2 Əmtəələrin keyfiyyətində və istehlak faydalılığında olan fərqlər qiymətlərin səviyyəsində ciddi uçota alınmalıdır



Yüklə 129 Kb.
səhifə1/4
tarix29.12.2021
ölçüsü129 Kb.
#48368
növüQaydalar
  1   2   3   4
qiymət 2


2.1. Qiymətlərin əmələ gəlməsinin metodologiyası haqqında anlayış.

Qiymətlərin əmələ gəlməsinin metodologiyası qiymətəmələgəlmə konsepsiyasının işlənib hazırlanması, qiymətlərin müəyyən edilməsi və əsaslandırılması, qiymət sisteminin formalaşdırılması, qiymət əmələgəlmənin idarə olunması üzrə ümumi qaydaların, prinsip və metodların məcmusundan ibarətdir. Onun əsasında qiymət strategiyası işlənib hazırlanır. Metodika isə həmin strategiyanın reallaşdırılması üçün konkret tövsiyə və vasitələrdən ibarətdir. Odur ki, metodika metodologiyasının tərkib elementidir.

Qiymətqoyma təcrübəsində çoxlu sayda metodlardan istifadə olunur. Hər hansı metodun və ya metodlar qrupunun tətbiqi zəruriliyi isə bu şərtlərlə əlaqəlidir:

1) Məhsulun qiyməti onun təkrar istehsalı xərclərini tam əks etdirməlidir.

2) Əmtəələrin keyfiyyətində və istehlak faydalılığında olan fərqlər qiymətlərin səviyyəsində ciddi uçota alınmalıdır.

2.2. Qiymət əmələgəlmənin əsas (bazis) metodları

Qiymətlərin əmələ gəlməsinin metodları 2 qrupa - əsas (bazis)alternativ metodlara ayrılır. Əsas (bazis) metodlar qrupuna bunlar aiddir:

a) xərc metodları (xərc metodu, aqreqat metod və normativ metod)

b) parametrik metodlar ( bal metodu, xüsusi göstəricilər metodu və reqressiv təhlil metodu

c) normativ-parametrik metodlar.

Aqreqat metodunda məmulatın ayrı-ayrı konstruktiv hissələrinin və ya qovşaqlarının maya dəyəri və ya qiymətləri cəmlənir və orginal qovşaqların (detalların) dəyəri isə bunun üzərinə daxil olunur. Bu metod o vaxt tətbiq edilir ki, yeni məhsul əsas konstruktiv elementlərin (qovşaqların, komplektləşdirici məmulatların) müxtəlif birləşmələrindən ibarət olur, qiymət və maya dəyərləri məlumdur, məhsulların məcmu qiyməti və maya dəyəri isə ayrı-ayrı konstruktiv elementlərin maya dəyərinin (qiymətlərinin) cəmi kimi hesablanır və əlavə olunan və ya növbələşən elementlərin (qovşaqların, komplektləşdirmə məmulatlarının) qiymət və ya maya dəyərlərinin cəmlənməsi yolu ilə müəyyən edilir.

Normallaşdırılmış göstəricilər metodu- verilmiş parametrik sıranın hər bir məmulatı üzrə maya dəyəri və ya qiymət kəmiyyətinin əsas keyfiyyət parametri qiymətinə bölünməsindən alınan qiymətdir.


Korrelyasiya-reqressiya təhlili metodu özündə 2 metodun - korrelyasiya metodununreqressiya təhlili metodunun vəhdətini birləşdirir. Korrelyasiya təhlili öyrənilən əlamətlər arasında əlaqə göstəricilərinin: cüt korrelyasiyanın xətti əmsalı, xüsusi korrelyasiya əmsalları, məcmu çoxluq korrelyasiyası əmsalı, determinant əmsalı göstəricilərinin hesablanması yolu ilə əlaqələrin mövcudluğunu və gücünü müəyyən etməyə imkan verir. Reqressiya təhlili bir və ya bir neçə amili əlamətlərin dəyişməsi ilə nəticə əlamətinin orta hesabla necə dəyişəcəyini müəyyən etməyə imkan verir. Əlamətlər arasında asılılıq mexanizminin analitik öyrənilməsi bu şəkildə ifadə olunur: y = f (x1, x2,.........., xn) .

Tədqiqatın məqsədi əlaqənin xarakterini, x1, x2,.........., xn arqumentlərinin y funksiyasına təsir dərəcəsini açmaqdan ibarətdir. Burada x1, x2,.........., xn faktor əlamətləri, y isə nəticə əlamətidir.

2.3. Qiymət əmələgəlmədə marketinq prinsipinin tətbiqi

Firmalar qiymətə dəyişkən amil kimi baxır və onun səviyyəsinin təyin olunmasına çox ehtiyatla yanaşırlar. Qiymətlərin əmələgəlməsi problemini həll edərkən firma bu məsələyə 3 əsas baxımdan yanaşır:



Qiymətlərin müəyyən edilməsində nəzərdə tutulan əsas mülahizələr



Yüklə 129 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin