İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə6/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   2   3   4   5   6   7   8   9   ...   18
Kol. Sahə iq. cavablar.

Əsas fondlar:
1. Bir çox istehsal tsiklində iştirak edir.
2. Öz dəyərini uzun müddət ərzində hissələrlə hazır məhsula keçirir.
3. İstehsal prosesində öz natural (istehlak) formasını saxlayır.
Dövriyyə fondları:
1. Hər bir istehsal tsiklində tamamilə istehlak olunur.
2. Öz dəyərini bütövlüklə və birdən-birə hazır məh­su­la keçirir.
3. İstehsal prosesində öz natural (istehlak) formasını sax­lamır.



  1. Əsas fondların mahiyyəti

  2. Əsas fondların tərkibi. ( 14 ilə birlikdə)

Müəssisənin əsas istehsal fondlarına hər şeydən əv­vəl istehsal prosesində iştirak etmə xarakterindən asılı ola­raq, istehsal və qeyri-istehsal əsas fondlara bölünür. İ­s­teh­sal əsas fondları maddi istehsal sferasında, qeyri-is­teh­sal əsas fondları isə qeyri-istehsal sahələrində fəaliyyət gös­tə­rir­lər.Mülkiyyət formasından asılı olaraq, əsas fondlar döv­lət, kooperativ və xüsusi formalara ayrılır. Müəyyən fəaliyyətdə iştirak edərək, istehsal təyi­na­tı­na görə əsas fondları doqquz qrupa ayrılır:
- istehsal-texniki və qeyri-istehsal təyinatlı binalar;
- qurğular və tikililər;
- ötürücü qurğular;
- güc maşın və avadanlıqları (elektrik mühərriklər, transformatorlar, elektrik generatorlar, elektroburlar və s.);
- iş maşın və avadanlıqlar. Bunlar əsas fondların ən mühüm tərkib hissəsidir və müəssisənin istehsal gücünün əsas hissəsini təşkil edir;
- ölçü və nizamlayıcı cihazlar, qurğular və labo­ra­to­ri­ya avadanlıqları;
- hesablama texnikası;
- hər növ nəqliyyat vasitələri (avtomobil, dəmir yol, hava və su nəqliyyat növləri);
- hər növ texnoloji alət və ləvazimatlar, istehsal və təsərrüfat inventarı və s. daxil edilir.
İstehsal binalar qrupuna müxtəlif istehsal işləri icra edi­lən bütün binalar, yəni əsas və yardımçı sexlərin və la­bo­ratoriyaların binaları və başqa bu kimi binalar daxildir. İstehsal əsas fondları istehsalda fəal iştirakına görə ak­tiv və passiv hissələrə ayrılır. Aktiv hissəyə qurğular, güc maşın və avadanlıqları, mühərriklər, iş maşınları, ava­dan­lıqlar və s., passiv hissəsinə – binalar, inventar, la­bo­ratoriya ləvazimatı və s. aiddir. İstehsal əsas fondların müxtəlif qruplarının onların ümu­mi dəyərindəki nisbətləri əsas fondların strukturunu xa­rakterizə edir və faizlə ifadə olunur. Əsas fondlarının struk­turu o halda mütərəqqi hesab edilir ki, onun tər­ki­bin­də qurğuların xüsusi çəkisi yüksək olur. Bu istehsal əsas fond­ların hər manatına daha çox məhsul buraxılışına im­kan verir. Əsas fondların ayrı-ayrı növləri arasındakı nisbət on­la­rın quruluşunu təşkil edir ki, bu da ayrı-ayrı sahələrin is­teh­sal xüsusiyyətlərindən asılıdır.


  1. Əsas fondların qiymətləndirilməsi

Rabitə müəsisələrində əsas fondların mövcud ol­ma­sı, istifadəsi, onların qiymətləndirilməsi vasitəsilə apa­rı­lır. Onlar natural və dəyər ifadəsində uçota alınır və qiy­mət­ləndirilir. Əsas fondların natural forması bir çox cəhət­dən bu və ya digər müəssisənin texnoloji xüsusiyyətləri ilə müəy­yən edilir. Əsas fondların natural göstəricilər üzrə təhlili müəs­si­sənin işi üçün böyük əhəmiyyətə malikdir, çünki bu təh­lil ayrı-ayrı sexlərin və sahələrin istehsal imkanlarını müəy­yən etməyə yardım göstərir. Eyni zamanda fondların ümu­mi dinamikasını hesablamaq üçün müəssisənin əsas fond­ları yalnız natural göstəricilərlə deyil, həmçinin pul, yə­ni dəyər formasında da uçota alınır. İstehsal əsas fondlarının dəyərcə pul vasitəsilə qiy­mət­­lən­di­ril­mə­sinin 3 üsulunu: tam ilkin dəyərə, tam bərpa dəyərinə və qalıq dəyərinə görə qiymətləndirilməsi üsullarını fərq­lən­dirirlər.
1. Tam ilkin dəyərə görə – əsas fondların qiymətlən­di­rilməsi vaxtında onların tikilməsi, alınması, gətirilməsi və quraşdırılması müəssisəyə neçəyə başa gəlmişdir. Buna ba­lans dəyəri deyilir.
2. Tam bərpa dəyərinə görə – əsas fondların tam il­kin dəyərinə görə qiymətləndirilməsindəki qüsuru aradan qal­dırır. Həmin dəyər fəaliyyətdə olan əsas fondların yeni şə­raitdə mənəvi köhnəlməni və tikinti – quraşdırmada baş ver­miş dəyişikliklərini nəzərə alaraq, yaradılmasının ne­çə­yə başa gəldiyini göstərir və əsas fondlar vaxtaşırı yenidən qiy­mətləndirilir.
3. Qalıq dəyərinə görə – hazırkı müddətdə əvvəl­lər­də istifadə olunmuş əsas fondların dəyərindən hələ nə qə­dər qaldığını göstərir. Fondların bu dəyər üzrə qiy­mət­lən­di­rilməsinin iqtisadi əhəmiyyəti bundadır ki, o, əsas fondların hazırda ilk dəyərindən hələ hansı hissəsinin qaldığını, yəni nə qədər dəyəri hazır məhsula keçirməli old­u­ğunu göstərir. Əsas fondların köhnəlmə dəyəri çıxıl­maq­la hesablanan dəyərinə qalıq dəyəri deyilir.



  1. Əsas fondların aşınması

  2. Əsas fondların amortizasiyası. (17 ilə birlikdə)

Hər bir müəssisə müntəzəm surətdə xüsusi fonda, əsas fondların köhnəlməsini əks etdirən miqdarda ayır­ma­lar keçirməlidir. Müəssisənin bir il ərzində xüsusi fonda ke­­çirdiyi ayırmalar, təbii olaraq, əsas fondun illik köh­nəl­mə kəmiyyətini əks etdirməlidir. Bu ayırmalara amor­ti­za­si­ya ayırmaları, toplanan vəsaitə isə amortizasiya fondu de­yilir.
Amortizasiya – istehsal əsas fondlarının dəyərinin həmin fondların köməyi ilə yaradılmış məhsulun üzərinə tədricən keçirilməsi, pul vəsaitlərinin məqsədli yığımı və sonrakı təkrar istehsalında, bərpasında istifadəsi deməkdir. Əsas fondların bütün iş dövrü üçün edilən amortizasiya ayır­maları həmin fondların yaradılması və bərpa edilməsi xərc­­lərini ödəməlidir. İllik amortazisiya ayırmalarının kəmiyyəti amor­ti­za­si­ya norması əsasında müəyyən edilir. Amortizasiya nor­ma­sı – amortizasiya ayırmalarının əsas fondların orta illik də­yərinə nisbətinin faizlə ifadəsidir, yəni:

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin