İqtisadiyyat anlayışının yaranması İqtisadiyyat



Yüklə 73,89 Kb.
səhifə5/18
tarix02.06.2023
ölçüsü73,89 Kb.
#122877
1   2   3   4   5   6   7   8   9   ...   18
Kol. Sahə iq. cavablar.

Biznes planın bölmələri- Müəssisədə biznes-plan müəyyən tələblərə uyğun olaraq işlənib hazırlanır və əsasən aşağıdakı bölmələrdən ibarət olur:
1. Həyata keçiriləcək layihənin məqsəd və vəzifələri bölməsi–özündə aşağıdakı məlumatları əks etdirir: əldə ediləcək mənfəətin səviyyəsini; layihənin həyata ke­çi­ril­mə­si nəticəsində əhalinin gündəlik tələbatlarının ödənil­mə­si imkanlarını; məhsul qıtlığının aradan qaldırılmasını; ekoloji mühitin yaxşılaşdırılmasını; müəssisənin kadr ya­ra­dıcılığı potensialının inkişafını; iqtisadi-işgüzar əlaqə­lə­rin dinamikasını; iqtisadi imkanların təbliğini və s. Bu böl­məni işləyib hazırlayan zaman həyata keçiriləcək bu və ya digər məqsəd və vəzifələrin iqtisadi səmərəliliyi müəy­yən­ləşdirilir.
2. Xülasə bölməsi – layihənin əsas ideyalarının və məz­mu­nun qısa şərhindən ibarətdir və bundan sonrakı böl­mə­lər­in ümumi nəticələrini özündə əks etdirir. Bu bölmə daha dəqiq və məsuliyyətli işlənib hazırlanmalıdır, çünki investorlar həmin bölmə ilə ətraflı tanış olduqdan sonra investisiya qoyuluşu və əməkdaşlıq haqqında qərar qəbul edirlər. 3. Müəssisə tərəfindən istehlakçıya təklif edilən məh­su­lun və yaxud xidmətin xarakteri bölməsi – özündə aşa­ğı­­da­kıları əks etdirir: yeni məhsulun (şin, xidmətin) ödə­yə­cə­yi tələbatların sferası; həmin tələbatları ödəmək üçün is­tehlakçılara təklif edilən mövcud məhsullardan yeni məh­sulun üstünlükləri; yeni məhsul növlərinin realizəsi üçün nəzərdə tutulmuş qiymət; həmin məhsulun rea­li­zə­sin­dən əldə ediləcək mənfəətin məbləği və norması, yəni isteh­sa­lın rentabellik səviyyəsi və s.
4. Tələbin, satış bazarının və həcminin təhlili və qiy­mət­ləndirilməsi bölməsi  sahibkarlıq fəaliyyətinin qar­şı­sın­da duran məqsəd və vəzifələrlə əlaqədar olan layihənin həyata keçirilməsinin təsiri altında formalaşır.
5. Texniki-təşkilati tədbirlər bölməsi – sahibkarın özü­­nün bu və ya digər məqsəd və vəzifələr üçün işlənib ha­­zır­lan­mış layihənin həyata keçirilməsi yollarını müəy­yən et­mək üçün lazımdır.
6. Layihənin ehtiyat təminat bölməsi – sahibkarlıq fəa­­liy­yətinin qarşısında qoyulan məqsəd və vəzifələrin hə­ya­ta keçirilməsi üçün lazım olan ehtiyatların növləri, həcmi, əldə edilməsi mənbələri və üsulları haqqında mə­lu­mat­ları özündə əks etdirir.
7. Layihənin səmərəlilik bölməsi – özündə layihənin ren­tabelliyi və həmin layihənin həyata keçirilməsi nəti­cə­sin­də əldə ediləcək mənfəətin, gəlirin məbləği haqqında məlumatları özündə əks etdirir.


  1. İstehsal fondları və onların tərkibi

Maddi nemətlər istehsalı insan əməyinin istehsal va­si­tələri ilə birləşməsini tələb edir. İstehsal vasitələri isteh­sal fondları formasında çıxış edərək, əmək vasitələrinə və əmək cisimlərinə bölünür.  Əmək vasitələrinin köməyi ilə insan əmək cisim­lə­ri­nə təsir göstərir. Əmək cisimləri isə insan əməyinin tə­si­ri­nə məruz qalır. Rabitə müəssisələrində istehsal vasitələri əsas və döv­riyyə fondlarına ayrılır, yəni istehsal vasitələri əmək va­sitələrinə (maşın, alətlər, dəzgahlar, istehsalat binaları və. s) və əmək cisimlərinə (xammal, material, yanacaq və s.) bölünməsi və müəssisə vasitələrin dövriyyəsində onların müxtəlif şəkildə iştirak etməsi təşkil edir. Əmək vasitələri istehsal əsas fondlarının maddi məz­mu­nunu, əmək cisimləri isə dövriyyə istehsal fondlarının mad­di əsasını təşkil edir. Əmək vasitələri və əmək cisimləri məhsulun hazır­lan­ma prosesində müxtəlif rol oynayır. Əmək vasitələri is­teh­sal prosesində dəfələrlə iştirak edir, öz dəyərini ha­zır­lanmış məhsulun (işin, xidmətin) üzərinə tədriclə aşınma dərəcəsindən asılı olaraq, hissə-hissə keçirir və istehsal prosesində öz natural formasını saxlayır (dəyişmir). Əmək cisimləri isə (xammal, materiallar və s.) bir istehsal tsikli ərzində tamamilə istehlak olunur, hazır məhsulu yaratmaqla özünün natural formasını  dəyişir, hazır məhsulun üzərinə birdən-birə tam keçirir və hər bir istehsal tsiklindən sonra ödənilir.
Müəssisənin istehsal fondları, qeyd olunan kimi, əsas fond­lara və dövriyyə fondlarına bölünür. Bu bölgünün əsa­sını əmək vasitələri ilə əmək cisimləri arasındakı fərq­lər təşkil edir ki, bunlar da aşağıdakı qatda da göstərilə bi­lər:
1. Əsas fondlar
2. Dövriyyə fondları

Yüklə 73,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin