Bakı, Azərbaycan Ödəmə şərtləri: Aylıq əməkhaqqı manat



Yüklə 14.33 Kb.
tarix23.02.2017
ölçüsü14.33 Kb.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ

Vəzifənin adı: M&Q üzrə mütəxəssis

Layihə: Qlobal Fondun (QF) Vərəm (TB) Layihəsi, 9-cu raund

Müqavilənin növü: tam iş günü

Davametmə müddəti: 12 ay

İş yeri: Bakı, Azərbaycan

Ödəmə şərtləri: Aylıq əməkhaqqı ( ) manat

Başlama tarixi:




  1. Ümumi məlumat:

Vərəm müstəqillik əldə olunandan sonra vacib ictimai səhiyyə problemi kimi ortaya çıxmışdır və indiyə kimi onun səviyyəsi ölkədə yüksəkdir. Vərəm həbsxanalarda ağır problem olaraq qalır; həbsxanalarda 2008-ci ildə xəstəliyin aşkar edilmə səviyyəsinin göstəricisi ölkə üzrə olan göstəricidən 40 dəfə çox idi. Qlobal Fondun Əsas Resipiyenti (ƏR) - Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin (ƏN TBİ) məqsədi vərəmə nəzarətin gücləndirilməsi vasitəsilə Azərbaycanda vərəmin yayılmasının azaldılmasına nail olmaqdır. Qlobal Fondun layihəsinin effektiv və nəticə etibarilə səmərəli olması üçün ƏN TBİ Layihənin İcra Qrupunu (LİQ) təsis etmişdir. Layihənin İcra Qrupunun vəzifələrinə aşağıdakılar daxildir: maliyyə hesabatlarının təmin edilməsi, proqramın idarəolunmasının gücləndirilməsi, həbsxanalarda vərəmə nəzarət imkanlarının artırılması, monitorinqi və qiymətləndirilməsi; dərmanlara davamlı vərəmi daxil edərək diaqnostikanın yaxşılaşdırılması; xəstələrə dəstəyin göstərilməsi, azadlığa buraxılmış məhkumların müalicəsinin başa çatdırılması; Həbsxanalarda vərəmə nəzarət üzrə regional təlim mərkəzinin təsis edilməsi; dərmanlara davamlı vərəm üzrə operativ tədqiqatın aparılması; Ölkə Əlaqələndirmə Mexanizminə (ÖƏM) və Qlobal Fondun Katibliyinə mütəmadi sxematik hesabtların təqdim olunması. Layihənin subsidiyalarının vacib və mühüm hissəsi tibbi və inzibati imkanların yenilənməsi üçün nəzərdə tutulub (labolatoriya avadanlığı, dərmanlar, təlim mərkəzləri, LİQ ofisi və s.) Qlobal Fond tərəfindən maliyyələşdirilən layihənin maneəsiz icra olunmasını təmin etmək, qarşıya qoyulmuş məqsədlərə çatma və layihənin icrası müddətində effektiv monitorinq və qiymətləndirmə proseslərini həyata keçirmək üçün LİQ M&Q üzrə mütəxəssis vəzifəsinin icrası üçün namizəd axtarır. M&Q üzrə mütəxəssis QFATM və ƏN TBİ-nin təlimatlarına müvafiq olaraq rəqabət qabiliyyətli monitorinq və qiymətləndirmə proseslərini həyata keçirəcək.




II. Vəzifə və öhdəliklər:


  • Proqram tərəfindən istifadə ediləcək M&Q sisteminin və alətlərinin yaradılması;

  • Proqram tərəfindən istifadə edilən M&Q alətlərinin yoxlanılması və nəzarətdən keçirilməsi;

  • Proqram tərəfindən istifadə edilən bütün M&Q alətlərinin və formalarının daxil olunduğu kataloqun qaydasında saxlanıması;

  • QF, CCM və ƏN TBİ üçün proqramın nəticələrinə dair hesabatların hazırlanması;

  • Bütün ƏR hesabatlarının ünvanına çatdırılmasının, həmçinin müxtəlif növ hesabatlar

üçün dövriyyə siyahılarının təmin edilməsi;

  • İcraçı təşkilatlar və subresipiyentlər tərəfindən alınan bütün məlumatların nəticələrinin təkrar yoxlanılması, tələb olunduğu hallarda yerində yoxlamaların həyata keçirilməsi;

  • Subresipiyentlər və icraçı təşkilatlar tərəfindən verilən hesabatların razılaşdırılmış vaxt cədvəlləri üzrə alınmasının təmin olunması;

  • Subresipiyentlər və icraçı təşkilatlar tərəfindən hazırlanan hesabatların keyfiyyətinin təmin olunması;

  • Tələb olunduğu hallarda yerində yoxlamalar keçirməklə proqramın fəaliyyətlərinin keyfiyyətinin monitirinqinin keçirilməsi;

  • Proqramın M&Q-yə dair məlumatlarının analiz olunması və proqrama tətbiq olunmasına dair layihənin koordinatoruna məsləhətlərin verilməsi;

  • Identifying M&E training needs and ensuring that these are met.

  • M&Q-yə dair təlimlərə olan ehtiyacın müəyyən edilməsi və onların ödənilməsinin təmin edilməsi;


II.I Əsas öhdəliklərin qısa xülasəsi:


  • Proqrama olan nəzarətin proqramın fəaliyyətlərinin fasiləsiz təkminləşdirilməsi (proqramın əhatə dairəsinin genişlənməsi və təsirinin gücləndirilməsi) üçün həyata keçirilməsinin təmin edilməsi;




  • II.II. Xüsusi öhdəliklər:



  • Məlumatların toplanılması, təlim və təkrar təlim fəaliyyətlərinə dair hesabtların hazırlanmasında məsuliyyət daşıma



III. Bacarıqlar və təcrübə:
Təcrübə:
- Tibb üzrə ali təhsil

- Səhiyyə proqramlarında monitorinq və qiymətləndirmə sahəsində ən azı 3 illik iş

təcrübəsi

- Vərəm proqramlarında monitorinq və qiymətləndirmə təcrübəsi

- M&Q üzrə hesabatların hazırlanması təcrübəsi

Kompüter bacarıqları:


  • Microsoft Office 2003/2007;

  • Internet və E-mail.



Dil bacarıqları:

Azərbaycan, rus və ingilis dillərini əla bilməli



Bacarıqlar:

- Baxılan sahədə ekspertlərlə işləmə bacarığı

- Hesabatların tərtib olunması bacarığı/təcrübəsi

- Komandada işləmək qabiliyyəti



- Təzyiq altında işləmək bacarığı
IV. Hesabatlar verilir: İcraçı Direktora və Layihənin Koordinatoruna


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə