MƏSƏLƏ №1. 46 yaşlı xəstə, qadın, səhərlər təpə-gicgah nahiyəsində olan baş ağrıları, başgicəllənmə, ürəkdə sancışəkilli ağrılar, yuxu pozğunluğu, ümumi zəiflik şikayətləri ilə terapiya şöbəsinə daxil olub



Yüklə 23,91 Kb.
tarix14.01.2017
ölçüsü23,91 Kb.
#5372
MƏSƏLƏ №1.

46 yaşlı xəstə, qadın, səhərlər təpə-gicgah nahiyəsində olan baş ağrıları, başgicəllənmə, ürəkdə sancışəkilli ağrılar, yuxu pozğunluğu, ümumi zəiflik şikayətləri ilə terapiya şöbəsinə daxil olub. 2 aydır xəstədir. Xəstənin heç bir dərmana allergiyası yoxdur.



Obyektiv: vəziyyəti qənaətbəxşdir, hiperstenik tip bədən quruluşuna malikdir, sifəti hiperemikdir. Tənəffüsün dəqiqədə sayı 16-dır. Ağciyərlərdə tənəffüs vezikulyardır, xırıltılar yoxdur. AT - 180/100 mm c.süt. Nəbz – 90/dəq, ritmik və gərgindir. Ürək tonları karlaşıb, aorta üzərində II tonun aksenti eşidilir. Ürəyin nisbi kütlüyünün sol sərhədi sol orta-körpücük xəttindən 1,5 sm kənarda, sağ və yuxarı isə norma daxilindədir. Qarnı yumşaq, palpasiyada ağrısızdır.

Əlavə müayinə üsullarının nəticələri:

Qanın ümumi analizi: Hq – 130 q/l, rəng göstəricisi – 1,0, eritr. – 4,9 х 1012/l, tromb. – 300 х 109/l, leyk. – 6,0х109/l, çubuqnüv. – 2%, seqmentnüv. – 60%, limf. – 30%, mon. – 8%, EÇS – 8 mm/saat.

Qanın biokimyəvi analizi: sidik cövhəri - 6,0 mmol/l, kreatinin – 58,0 mkmol/l, xolesterin – 4,7 mmol/l, triqliseridlər - 1,0 mmol/l.

Sidiyin ümumi analizi: açıq sarı, reaksiyası – turş, şəffafdır, xüsusi çəkisi – 1023, zülal və şəkər yoxdur, leyk. – 0-2 g/s, eritr. – 1-2 g/s, silindirlər yoxdur.

Zimnitski üsulu ilə sidiyin analizi: xüsusi çəki 1008-dən 1027-ə kimidir, gündüz diurezi – 800 ml, gecə diurezi – 500 ml.

Neçiporenko üsulu ilə sidiyin analizi: 1 ml sidikdə erit.-800, leyk.-1000.

EKQ-də: Sinus ritmi. Ürəyin elektrik oxu sola meyllidir. Sol mədəciyin hipertrofiyasının əlamətləri yüklənmə ilə.

ExoKq: Sol mədəciyin konsentrik hipertrofiyası, atım fraksiyası – 55%.

Böyrəklərin ultrasəs müayinəsi: böyrəklər adi ölçüdədir, kasa-ləyən sistemi dəyişiksizdir, konkrement qeyd edilmir.

Göz dibi müayinəsi: arteriyaların bir qədər daralması.

Nevroloqun məsləhəti: sinir sisteminin funksional pozulması.

Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2009.

Рекомендации по лечению артериальной гипертонии. ESH/ESC, 2013.




MƏSƏLƏ № 2

55 yaşlı xəstə, kişi, ənsə nahiyəsində lokalizasiya olan sıxıcı baş ağrıları, başgicəllənmə, yuxu pozğunluğu, ümumi halsızlıq şikayətləri ilə şöbəyə daxil olmuşdur. Özünü bir ilə yaxındır xəstə hesab edir. Ailəsində hipertoniya xəstəliyinin olduğunu qeyd edir. Gün ərzində 10-15 ədəd siqaret çəkir. Xəstənin heç bir dərmana allergiyası yoxdur.



Obyektiv: huşu aydın, vəziyyəti qənaətbəxşdir. Ağciyərlərdə tənəffüs vezikulyardır, xırıltılar yoxdur. Tənəffüsün sayı -14/dəq. AT – 150/90 mm c.süt. Nəbz – 1 dəq 82-dir, ritmikdir. Ürək tonları karlaşıb, aorta üzərində II tonun aksenti eşidilir. Ürəyin nisbi kütlük sərhədi sola genişlənib (1,0 sm). Qaraciyər və dalaq əllənmir. Qarnı yumşaq, palpasiyada ağrısızdır.
Əlavə müayinə üsullarının nəticələri:

Qanın ümumi analizi: Hq – 120 q/l, rəng göstəricisi – 1,0, eritr. – 4,6х1012/l, tromb. – 280х109/l, leyk. – 6,1х109/l, çubuqnüv. – 3%, seqmentnüv. – 62%, limf. – 28%, mon. – 7%, EÇS – 8 mm/saat.

Qanın biokimyəvi analizi: ümumi zülal – 65 q/l, sidik cövhəri – 6,0 mmol/l, kreatinin – 68,0 mkmol/l, xolesterin – 6,5 mmol/l, triqliseridlər – 1,0 mmol/l, aşağı sıxlıqlı lipoproteidlər – 4,5 mmol/l.

Sidiyin ümumi analizi: açıq sarı, reaksiyası – turş, şəffafdır, xüsusi çəkisi – 1027, zülal və şəkər yoxdur, leyk. – 1-2 g/s, eritr. – 1-2 g/s, silindrlər yoxdur.

EKQ-də: Sinus ritmi. Ürəyin elektrik oxu horizontaldır. Sol mədəciyin hipertrofiyası əlamətləri.

ExoKQ: Sol mədəcik divarının hipertrofiyası, atım fraksiyası – 60%.

Böyrəklərin ultrasəs müayinəsi: böyrəklər adi ölçüdədir, kasa-ləyən sistemi dəyişiksizdir, konkrement yoxdur.

Göz dibi müayinəsi: arteriyaların bir qədər daralması.

Nevroloqun məsləhəti: sinir sisteminin funksional pozulması.

Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2009.

Рекомендации по лечению артериальной гипертонии. ESH/ESC 2013



MƏSƏLƏ №3.
55 yaşlı xəstə, kişi, fiziki gərginlik zamanı (100-200 metr yeridikdə), döş sümüyünün arxasında sol qola irradiasiya edən yandırıcı, sıxıcı, 2-3 dəqiqə davam edən və dayandıqdan sonra keçən ağrılardan, ümumi zəiflik və halsızlıqdan şikayət edir.

Özünü bir neçə aydır xəstə hesab edir. Xəstə gündə 10 siqaret çəkir. Heç bir dərmana allergiyası yoxdur.



Obyektiv: huşu aydın, vəziyyəti qənaətbəxşdir. Tənəffüsün sayı -13/ dəq. Ağciyərlər üzərində auskulyasiyada vezikulyar tənəffüs eşidilir, xırıltılar yoxdur. AT – 135/85 mm c.süt. Nəbz – 1 dəq 76-dır, ritmik, orta gərginlik və dolğunluqdadır. Ürək tonları zirvədə bir qədər karlaşıb. Ürəyin nisbi kütlüyünün sol sərhədi sol orta-körpücük xəttindən 0,5 sm kənarda, sağ və yuxarı isə norma daxilindədir. Qarnı yumşaq, palpasiyada ağrısızdır. Qaraciyər və dalaq əllənmir.

Əlavə müayinə üsullarının nəticələri:

Qanın ümumi analizi: Hq – 140 q/l, rəng göstəricisi – 1,0, eritr. – 5,8х1012/l, tromb. – 320х109/l, leyk. – 5,6х109/l, EÇS – 5 mm/saat.

Qanın biokimyəvi analizi: sidik cövhəri – 5,6 mmol/l, kreatinin – 38,0 mkmol/l, xolesterin – 5,9 mmol/l, triqliseridlər – 1,9 mmol/l.

Sidiyin ümumi analizi: açıq sarı, reaksiyası – turş, şəffafdır, xüsusi çəkisi – 1023, zülal və şəkər yoxdur, leyk. – 0-2 g/s, eritr. – 1-2 g/s, silindrlər yoxdur.

Qanda qlükoza – 4,9 mmol/l.

EKQ-də: Sinus ritmi. Ürəyin elektrik oxu sola meyllidir. Sol mədəciyin hipertrofiyası əlamətləri.



ExoKq: Sol mədəciyin hipertrofiyası, atım fraksiyası – 52%.

Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009.
Yüklə 23,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin