Ərbaycan hava yollari qapali səhmdar cəMİYYƏTİ



Yüklə 84,72 Kb.
tarix13.04.2023
ölçüsü84,72 Kb.
#97522
TƏTBİQİ FİZİKA SƏRBƏST İŞ 4


AZƏRBAYCAN HAVA YOLLARI
QAPALI SƏHMDAR CƏMİYYƏTİ
MİLLİ AVİASİYA AKADEMİYASI



SƏRBƏST İŞ №4

MÖVZU:ELEKTRİK GENERATORLARININ QURULUŞU VƏ İŞ PRİNSİPİ
FAKÜLTƏ:FİZİKA-TEXNOLOGİYA
İXTİSAS:ELEKTRİK VƏ ELEKTRONİKA MÜHƏNDİSLİYİ
QRUP:2532a
TƏLƏBƏ:HƏSƏNOV YASİN
MÜƏLLİM:SƏRDARLI RAUF

GENERATOR


Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar ingilis fiziki Maykl Faradeyin 1831-ci ildə elektromaqnit induksiyası qanununu kəşf etdikdən sonra düzəldilməyə başlanmışdır.
Generatorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur.
Çevrilmə lorens qüvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır. Üzərində maqnit olan stator maqnit sahəsində fırlanan zaman lorens qüvvəsi elektrik cərəyanı yaradır.
Əldə edilmiş elektrik gücü mexaniki gücə bərabər olur. Əlbəttə ki, bu prosesdə müəyyən itkilər də yaranır. Belə ki, elektrik generatorunun gücü ����=����−�����bərabərliklə müəyyən olunur.Burada ����  yaradılmış elektrik gücü, ����  tətbiq olunmuş mexaniki güc. �����  isə itkiyə sərf olunan gücdür.
Geneartorun ixtiraçısı Verner fon Simens sayılır. O 1866-cı ildə dinamoelektrik prinsipini kəşf etmiş və ilk dinamo maşınını düzəltmişdir. Bundan sonra əlavə cərəyan mənbəyinə ehtiyac olmadan bir başa mexaniki enerjidən elektrik enerjisinin alınması mümkün olmuşdur.



SABİT CƏRƏYAN GENERATORU
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur.Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində,yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçini9n ağırlıq qaldıran mexanizmlərdə,nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur. Sabit cərəyan mühərrikləri dəyişən cərəyan mühərriklərinə nisbətən aşağıdakıp üstünlüklərə malikdir. Asan işə salma və sürətin geniş diapazonda tənzimləmə xüsusiyyətlərini göstərmək olar. Çatışmazlıqlarından isə-nisbətən yüksək dəyəri, konstruksiyasının müəyyən mürəkkəbliyi və nisbətən az etibarlılığı sabit cərəyan maşınlarının bu çatışmazlıqları onların fırça-kollektor hissəsi tərəfindən yaranır. Bundan əlavə, fırça-kollektor hissəsi tezlik maniələri və yanğın təhlükəsi mənbəyidir. Sadaladığımız çatışmazlıqlar sabit cərəyan maşınlarının tətbiq sahəsini məhdudlaşdırır.[1] Son illərdə yeni konstruksiyalı sabit cərəyan mühərrikləri yaradılmlışdır. Bu mühərriklərdə mexanki kollektor yarımkeçirici elemetli kontaksız kommutor ilə əvəz olunmuşdur, lakin belə mühərriklərin gücü hələ ki, çox kiçikdir.
Yüklə 84,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin