Azərbaycan Hava Yolları “Q.S.C”
Milli Aviasiya Akademiyası
Laboratoriya işi №3
Fakultə: Hava nəqliyyatı
İxtisas: Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
Qrup: 1139aA
Fənn: Avionika sistemlərinin texniki istismarı
Mövzu: Hava gəmisinin pilotaj avadanlığının elektron sisteminin texniki istismar qaydaları
Müəllim: Dəyanət Heybətov
Tələbə: Mursakulov Azər
Bal:
Bakı-2023
Təyyarədə istifadə olunan transformatorların
texniki istismar qaydaları
UA-larda əsas sabit cərəyan hasil edən mənbə kimi transformator-düzləndirici bloku (TDB) istifadə olunur. TDB öz enerjisini əsas dəyişən cərəyan mənbəyindən – generatordan götürür. Transformator vasitəsilə generatorun hasil etdiyi dəyişən cərəyan gərginliyi lazım olan səviyyəyə qədər azaldılır və bu gərginlik diodlardan təşkil olunmuş düzləndirici bloku vasitəsilə düzləndirilərək döyünən sabit cərəyan gərginliyinə çevrilir. UA-da generatorların sayına uyğun TDB blokları olur və onlar biri-birindən izolyasiya olunmuş şəkildə işləyirlər. TDB-lərdən hər hansı birində nasazlıq yarandıqda çarpaz şinlər vasitəsilə TDB-nin çıxışı digər şinlərə də qoşulur.
Transformator-düzləndirici bloku.
Təyinatı. Transformator-düzləndirici bloku 3 fazalı 115/200V, 400Hs AC gərginliyini 28V sabit cərəyan gərginliyinə çevirir. Magistral təyyarələrdə maksimum çıxış cərəyanı 75A və daha çox ola bilər.
Quruluşu və tərkibi. Transformator-düzləndirici bloku, 3 fazalı yüksək gərginliyi 6 fazalı aşağı gərginliyə çevirən giriş güc transformatoru, 6 fazalı AC elektrik enerjisini sabit cərəyan gərginliyinə çevirmək üçün on iki silisium güc diodundan təşkil olunmuş düzləndiricilərdən ibarətdir.
İş prinsipi. 3 fazalı 115V, 400Hs AC gərginliyi transformatorun birinci dolağına verilir. Transformatorun çıxışı 28V AC-dir. Körpü sxemi üzrə qoşulmuş diodlar 28V AC gərginliyini 28V DC gərginliyinə çevirir.
Dəyişən cərəyan dövrələri üçün mühafizə qurğuları. Cərəyan transformatoru.
Cərəyan transformatoru elektrik güc kabellərindən (naqillərindən) keçən cərəyanı hiss etmək, idarəetmə və diferensial mühafizə dövrələri üçün siqnallar təmin etmək üçün nəzərdə tutulub.
Transformator toroidal şəkilli içlikdən və bir korpusda yerləşdirilmiş üç məftil sarğısından təşkil olunub. Elektrik güc naqilləri dolaqların arasından keçir. Elektrik birləşdirici qurğu transformatorun formalaşdırdığı siqnalları idarəetmə və mühafizə dövrələrinə ötürür.
Cərəyan, dolaqların arasından keçən güc xəttindən axdıqda, bu transformatorun birinci seksiyasını əmələ gətirir, çünki qapanan güc xətti transformatorun birinci dolağı rolunu oynayır. Cərəyanın yaratdığı maqnit sahəsi öz növbəsində transformatorun ikinci dolaq rolunu oynayan məftilli dolağına transformasiya olunur və bu dolaqda induksuya olunan siqnal güc xəttindən axan cərəyana mütənasibdir.
Adətən cərəyan transformatorunun seksiyalarının birincisinin ikinciyə nisbəti 1000:1, böyük təyyarələrdə ilkin cərəyanın qiməti 250 A və daha çox təşkil edir. Hər bir dolaq 1000 məftil sarğısından ibarətdir.
Cərəyan transformatorunun sxematik quruluşu
Digər geniş tətbiq tapmış verici, transformator cərəyan vericisi, konstruktiv olaraq, toroidal içlikdən, onun üzərinə sarınmış siqnal dolağından və cərəyan dövrəsinə qoşulan elektrik qidalandırma şinindən təşkil olunub, güc elektrik kabellərində axan cərəyanı hiss etmək, idarəetmə və diferensial mühafizə sxemləri üçün siqnal təmin etmək üçün nəzərdə tutulmuşdur. Cərəyan transformatorunun quruluşu və qoşulma sxemi şəkildə verilmişdir.
İş prinsipi içliyinin içərisindən buraxılmış, birinci dolaq funksiyasını yerinə yetirən işlədicinin güc xəttində axan işçi cərəyanın qiymətinə mütənasib olaraq, maqnit içliyinin üzərinə sarınmış ikinci dolaq rolunu oynayan sarğıda cərəyanın, yaxud e.h.q-nin yaranmasıdır. Texniki ədəbiyyatda cərəyan transformatorları adlanan transformator cərəyan vericiləri rezistiv vericilərlə müqayisədə qalvanik ayırmanı təmin etmək və əlavə enerji itkiləri yaratmamaq üstünlüklərilə fərqlənir. Bu növ vericilərin digər əsas üstünlüyü böyük cərəyanların ölçülməsini təmin etməsidir. Belə ki, cərəyanın qiyməti bir neçə 1000A-ə qədər ola bilər. Birinci dolaqdakı (güc cərəyanı şinindəki) cərəyanla ikinci dolaqdakı (siqnal dolağındakı) cərəyanın qiyməti 1000:1 nisbətində olur və siqnal dolağının sarğılarının sayı minlərlə olur.
Transformator cərəyan vericisinin (cərəyan transformatorunun)
quruluşu və qoşulma sxemi
Cərəyan transformatorları aşağıdakı əsas çatışmazlıqlara malikdirlər:
- cərəyan vericisi kimi tətbiqi nisbətən daha baha başa gələn həllərdəndir;
- ikinci dolaqda (siqnal dolağında) siqnalın səviyyəsini artırmaq üçün sarğıların sayını artırmaq lazım gəlir, bu isə transformatorun ölçülərinin və çəkisinin artmasına gətirib çıxarır;
- yalnız məhdud tezlik diapazonunda dəyişən cərəyanın ölçülməsi zamanı tətbiq oluna bilər;
- cərəyanlı naqil transformator vericisinin toroidinin içərisindən keçirildiyindən əlavə montaj və demontaj problemləri yaranır;
- çətin əl çatan dövrələrdə cərəyan transformatorlarının quraşdırılmaq qeyri-mümkündür;
- sabit cərəyanların ölçülməsində istifadə oluna bilməz.
Dostları ilə paylaş: |