2. Əmək hüququ fənni üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi



Yüklə 19,52 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü19,52 Kb.
#45669
  1   2
2. əmək hüququ fənni üzrə - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi


2. Əmək hüququ fənni üzrə - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında olarkən,  qanunda  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq müqavilələrdə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün  hüquqlardan  istifadə  edə  bilərlər.

Azərbaycan  Respublikası  ərazisində  yaşayan  və  ya  müvəqqəti  olan əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti,  fəaliyyətinin növündən və xarakterindən  və  digər  hallardan  asılı  olmayaraq,  Azərbaycan  Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər.

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  nəzərdə  tutulmuş  hallar istisna  olmaqla,  əməkçi  miqrantlara  əmək  şəraiti  ilə  bağlı  Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq  edilir  və  onların  əməyinin  ödənilməsi  qanunvericiliklə  Azərbaycan Respublikasının  vətəndaşları  üçün  müəyyən  olunmuş  qaydada  həyata  keçirilir.

18 Dekabr - Beynəlxalq Miqrant Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın qəbul edilmə tarixi  4 dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilmişdir. Həmin vaxtdan etibarən 18 dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Bu Konvensiya Azərbaycan Respublikasının Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli Qanunu ilə ratifikasiya olunmuşdur. 


Yüklə 19,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin