Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.
Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət xərclərinin maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir.
Verginin aşağıdakı xüsusiyyətləri var:
Vergi dövlət tərəfindən alınır.
Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir.
Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır.
Vergi sistemi müəyyən edilmiş qaydada tutulan vergi,yığım,rüsum və digər ödənişlərin məcmusundan ibarətdir.
Hər bir dövlətin vergi sistemini bilavasitə formalaşdıran əsas elementlər aşağıdakılardır:
Azərbaycan Respublikasında vergi siyasəti aşağıdakı prinsiplər nəzərə alınmaqla həyata keçirilir:
vergi sisteminin normativ-hüquqi bazasının yaradılması,vergi mədəniyyətinin formalaşdırılması.
Vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və onların hüquqlarının maksimum qorunması
Vergi yükünün optimal səviyyədə saxlanılması
Vergi sisteminin idarəetmə orqanlarının fəaliyyətinin digər dövlət orqanları ilə əlaqələndirilməsi
Sahibkarlıq və investisiya fəallığını stimullaşdıran,sadə və vergi ödəyicisi tə-rəfindən başa düşülən vergi sisteminin yaradılması
Respublikada həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri də vergi ödəyicilərinin məlumatlandırılmasi və vergi təbliğatıdır.
Vergilərin təsnifatı
Vergilərin aşağıdakı növləri var
Dolayı vergi - Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə etdikləri zaman əmələ gələn vergidir.Birbaşa yox dolayı yolla ödənilir.
Birbaşa vergi - Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir.
Subyektiv vergi - Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir.
Obyektiv vergi - Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi vəziyyətlərinin nəzərə alınmadığı vergidir.
Gəlir üzərindən ödənilən vergi - Şəxslərin gəlirindən alınan vergidir.Gəlir artdıqca ödənilən vergi miqdarı da artır.
Sərvət üzərindən ödənilən vergi - Daşınan və Daşınmaz əmlaka görə ödənilən vergidir.
Xərclər üzərindən ödənilən vergi - Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan vergidir.
Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
Dövlət vergiləri dedikdə,Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar respublika vergiləri dedikdə,Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər(bələdiyyə vergiləri) dedikdə,Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən,bələdiyyələrin qərarlarına əsasən tədbiq edilən və bələdiyyə-lərin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Dövlət vergilərinə aşağıdakılar aiddir:
-Fiziki şəxslərin gəlir vergisi(8000 manata qədər tutulmur,8000 manatda yuxarı gəlirdən -8000 manatda çox olan hissədən 14%)
-Əlavə Dəyər Vergisi-– məhsulların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca reallaşan dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır
-Aksiz vergisi
Hüquqi şəxslərin əmlak vergisi- müəssisələrin balansında olan əsas vəsaitlərin məbləğindən (dəyərindən) 1 faiz dərəcəsi ilə ödənilir
Muxtar Respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan və yuxarıda sadalanan dövlət vergiləri aiddir(yol vergisi istisna olmaqla). Yerli vergilər aşağıdakılardır:
-Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
-Bələdiyyə mülkiyyətində olan müəssə və təşkilatların mənfəət vergisi
Qiymətin növləri.
Qiymət – əmtəə dəyərinin pul ifadəsi olub, onun kəmiyyət göstəricisidir. Dəyərin azalması ilə, bir qayda olaraq, əmtəənin qiyməti də azalır, onun artması ilə isə artır. Azərbaycan Respublikasında müstəqillik qazanandan sonra məhsulların qiyməti planlı qaydada mərkəzləşdirilmiş qaydada dövlət tərəfindən müəyyən edilirdi və onun iki növünü: pərakəndə satış və topdan satış (topdansatış qiyməti özü də iki cür: sənaye topdansatış və müəssisə topdansatış qiymətləri formasında olurdu) qiymətlərini fərqləndirildi.
Milli iqtisadiyyatda müəssisənin fəaliyyətində bir çox qiymətlərdən istifadə olunur. Onlardan əsaslarını qeyd edək: