İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə təsərrüfatçılığa, sahibkarlıqda və müxtəlif növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
İnvestisiyalar – həm pul, həm də real kapitala qoyulmuş vəsaitlərdir. Bu, pul vəsaitləri, kreditlər, daşınan və daşınmaz əmlaka, intellektual mülkiyyətə və digər dəyərli sahələrə qoyulan vəsaitlər şəklində həyata keçirilə bilər. Real kapitala qoyulan investisiyalar əsasən kapitalın təkrar istehsalına və bərpasına səbəb olurlar. İnvestisiya qoyuluşunun əsas məqsədi gələcəkdə daha çox gəlir əldə etmək üçün qoyulan xərclərdir, istehsalat vasitələrinə qoyulan əlavə xərclərdir; kapitalın artırılması məqsədilə qoyulan xərclərdir və s.
Müəssisələr müxtəlif məqsədlərlə investisiya qoyurlar. Bu məqsədlərin əsasları aşağıdakılardır:
- mövcud istehsalat səviyyəsini qorumaq üçün köhnəlmiş təchizatın yenisi ilə əvəz edilməsi;
- istehsalat həcminin artırılması üçün vacib olan texnologiyanın təmin edilməsi;
- bazara yeni çıxan məhsulları istehsal etmək və yeni texnologiyalardan faydalanmaq;
- xərcləri azaltmaq və ya istehsalatı artırmaq və yaxud bunların hər ikisinin birlikdə öhdəsindən gəlmək;
- məhsulun istehlakçıya çatdırılmasında daha təsirli vasitələrə əl atmaq və bölgü kanallarını genişləndirmək;
- istehsal edilən məhsulun keyfiyyətini yüksəltmək və inkişaf etdirmək;
- iş şəraitinin yaxşılaşdırılmaq;
- ətraf mühitin çirklənməsinin qarşısını almaq, xalqın sağlamlığını qorumaq və bu məqsədlə mövcud qanunvericiliyə riayət etmək;
- bazar şərtləri ilə ayaqlaşmaq, bölgədə, ölkədə və dünyada rəqabət üstünlüyünü təmin etmək;
- müəssisənin qarşılaşacağı konkret riskləri aradan qaldırmaq və ya məhdudlaşdırmaq;
- müəssisənin bazardakı və sənayedəki payını qorumaq və səmərəliliyi artırmaq məqsədilə tədqiqat və inkişaf etdirmə fəaliyyətlərini həyata keçirmək;
- müəssisədə işləyənlərin sağlamlığının rifahının qorunması və onların həvəsləndirilməsi və s.
İnvestisiyanın obyektləri
İnvestisiyanın subyektləri. ( 42 ilə birlikdə)
İnvestisiya prosesinin əsas iştirakçıları (subyektləri) xarici fiziki və hüquqi şəxslər, habelə dövlət, beynəlxalq təşkilatlar, şirkətlər və ayrı-ayrı şəxslərdir. Onlar hər bir investisiya prosesində həm təklif, həm də tələblər tərəfindən iştirak edə bilirlər.
İnvestisiya (investisiya resurslarına) pul vəsaitlərini, məqsədli bank əmanətləri, texnologiyalar, maşınlar, təchizat, lisenziya, o cümlədən əmtəə nişanları, kreditlər, eləcə də sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan iqtisadi və sosial səmərə və gəlir əldə etmək üçün digər əmlak, əmlaka hüququ və intellektual dəyərlər aid edilə bilər.
İnvestisiya fəaliyyətinin obyektlərinə yeni yaranmış və modernləşdirilmiş fondlar və xalq təsərrüfatının müxtəlif sahələrindəki dövriyyə vəsaitləri, qiymətli kağızlar, məqsədli pul qoyuluşları, elmi-texniki məhsul, eləcə də digər əmlak obyektləri, əmlak hüququ və intellektual əmlak hüququ aiddir.
İnvestisiya fəaliyyətinin subyektlərini investorlar, sifarişçilər, iş icraçıları, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri, eləcə də təminatçılar, hüquqi şəxslər (bank, sığorta və vasitəçi təşkilatlar, investisiya birjaları) və investisiya prosesinin digər iştirakçıları təşkil edir. İnvestisiya fəaliyyətinin subyektləri fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi fiziki şəxslər, dövlət və beynəlxalq təşkilatlar da ola bilər.İnvestor rolunda aşağıdakılar iştirak edə bilər:
- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar;
- yerli fiziki və hüququ şəxslər, sahibkar birlikləri;
- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təşkilatlar.
Sifarişçi rolunda investorlar, eləcə də investor tərəfindən səlahiyyət verilmiş fiziki və hüquqi şəxslər çıxış edə bilər. Bu halda bu şəxslər investisiya prosesinin digər iştirakçılarının sahibkarlıq və başqa fəaliyyətlərinə müdaxilə etməməlidirlər.