, əgər bir proqramçı öz şirkətini açmaq üçün kompüter alırsa, bu onun birbaşa xərcidir. Amma öz şirkətini açan proqramçı artıq başqa yerdə işləyə bilməyəcək və nəticə etibarı ilə əmək haqqı əldə etməyəcək. Proqramçının ala bilməyəcəyi bu maaş onun dolayı (alternativ) xərci olur
Məhsulun maya dəyəri
Maya dəyərinə təsir edən amillər (29 ilə birlikdə)
Maya dəyərinin quruluşu dedikdə,ona daxil olan məsrəflərin nisbəti,yəni məhsulun tam maya dəyərində müxtəlif məsrəflərin xüsusi çəkisi başa düşülür.
Hazırda rabitədə məsrəflərin iqtisadi ünsürlərinə əsasən aşağıdakı qruplaşdırma qəbul edilmişdir: 1) xammal və əsas materiallar; 2) köməkçi materiallar; 3) kənardan alınan yanacaq; 4) kənardan alınan enerji; 5) əsas vəsaitlərin amortizasiyası; 6) əmək haqqı; 7) ictimai sığorta üçün ayırmalar; 8) başqa pul xərcləri.
Əmək haqqı xərclərinə işçilərə natural və pul formasında ödənilən ödəmələr aiddir.Bura:
tarif stafkasına,vəzifə dərəcəsinə və s. görə ödənilən əmək haqqı
Əsas fondların xərcləri ilə əvvəlki dərslərimizdə artıq tanış olmuşuq. Bura əsas fondların aşınması xərcləri və amortizasiyası aiddir
Material məsrəflərinə aşağidakılar aiddir :
material və ehtiyat hissələrinin alınmasına, həmçinin alətlərin, qurğuların, əsas fondların istismar prosesində yoxlanılmasını həyata keçirmək üçün laborator qurğuların alınmasına çəkilən xərclər
yanacaq, su və enerjinin alınması xərcləri
nəqliyyat xərcləri, əsasən də poçt daşımalarının dəmir yol,hava və digər nəqliyyat vasitələri ilə daşınmasına xərclər və s.
Digər xərclərə əvvəlki maddələrə daxil olmayan xərclər aiddir :
əsas fondların təmiri
Müəssisənin istehsal fəaliyyətinin əsas göstəricisi mənfəətdir, onu qazanmaq naminə o, bütün imkanlarını onun alınmasına yönəldir.
Mənfəət müəssisənin istehsal – təsərrüfat fəaliyyətini xarakterizə edən ümumiləşdirici göstəricilərindən biri olub, onun xalis gəliri formasında çıxış edir. Mənfəət əmtəəlik məhsulu (işin, xidmətin) satışından əldə edilən ümumi gəlirin bir hissəsidir; istehsala çəkilən bütün xərcləri həmin gəlirdən çıxdıqdan sonra əmələ gəlir. Ona görə də eyni istehsal şəraitində satılan məhsulunun həcmi artdıqca, bazar topdansatış qiyməti yüksəldikcə və maya dəyəri aşağı düşdükcə müəssisənin də mənfəətinin məbləği artacaqdır.
Müəssisənin balans, hesablaşma və əmtəəlik məhsul istehsalından əldə edilən mənfəət növləri fərqləndirilir.
Balans mənfəəti müəssisənin bütün istehsal-təsərrüfat fəaliyyətinin nəticəsindən, istehsal və qeyri-istehsal fəaliyyətinin bütün növləri, o cümlədən realizədən kənar gəlir və itkiləri saldosu üzrə mənfəətin ümumi məbləğindən ibarətdir.
Müəssisənin hesablaşma mənfəəti gəlir vergisi və bank kreditlərinin həcmi qədər balans mənfəətindən azdır.
Əmtəəlik məhsul istehsalından əldə edilən mənfəətin məbləği məhsulun bazar topdansatış qiyməti ilə onun tam maya dəyəri arasındakı fərqi xarakterizə edir. Ondan məhsul vahidinin rentabellik səviyyəsini müəyyən etdikdə istifadə edilir.
İstehsalın rentabellik səviyyəsi müəyyən vaxt (məsələn, rüb, il) dövründə müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin mənfəətliliyini (yaxud ziyanlığını) xarakterizə edir. İstehsalın rentabellik səviyyəsinin yüksəldilməsi nəticəsində müəssisənin əldə edəcəyi illik mənfəətin məbləğini təyin etmək üçün plan ilində buraxılacaq məhsulun həcmini istehsalın plan və bazis rentabellik səviyyəsinin fərqinə vuraraq, 100%-lə bölərək tapırlar.
Maddi-enerji ehtiyatlardan səmərəli istifadə istehsalın mənfəətliliyinin təmin olunmasında mühüm rol oynayır.
Mənfəət və rentabellik

Maddi-enerji ehtiyatlardan səmərəli istifadə istehsalın mənfəətliliyinin təmin olunmasında mühüm rol oynayır. Mənfəət bazar münasibətlərinin kateqoriyası kimi aşağıdakı funksiyaları yerinə yetirir:
- firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir;
- firmanın maliyyə resurslarının əsas elementidir;
- müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşmasının mənbəyidir.
Zərər də müəssisənin fəaliyyətində müəyyən rol oynayır. O, maliyyə vəsaitlərindən istifadə, istehsalın təşkili və məhsulun satışı istiqamətində müəssisənin uğursuzluqlarını göstərir.
Müəssisə və istehsal firmalarında mənfəətin öz kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyinatına görə dörd göstəricisi formalaşır. Bütün bu hesablamaların bazasında müəssisənin istehsal-təsərrüfat və ya firmanın istehsal – kommersiya fəaliyyətinin əsas göstəricisi olan balans mənfəəti dayanır. Verginin hesablanması üçün xüsusi göstərici – ümumi mənfəət, bunun əsasında isə vergi tutulan və vergiyə cəlb edilməyən mənfəət hesablanır. Vergilər və büdcəyə digər ödəmələr edildikdən sonra balans mənfəətinin qalan hissəsi xalis mənfəət adlanır. O, müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini xarakterizə edir. Balans mənfəətinə üç əsas element:
a) məhsulun reallaşdırılmasından, işlərin yerinə yetirilməsindən, xidmətlərin göstərilməsindən, mənfəət (zərər); b) müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaşdırılmasından daxil olan mənfəət (zərər); c) reallaşdırmadan (satışdan) kənar əməliyyatlarının maliyyə nəticələri daxildir.