İstifadəsi
üzrə təlimat
ZEMAQVİT
®
tablet
ZEMAGVIT
®
Tərkibi:
Hər tabletə daxildir:
Maqnezium
karbonat
300
mq
(72 mq maqneziuma ekvivalent)
Vitamin В
1
1,4
mq
Vitamin В
12
1,0 mkq
Maqnezium həyat üçün çox vacib elementdir və bütün energetik proseslərdə iştirak edir, hüceyrə daxili Mg-un
80% -i ATF-in tərkibində olur. ATF isə orqanizmin enerji mənbəyidir.
Təsirləri:
-
Tokolitik təsir - uşaqlığın damarlarını genişləndirərək qan dövranını gücləndirir, pataloji tonusu zəiflədir,
vaxtından qabaq doğuşun və düşüyün qarşısını alır.
-
Predmenstrual sindrom - serotonin çatışmazlığını bərpa etməklə predmenstrual sindromları aradan
qaldırır
-
Sedativ təsir
- maqnezium sinir impulslarının ötürülmə intensivliyini zəiflədərək stress əleyhinə təsir edir.
-
Ağrıkəsici - serotonin çatışmazlığını bərpa etməklə miqren tutmalarının qarşısını alır.
-
İIşlədici təsir - bağırsaqlarda osmotik təzyiqi artırır, divarları qıcıqlandırır və defekasiyaya səbəb olur.
-
Melatonin ifrazını təmin etməklə yuxu tsiklini normallaşdırır.
-
Antiaritmik - maqnezium kardiomiositlərin oyanıqlığını azaldır, ion balansını tənzimləyir, hüceyrə
membranını stabilləşdirir. Koronar arteriyaları genişləndirərək kardioprotektor təsir göstərir, periferik
müqaviməti azaldır.
-
Ödqovucu təsir - 12 barmaq bağırsağa reflektorik təsir göstərməklə ödün qovulmasını sürətləndirir.
-
Böyrəklərdə və öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır.
-
“Poxmel” sindromu - maqnezium itkisini bərpa etməklə “paxmel” sindromunda çox yaxşı təsir göstərir.
-
В
1
vitamini - sinir sistemində mübadilə proseslərini tənzimləyir, əqli əmək qabiliyyətini yaxşılaşdırır, В
1
vitamini sinir, əzələ və ürək-damar sisteminin fəaliyyətini normallaşdırır.
-
В
12
vitamini - əhval-ruhiyyəni yaxşılaşdırır, stress əleyhinə təsir göstərir – oyanıqlığı aradan götürür,
anemiyanın qarşısını alır.
-
B-qrup vitaminləri Mg-un sorulmasını və hüceyrə daxilinə keçməsini yaxşılaşdırır.
Göstərişlər:
Ginekologiyada
-
Uşaqlığın patoloji tonusu
- Hamiləliyin sonacan çatdırılması üçün
- Toksikozların profilaktikası
- Predmenstrual
sindrom
- Hormonal
kontroseptivlərə uyğunlaşmaq üçün
Nevrologiyada
-
Maqneziumun defisiti simptomları: oyanıqlıq, yorğunluq, yuxu pozğunluğu, əzələ spazmı və ağrıları, baş
ağrısı, diqqət və yaddaş zəifliyi.
-
İnsultların kompleks müalicəsində.
Kardiologiyada
- Ürəyin işemik xəstəlikləri: stenokardiya, miokard infaktı
- Taxikardiya
- Hipertoniya
xəstəliyi
Terapiyada
-
Mədə- bağırsaq spazmaları
- Öd
yollarının spazmı
- Öd
daşı xəstəliyi
- Böyrək daşı xəstəliyi
-
Qəbizlik
- Miqren
Əks göstəriş: Böyrək çatmamazlığı, 6 yaşdan kiçik uşaqlar.
Əlavə təsiri: Nadir hallarda allergik reaksiyalar baş verə bilər.
Dozalanma: 1 tabletdən gündə 2 dəfə su ilə qəbul etməli.
Buraxılış forması: 60 tablet
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.
İstehsalçı:
Zeinpharma Germany GmbH,
D-64569 Nauheim,
www.zeinpharma.com